"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏHər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlükə ilə də qarşılaşırlar. Fotoqrafiya sənətinin maraqlı və çətin tərəflərini fotoqraf Kelvin Qasımovla müsahibəmizdə müzakirə etmişik.

BiG.AZ sözügedən müsahibəni təqdim edir:

Fotoqraflıq fəaliyyətiniz barədə danışaq. Neçə ildir bu işlə məşğulsunuz?

12 ildir ki. fotoqraflıqla məşğulam. Fotoqraflığa həvəsim uşaqlıq illərindəndir. Amma sırf bu işə başlamağım 2008-ci ildən olub.

"Heyvanları qoruyaq" adlı layihə insanlarla heyvanların sevgisini təcəssüm etdirir. Bu foto-layihə haqqında danışaq...

Bəli, bu layihə heyvanlara sevgi layihəsi idi. Son günlərdə Avstraliyada 1 milyarda yaxın heyvanın tələf olması bizi sarsıtdı. Ona görə də mən bu layihəni reallaşdırmaq qərarına gəldim. Amma buna uyğun xanım axtarışında idim. Uzun axtarışdan sonra Səbinə Məhərrəmova adlı fitnes məşqçisi ilə tanış oldum. Ona bu layihə haqqında danışdım. Cavabında çox sevindi və tezliklə məsələyə başlamağımızı xahiş etdi. Biz də Rusiyadakı partnyorlarımızla əlaqə saxlayıb bu heyvanları bizim üçün təşkil etmələrini xahiş etdik. Əslində orada ayı və pələng kimi yırtıcılar da var idi. Amma biz buna risk edə bilmədik.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏÇəkliş zamanı təhlükəli anlar yaşadınızmı?

Çəkiliş zamanı çətinliklər əlbəttə ki, olur. O heyvanların hər biri ayrı-ayrı şəhərlərdən göndərilmişdilər. Çəkiliş iki gün oldu. Hava çox soyuq idi. Əllərimiz buz bağlamışdı. Heyvanlarla çəkiliş çox çətin oldu. Hətta gözlədiyimizdən də çətin məqamlarla qarşılaşdıq. Məsələn, tülkü bizim videoqrafımızın əlini dişlədi. Ümumiyyətlə yırtıcı heyvanlarla 20 dəqiqədən artıq işləməyin asan olmadığını bizə demişdilər. Bizim isə tülküdən o qədər xoşumuz gəldi ki, bir az çox çəkmək istədik. Məsələn, ən narahat heyvanlardan biri də maral idi. Kənardan sakit görünsə də, əslində elə deyildi. Əhilləşdirilməmiş maral idi. Maral buynuzu ilə çevriləndə hamımızı yıxırdı. Ona görə maral ilə çəkilən 900 ədəd şəkildən cəmi 2-3-ü alındı.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ Bu sahədə hansı nailiyyətləriniz var?

Bir çox beynəlxalq sərgilər və konkurslarda qalib olmuşam. Yəni, uğurum tək ölkə daxilində deyil. Ondan kənarlarda da olur. Hazırda da məqsədim ölkənin sərhədlərini aşıb orada Azərbaycanı təmsil etməkdir.

İndi demək olar gənclərin bir çoxu fotoqraflıqla məşğul olur. Sosial şəbəkəllərdə qarşımıza çıxan hər beş nəfərdən biri fotoqrafdır. Fotoaparat alan hər kəs şəkil çəkir. Buna səbəb nədir? Gəlirli işdir ya necə?

Əslində hamının fotoqrafiya ilə məşğul olmağı müsbət haldır. Amma çox təəssüf edirəm ki, bizim cəmiyyətimizdə çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur. Ona görə də 2 ildən artıq heç kim məşğul olmur. İldən-ilə bu rəqəm 4-5 dəfə artır. Yəni, hamının məqsədində pul qazanmaqdır. Yaradıcılıq məqsədi ilə bu işə yanaşmırlar. Fotoqrafiya da elə sahələrdəndir ki, əgər daimi olaraq, sevərək iş görməyəcəksənsə, bu sənət bir gün səndən küsüb gedəcək. Başa düşürəm, pul qazanmaq da lazımdır. Amma şəxsən mən bu sənəti pula görə seçməmişdim. İnsan əziyyət çəkir öyrənir, işləyir, yaradır. Sonra isə fotoqrafiya ona bəhrəsini verir.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏFotoqraflığın xüsusi qaydaları varmı? Yəni sən bunları bilsən yaxşı fotolar çəkə bilərsən..

Fotoqrafiya yeganə sənətdir ki, orada qaydaları əvvəlcə öyrənməlisən və sonra bildiyin bütün qaydaları pozmalısan. Yəni, təyin olunan bütün sərhədləri aşmalısan, improvizə etməlisən. Qaydalara uymamalısan. Sadəcə özün üçün yaratmalısan. Heç bir qayda tanımamalısan.

Son 8 ildə toy çəkilişləri etdiyinizi bildirdiniz. Sizə görə fotoqraflığın hansı janrı daha gəlirli və asandır?

Bəli, mən 1000-dən çox toy reportajı etmişəm. Bakının demək olar 40-50 faiz ilə çalışmışam. Bütün xoşbəxt ailələri tanıyıram. Fotoqrafiyanın asan janrı yoxdur. Hansını sevirsənsə, o da sənin üçün asan olur. Hansını sevmirsənsə, o da çətin.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏYaxın gələcəkdə nə kimi layihələri həyata keçirməyi düşünürsünüz?

Yaxın gələcəkdə 5-6 ölkədə layihələrim olacaq. Amma hələki bunu sirr kimi saxlamaq istəyirəm ki, işimə enerjim bol olsun. İşə başlayan kimi mütləq sizə xəbər edəcəm.

Son olaraq diqqətimi çəkən bir məsələyə toxunmaq istəyirəm. Bilirəm ki, bu oxucular üçün də maraqlıdır. Niyə Kelvin?

Düzünü desəm 10 ildən çoxdur ki, məni belə çağırır, müraciət edirlər. Adım Elvindir. Amma adımı demək olar ki, heç kim belə çağırmır. Kelvin fotoqrafiyada temperatur adıdır. Tez-tez fotoqrafların işlətdiyi sözdür.

Səmimi müsahibəyə görə təşəkkür edirəm.

Mən də sizə diqqət və dəyərinizə görə təşəkkür edirəm.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" - Məşhur fotoqrafla MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 5023   Tarix: 12 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.