"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir. Tamaşaçı üzünü görmədiyi aparıcının səsi ilə təqdim olunan xəbərləri eşidir və çox hallarda həmin aparıcıya pərəstiş də edir.

Tamaşaçılarının sevgisini səsi ilə qazanan Samirə Fərzəliyeva 15 ildir ki, radioda fəaliyyət göstərir. Eyni zamanda o, göyün yeddinci qatında da səsi ilə insanlara rahatlıq bəxş edir. Belə ki, Samirə xanım Azərbaycan Hava Yollarında təyyarə bələdçiliyi edərək, sərnişinlərə təhlükəsizlik qaydalarını izah edir.

İşinin çətin, eyni zamanda maraqlı tərəflərini BiG.AZ-a müsahibəsi zamanı alınan səmimi söhbətimizdə müzakirə etmişik.

Sözügedən müsahibəni təqdim edirik:

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ1 Radioda fəaliyyət göstərirsiniz bu barədə danışaq...

İxtisasca Filalogiyanı bitirmişəm. Uzun illər pedaqoq kimi fəaliyyət göstərmişəm. O vaxtların ən məşhur aparıcısı Səxavət Nur müsabiqə elan etmişdi. Həmin müsabiqədə mən də iştirak etdim. Mən həm məktəbdə işləyirdim həm də, özümü bu sahə üzrə sınamaq qərarına gəldim. Çünki bu mənim arzum idi. 400-ə yaxın iştirakçısı olan müsabiqədən sonuncu tura 10 nəfər iştirakçı qaldıq. Həmin 10 nəfərin içində mən də var idim. Daha sonra biz Səxavət Nurun aparıcılıq etdiyi səhər proqramında hissə-hissə iştirak etməyə başladıq. Radioda yayımlanan həmin proqramda tamaşaçılar bizi sms göndərərək saxlaya bilərdilər. Mən həmin yarışmanı çox tez tərk etməli oldum. Çünki heç kimdən mənə sms-lə səs verməsini istəmədim. Bunu özümə rəva bilmirdim. Həmişə düşünürdüm ki, olar-olar, olmaz-olmaz da... Mən tərk etdim, lakin müsabiqə hələ də davam edirdi. Müsabiqəni tərk etmək təbii ki, mənə çox pis təsir etdi. Çünki illərdir bu arzu ilə yaşamışdım. Uzun müddətdən sonra onlar yenidən mənə zəng edib iş təklif etdilər. Belə ki, səsimi bəyəndiklərinə görə məni nəzərlərində saxlayıblar. Mənə təklif etdikləri lahiyə tibb proqramı idi. Mənim üçün tamamilə fərqli bir mövzu. Mən müəllim idim və tibb haqqında heç bir anlayışım yox idi. Dəvəti qəbul edib, "Alo, doktor" proqramına başladım. Proqramın adını da özüm qoydum. Olduqca uğurlu alındı. Bütün bu hadisələr 2005-2006-cı illərdə baş tutdu. 2008-ci ildə isə məni Xəzər televiyasına "Sağlıqla" proqramına aparıcı kimi dəvət etdilər. Bu müddətdə mən həm radioda, həm də televiziyada çalışmağa davam etdim. 3-4 il televiziyada çalışdıqdan sonra oradakı işimi dayandırıb, bütünlüklə radioda fəaliyyət göstərdim. İndi də seçim etməli olsam mən radionu seçərəm. Nə az, nə çox artıq 15 ildir ki, mən radioda çalışıram. Eyni yerdəyəm və bu mənim üçün sevindirici haldır. Çünki, demək ki, mənim səsim onlar üçün vacibdir ki, məni orada saxlayırlar. İşimi çox sevirəm. Bu bəziləri üçün qəribə səslənə bilər ki, insan eyni yerdə qalmamalıdır, təkminləşməlidir. Lakin mənim üçün belə deyil. Başqa yerlərdən də çoxlu sayda iş təklifləri gəlib. Lakin mən yerimdən razıyam.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ2 Necə oldu ki, təyyarədə bələdçi səsini səsləndirməyə başladınız?

Deməli, mənim işim əsas səslə bağlı olduğuna görə təkcə radiodakı işilə kifayətlənmədim. Sonradan mənə reklam səsləndirmələr və filmlərin dubliyajı ilə bağlı təkliflər də gəldi. Təbii ki, mən də qəbul etdim. Bütün bu səsləndirmələrdən sonra təyyarədəki bələdçi səsimi də neçə nəfərin içindən seçdilər. Bu qədər reklam, dubliyaj, aparıcılıq işlərim var, lakin ən çox səs-küy yaradan məhz təyyarədəki səsləndirməm oldu. Təyyarədə yola çıxan tanışlar, yaxınlar hamı səsimi eşitdiyini və bunun onlara nə qədər ilham verdiyini deyirlər. Çünki doğma birinin səsini uzaq yola çıxanda eşitmək həqiqətən başqa abu-havadır. Mən çox şadam ki, insanların sağ-salamat ünvanlarına çatmasında mənim pozitiv səsimin az da olsa bir qatqısı var. Artıq 4-5 ildir ki, Azərbaycan Hava Yollarında mənim səsimlə təhlükəsizlik qaydaları sərnişinlərə izah edilir.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ3 Təyyarə ilə səyahət etmisinizmi? Səyahət zamanı öz səsinizi eşidəndə hansı hisləri keçirdiniz?

Bəli, dəfələrlə səyahətdə olmuşam. İlk dəfə olanda həmin hisləri izah etmək mümkün deyil. Təyyarədəsən və öz səsinlə etməli olduğun qaydaları eşidirsən. Özüm orada qaydaları izah edirdim, lakin əməl etmirdim. Dönüb ətrafıma baxırdım və demək istəyirdim ki, sizin eşitdiyiniz səsi mən səsləndirirəm. O qədər səsin içindən mənim səsim seçildisə, deməli həqiqətən fəxr olunasıdır. Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir.

4 İş zamanı başınıza gələn maraqlı hadisələr...

O qədər maraqlı hadisələr baş verib ki. İlk zamanlar daha çox olurdu. özüm də təzə idim, işi də o qədər mükəmməl bilmirdim. Buna görə də, efir hadisəsiz ötüşmürdü. Bir dəfə belə bir hadisə baş vermişdi. Bizim radioda belə bir şey var ki, aparıcı özü pult arxasında əyləşir və düşünürəm ki, bu çox doğru hərəkətdir. Çünki aparıcı özü daha yaxşı bilir ki, harada nəyə keçid etmək lazımdır. İdarəetmə tamamilə sənin əlində olur. Mən pult arxasında oturmuşam, çox tanınmış bir həkim də qonağımdır. Qarşı tərəfin də mikrafonlarını mən tənzimləyirdim. Səsləri əvvəlcədən yoxlamadığıma görə, həkimin səsi sən demə mikrafona düşmür və efirə getmir. Canlı efirdə üç dəfə salamlaşdım. Bu bütün əməkdaşlarımız üçün gülüş doğuran hadisə olmuşdu. Bir dəfə də həmkarım Anarla birlikdə verliş aparan zaman sponsorlar haqqında məlumat verərkən gülməyə başladıq. Daha sonra həmin hadisəyə görə sponsorlar bunu bizə irad bildirdi. Bu kimi hadisələr çox olurdu. Canlı efirə zəng edən tamaşaçı kütləsi həmin anda nə istəsə deyə bilər. Biz aparıcılar bu vəziyyətdən çıxmağı bacarmalıyıq.Bizim haqqımız yoxdur ki, onlara kobud cavab verib, təhqir edək. Əksinə, onları sakitləşdirməliyik. Zamanla işimin profesionalı oldum və belə hallar demək olur ki, baş vermir. O hadisələr baş verəndə də peşəkarlığımız sayəsində vəziyyətdən çıxmağı bacarmışıq.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ5 Səs sizin işinizin əsas qayəsidir. Səsinizi qorumaq üçün nələr edirsiniz?

Səsini qorumaq üçün özünə qarşı məhdudiyyətlər qoymalısan. Nələrdənsə keçməlisən.Əsas onu deyim ki, əsəbləşmək olmaz. Çünki əsəbləş birbaşa səsə təsirini göstərir və həmin gün səsin istədiyin effekti vermir. Əsəb birinci düşmənimizdir. Dondurmanı hamı sevir, o cümlədən, mən də. Lakin gərək soyuq yeməklərdən uzaq olasan. Dondurma, soyuq su qəbul etmək olmaz. Bir şeyi də qeyd edim, bilmirəm nə qədər doğru səslənər. Mən hər yerdə su, çay içmirəm. Çünki insanları tanımaq olmur. Akif İslamzadənin müsahibəsinə qulaq asarkən o, üstüörtülü şəkildə bu məsələyə eyham vuruşdu. Yəni, getdiyin yerdə sənin çayına ya da içdiyin suya elə bir şey qata bilərlər ki, sən ömürlük səsindən məhrum ola bilərsən.
Mən səsimi qorumaq üçün bal və su qarışımını qəbul edirəm. Eyni zamanda zəncəfil də buna daxildir.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ6 Üzü görünməyib səsi eşidilən insanlar izləyicilər, tamaşaçılar, ümumiyyətlə bu səsi eşidənlər üçün hər zaman maraqlı olur. Bununla bağlı hansı hallarla qarşılaşmısınız?

Mənim fikrimcə radio aparıcısı gizli qalsa yaxşıdır. Çünki işin maraqlı tərəfi də elə budur. Mən şəxsən sosial şəbəkələrdən belə istifadə etmirəm. 10 il tamamilə gizli qala bildim. Lakin daha sonra radionun instaqram səhifəsi çıxandan sonra istər-istəməz orada fotolarım oldu. İlk vaxtlar orda da fotolarımın olmamasını müdriyyətə bildirmişdim. Amma zamanla sən də hər kəslə ayaq uzatmalı olursan. Qaçılmaz olan hallar var. Düzdü bu sənətlə məşğul olmağa başlayanda efirdə də göründüm, proqram aparıcısı oldum. daha sonra efirlərə qonaq qismində də dəvətlər aldım. Lakin yenə də uzun müddətdir ki, efirlərdə görünmürəm və tamaşaçıların böyük qismi məni sadəcə səsimlə tanıyır. Təbii ki, mənimlə maraqlanan, üzümü, xarici görünüşümü görmək istəyənlər də olur. Bu çox normaldır.

Səmimi müsahibəyə görə təşəkkür edirəm, Samirə xanım.

Mən də sizə təşəkkür edirəm. Çox xoş oldu.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 8229   Tarix: 07 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

TOP MP3