Azərbaycanın ilk internet serialı-"Sayrışan işıqlar"ın tanıtımı paylaşıldı

Azərbaycanın ilk internet serialı-"Sayrışan işıqlar"ın tanıtımı paylaşıldıAzərbaycan Film Akademiyasının istehsalı olan və tibbdən bəhs edən "Sayrışan işıqlar" serialının əsas tanıtımı paylaşıldı.

BiG.AZ xəbər verir ki, "Sayrışan İşıqlar" tibbi serialı Azərbaycanda ilk internet seriali olmaqla yanaşı Azərbaycan kino sahəsində özünəməxsusluğu ilə digər Azərbaycan seriallarından seçilir. Tibbi mövzunu əhatə edən bədii internet seriali eyni zamanda dedektiv, dram, romatik, komediya janrlarını özündə birləşdirir.

Layihənin rəhbəri, eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy film haqqında açıqlama verib. Açıqlamanı olduğu kimi qeyd edirik:

"Əlbəttə, Azərbaycanda belə təşəbbüsə ilk cəhd etmək cəsarətlə yanaşı fədakarlıq tələb edirdi. Hələ 2016-cı ildə bu layihə haqqında danışanda ciddiyə alınmırdı. Amma bu gün layihəmə inanan və işinə sevgiylə yanaşan komanda ilə bu işin öhdəsindən gəldik. Eyni zamanda layihəyə inanan Dr. Elnur Fərəcov, Dr. Qulam Rüstəmzadə, Dr. Mircəlal Kazımi, Dr. Bibixanım Məmmədova tibbi serialın Azərbaycan üçün lazımlı iş olduğunu vurğulayaraq dəstək olublar.

Dekabrın ortalarında keçiriləcək təqdimatdan sonra film "Medplus TV" Youtube kanalına yüklənəcək.

İnanıram ki, bu layihədən cəsarətlənərək bir çox kino istehsalçıları internet serialına start verəcək. Çünki bu sahənin inkişafı Azərbaycan kino sektoruna yeni nəfəs gətirəcək".
Qeyd edək ki, Filmdə baş obrazı Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev canlandırır. Eyni zamanda Kərəm Hadızadə, Leyla Babayeva Sədaqət Məmmədova, Natali B., Elvida M., Ceyhun Mehdixan, Mərva M., Sübhi S. və digərləri aparıcı obrazlarda rol alacaqlar. Filmin quruluşçu operatoru Elvin Əsgərov, ikinci rejissoru Böyükağa Əliyev, səs rejissoru Vüqar Sübhandır. Filmi izləmək üçün yutubda Medplus TV kanalına abunə olmaq və paylaşımlardan anında xəbər almaq üçün bildiriş düyməsini aktiv etmək lazımdır.

Lamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Kino   Baxılıb: 668   Tarix: 06 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda kino sahəsində yenilik-AÇIQLAMA

Bir qrup kino adamı Azərbaycan kinosunun inkişafı naminə "Müstəqil Kino Platforması" təsis edib. xəbər verir ki, bu barədə məlumat verən rejissor Elvin Adıgözəl bildirib ki, Aygün Aslanlı, Elvin Adıgözəl, İntiqam Hacılı, Hacı Səfərov, Səbuhi Məmmədov və digərləri – səlahiyyətli orqanlara "ölkəd

27.01.2020 487
.

"Film heç vaxt romanı tamamlamır" - Aqil Abbas "Dolu" filminindən DANIŞDI

Bu il ölkəmizdə Xocalı faciəsinin 28-ci ildönümü qeyd olunur. Bununla bağlı təşkil olunan tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir. Eyni zamanda televiziya kanallarında Xocalı soyqırımını

25.02.2020 587
.

Kənan MM-in xanımı Aygün türkiyəli məşhurla bir arada- FOTO

Kənan MM-in xanımı Aygün MM sosial şəbəkədə yeni foto paylaşıb. xəbər verir ki, ifaçının fotosunda türkiyəli məşhur müğənni Mahnsun Kırmızıgül də yer alıb. O fotoya belə şərh verib:. "13 ildən sonra yenidən geri dönüş və möhətəşəm musiqilər albomda yer alacaq və bir də böyük sürpriz sizlər üçün

20.11.2019 4642