"Film heç vaxt romanı tamamlamır" - Aqil Abbas "Dolu" filminindən DANIŞDI

"Film heç vaxt romanı tamamlamır" - Aqil Abbas "Dolu" filminindən DANIŞDIBu il ölkəmizdə Xocalı faciəsinin 28-ci ildönümü qeyd olunur. Bununla bağlı təşkil olunan tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Eyni zamanda televiziya kanallarında Xocalı soyqırımının həqiqətlərini özündə əks etdirən filmlər də nümayiş olunur.

2012-ci ildən bəri izləyicilər tərəfindən bəyənilərək izlənilən "Dolu" bədii filmi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar İttifaqının üzvü Aqil Abbasın 2008-ci ildə qələmə aldığı eyniadlı romanı əsasında çəkilib.

Son illərdə böyük səs-küyə səbəb olan "Dolu" romanı Qarabağ mövzusunda yazılan ən yaxşı əsər kimi dəyərləndirilir. Çünki Qarabağ hadisələrinin və döyüşlərinin şahidi olan müəllif "Dolu"da müharibənin içində baş verən reallıqları əks etdirir.

Filmin ssenari müəllifi Aqil Abbas BiG.AZ-a açıqlamasında bildirib ki, film heç vaxt romanı tamamlamır:

"Elə öz ölkəmizdən götürsək, bir çox romanlarımıza filmlər çəkilib. Bütün bu filmlərdən də görmüşük ki, film və roman bir-birindən fərqlənir. Film romandan bəhrələnərək çəkilir. Romanın əsasında ssenari qurulur. Lakin bütün romanı filmə yerləşdirmək mümkün deyil. Elə olsa gərək serial çəkilsin. "Dolu" romanı əsasında çəkilən eyniadlı film əsərin birinci hissəsidir. Bunun ikinci hissəsinin çəkilməsi artıq mənasız olar. İkinci hissəsi illər sonra ehtiyac olarsa, bəlkə də çəkilə bilər. Lakin bu gün buna ehtiyac yoxdur. Çünki artıq çəkilən filmdə fikir tamamilə çatdırılıb. Ekran işi öz sözünü deyib. Tamaşaçılar da filmi və onun qəhrəmanlarını sevib. Bu gün o film Azərbaycanın ən yaxşı filimlərindən hesab olunur. Mənə təklif etdilər ki, bu əsərin əsasında serial çəkilsin lakin mən razılaşmadım. Çünki eyni effekti verməzdi".

Əməkdar jurnalist matəm günlərində efirə verilən Xocalı soyqırımı və Qarabağ problemləri həqiqətlərini özündə əks etdirən filmlərin yetərincə olduğunu bildirib:

"Filmin gücü çox böyükdür. Ən böyük təbliğat filmlə olur. "Fəryad", "Dolu", "Arxada qalmış gələcək", "Yalan", "Biz qayıdacağıq", "Xoca" və.s kimi Qarabağ müharibəsindən bəhs edən filmlərimiz var. Sənədli filmlərimiz çoxdur. Yaxşı olar ki, bədii filmlər çəkilsin. Çünki bədii filmlərin təsir gücü də, yayılma gücü də böyük olur. Yeni filmlərin çəkilməsi üçün yetərincə istedadlı aktyorlarımız və rejissorlarımız, bu filmləri ərsəyə gətirmək üçün imkanımız da var. Ehtiyac olsa rejissor və aktyorları xaricdən də dəvət etmək olar. Bu zaman filmin yayılma gücü daha böyük olur. Lakin bir daha qeyd edim ki, ölkəmizdə bu işi bacaran aktyorlarımız, rejissorlarımız, ssenaristlərimiz var".

Qeyd edək ki, "Dolu" filmi Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Uğurlu ekran əsəri kimi rejissor Elxan Cəfərov finalda tamaşaçıda qələbəyə inam hissini aşılaya bilib.

"Film heç vaxt romanı tamamlamır" - Aqil Abbas "Dolu" filminindən DANIŞDILamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Kino   Baxılıb: 587   Tarix: 25 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın ilk internet serialı-"Sayrışan işıqlar"ın tanıtımı paylaşıldı

Azərbaycan Film Akademiyasının istehsalı olan və tibbdən bəhs edən "Sayrışan işıqlar" serialının əsas tanıtımı paylaşıldı. xəbər verir ki, "Sayrışan İşıqlar" tibbi serialı Azərbaycanda ilk internet seriali olmaqla yanaşı Azərbaycan kino sahəsində özünəməxsusluğu ilə digər Azərbayca

06.12.2019 668
.

Azərbaycanda kino sahəsində yenilik-AÇIQLAMA

Bir qrup kino adamı Azərbaycan kinosunun inkişafı naminə "Müstəqil Kino Platforması" təsis edib. xəbər verir ki, bu barədə məlumat verən rejissor Elvin Adıgözəl bildirib ki, Aygün Aslanlı, Elvin Adıgözəl, İntiqam Hacılı, Hacı Səfərov, Səbuhi Məmmədov və digərləri – səlahiyyətli orqanlara "ölkəd

27.01.2020 487
.

"Film heç vaxt romanı tamamlamır" - Aqil Abbas "Dolu" filminindən DANIŞDI

Bu il ölkəmizdə Xocalı faciəsinin 28-ci ildönümü qeyd olunur. Bununla bağlı təşkil olunan tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir. Eyni zamanda televiziya kanallarında Xocalı soyqırımını

25.02.2020 587
.

TOP MP3