"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏHəyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar.

Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb var gücüylə çalışsa, uğur qapısına çatar və o qapının açarlarını əldə edər.

Bu yol barədə isə onu qət edənlər daha çox bilər. Uğurun sirləri, açarları nədədir?

Suallarımıza cavab tapmaq və uğurlu insanların həyatını araşdırmaq üçün "Uğurun sirləri" silsiləsinə start veririk.

İlk qonağımız isə gənc iş adamı, "BiG Group" şirkətinin təsisçisi Emil Akbarovdur.

Bu gün 34 yaşı tamam olan bu adam artıq 16 ildir ki, "BİG Group" şirkətinə rəhbərlik edir və bu günə qədər dəfələrlə müxtəlif telekanallarda çıxış edib, xəbər portallarına müsahibələr verərək öz sahəsinə dair bir çox məqamlara toxunub.

Fəaliyyət göstərdiyi illər ərzində Emil Akbarov müxtəlif mükafatlarla təltif olunub.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏQeyd edək ki, artıq 16 il uğurla fəaliyyət göstərən "BİG Group" şirkətinə bu gün 15-ə yaxın layihə daxildir. Onlardan 3-ü xəbər portalıdır (BiG.AZ, Sonxeber.az, izle.az), digərləri isə (unvan.az, vipemlak.az, sebet.az, servis.az, webpage.az və s.) ticari layihələrdir.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ"İlk addımlarımızı BiG.AZ saytı ilə atmışıq. BiG.AZ Azərbaycan saytları siyahısında ilk saytlardan biridir. Neçə illərdir ki, ön sıralarda gedirik. BiG.AZ öz möhürünü vurandan sonra qərara gəldik ki, yeni layihə yaradaq", - deyə iş adamı Aznews.az saytına müsahibəsi zamanı bildirib.

Dediyinə görə, iş həyatına hələ uşaq yaşlarından başlayıb. Özünü Azərbaycanda internet dünyasına yenilik gətirən bir şəxs və uğurlu iş adamı kimi görür.

"Amma mənim haqqımda ən doğru sözü tanışlarım deyə bilər. Əgər insan özünə tamamilə əmin olsa və özündən başqasının güclü olmadığını düşünsə, həmin an kimsə gəlib onu keçəcək. Özündən əminlik həmişə tənbəlliyə gətirib çıxarır. Buna görə də özümü tərifləməkdən daim qaçmışam, qorxmuşam. Bunun əksinə, öz üzərimdə işləmişəm, çalışmışam ki, hansısa bir pillədəyəmsə, sabah daha bir pillə yüksəlim... Mənim "daydayım" həmişə özüm olmuşam. Çalışmışam ki, öz gücümə nəsə əldə edim. Əgər böhran varsa və sənin yardım aldığın tanışını da bu böhran "vurubsa", sən öz ayaqlarının üstündə durmağı bacardığın zaman bilirsən ki, öz gücün var. Bu zaman sən yox, sənin rəqiblərin kimlərdənsə asılı olur", - deyə o, "Cumhuriyyət" qəzetinə müsahbəsində bildirib.

Bu dəfə də BiG.AZ saytı olaraq, ona suallarımızı ünvanladıq:

- Hər şey necə başladı? 18-20 yaşlı iki gənc niyə məhz sayt işiylə məşğul olmağı seçdi?

- Bilirsiz, o vaxtlar kompüterlər hər evdə yox idi. İnternet bu qədər güclü və populyar deyildi. "Wifi" yox idi, insanlar "ADSL" ilə internetə giriş edirdi. Hazırda 3-5 dəqiqəlik bir mahnını yükləmək üçün sizə 1-2 saniyə bəs edirsə, həmin dövrdə bunun üçün saatlarla interneti, kompüteri açıq qoymaq lazım idi. Smartfonlar da yox idi. Telefonlarda internet və "wap" saytlar yeni yaranırdı. Bizə də yenilik olaraq maraqlı gəldi. İndiyədək bərabər olduğumuz dost və şərikim Namiq Abdullayevlə başladıq öyrənməyə və bu işi həyata keçirdik. Artıq işimizdən gəlir əldə etməyə başladıqda isə bu sahə bizi daha da özünə cəlb etdi.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ- Bu yolda ən böyük dəstəyi kimdən gördünüz?

- İnnovativ bir peşə sayıldığı və Azərbaycana yeni qədəm qoymuş bir sahə olduğu üçün bu işdə demək olar, heç kim bizə dəstək verməyib. Kodlar, saytların yaradılması, fəaliyyəti və s. barədə məlumat toplamaq o vaxt indikindən daha çətin idi: nə "Youtube" var idi "əl altında", nə "Google". Ona görə çox şeyi özümüz əsasən xarici kitablardan oxuyaraq öyrənmişik. Özümüz özümüzə dəstək olub qalxmışıq və buralara çatmışıq.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ- Sizi bu seçimdən çəkindirənlər oldumu? Hazırda onlar nə düşünür?

- Bəli, valideynlərim mənim hüquq-mühafizə orqanlarında işləməyimi arzu edirdilər. Hətta bu sahədə işləməyim üçün sənədlərimi də hazırlamışdılar. Amma mən heç zaman o peşəni bəyənməmişəm və elə gənc yaşalarımdan iş adamı olacağımı düşünmüşəm, hətta bunu uşaqlıqdan qarşıma məqsəd qoymuşam. Ona görə valideynlərimin mənim üçün seçdikləri peşənin ardınca getməmişəm. İlk zamanlarda onlar seçimimdən çox narazı idilər. Kompüterdə oyun oynadığımı, vaxtımı boş yerə itirdiyimi düşünürdülər, lakin bilmirdilər ki, bu innovativ sahə sabah böyük perspektivli peşəyə çevriləcək. Əlbəttə, hazırda razı olduqlarını düşünürəm.

- Seçiminizə peşman olmusunuzmu? Hər şeyi atıb, başqa işlə məşğul olmağı düşünmüsünüzmü? Başqa peşə seçsəydiniz, nə işlə məşğul olardınız? "İndiki ağlım olsaydı..." cümləsini necə tamamlayardınız?

- Mən ümumiyyətlə geriyə baxmağı sevmirəm, hər zaman irəli baxaram. Xeyr, peşman deyiləm. Bu, mənim arzum olub və planlı şəkildə yolumu seçib istəyimə çatmışam. Seçimimdən çox razıyam. İndiki ağlım da olsaydı, əvvəlki seçimimi edərdim, iş adamı olardım. İqdisadiyyat üzrə təhsil almışam. Özümü həmişə biznesmen kimi görmüşəm. Həkim, polis və digər peşələrdə özümü təsəvvür etməmişəm.

- Bu yolda hansı çətinliklərlə qarşılaşmısınız? Ən çətin anınız hansı olub?

- Gözəl sualdır. Bu yolda çətinliklərimiz çox olub. Demək olar, yolu ikimiz tək getmişik, köməyimiz olmayıb. Maliyyə çətinliklərimiz çox olub, amma yavaş-yavaş bütün çətinliklərdən keçmişik. Ən çətin anlar da əslində çox olub: ölkədə devalvasiya baş verəndə, böhran dövrlərində... Hazırda da, təəssüflər olsun ki, böhran var, çətin anlar yaşayırıq. Sadəcə biz 16 il ərzində artıq böhranlara alışmışıq, nəyi necə edəcəyimizi öyrənmişik. Bu yerə "step by step" gəmişik. Düşünürəm ki, qısa müddətdə bu böhranın da öhdəsindən gəlib davam edəcəyik. Çətinliklər çox olsa da, şükür, biz öz peşəkarlığımız sayəsində çətin günləri arxada qoymuşuq.

- Səhvlərinizə uğursuzluq, yoxsa təcrübə kimi baxmısınız?

- Səhvlərimdən dərs götürəndə mənim üçün bir təcrübə olub. Hətta sevinmişəm. Nəyisə düz etməyəndə səbələrini öyrənməyə çalışıram, təcrübə qazanıram. Ümumiyyətlə, həyatda səhvlər olmalıdır. Səhvsiz insan yoxdur. Səhv etdikdə əsas ondan nəticə çıxarmaq və bir daha təkrarlamamaqdır.

- Yıxıldıqda yenidən qalxıb davam etmək, təslim olmamaq üçün nə etmək lazımdır?

- Birinci növbədə, işinin peşəkarı olmaq lazımdır. Əzmkar olmaq lazımdır. İşini sevməlisən. Özgüvənin olmalıdır. Bunlar varsa, problemə dərhal reaksiya verib çıxış yollarını axtarmalısan. İnsan özünü motivasiya etməklə, hər şeyin yaxşı olacağını düşünməklə güclü olmağa çalışmalıdır.

- Sizin üçün nümumə olan, sizi ruhlandıran kimdir?

- Bir-bir ad çəkməyəcəyəm. Dünyada tanınmış böyük iş adamlarının həyatı mənim üçün həmişə maraqlı olub. Onlar haqqında çox oxumuşam, izləmişəm və uğurları məni ruhlandırıb, mənə nümunə olublar.

- Həyatınızı və özünüzü bir cümlə ilə vəsf edin.

- Əzmkar, özgüvənli, peşəkar və... xeyirxah... Özümə belə deyərdim.

- Pula münasibətiniz? Əl çirki ya...?

- Xeyr. Pul əl çirki deyil. Pula vəsait, pilləkən, tramplin deyərdim. Bu, məqsədə çatmaq üçün vasitədir. Pul olmasa, istər işində, istərsə də şəxsi həyatında heç bir şeyə nail ola bilməzsən. Pulu əziyyətlə qazanırsansa, onun dəyərini də bilməlisən, ona "çirk" kimi yox, "alın təri" kimi baxmalısan. İndiki zəmanədə pul qazanmaq çox çətindir, ona görə qədrini bilmək və ağılla istifadə etmək lazımdır.

- Kitab ya film?

- Əvvəllər kitab çox oxuyardım, lakin sonra işimin çoxluğundan kitab oxumağa vaxtım qalmadı, amma film izləməyi sevirəm. Tanınmış insanların həyatı barədə maraqlananda da əsasən, "YouTube"dan məlumat əldə edirəm.

- Azərbaycan ya xarici ölkə?

- Dünyanın, bəlkə, 80 %-ni gəzmişəm. Bir çox ölkələrdə olmuşam. Bunu hətta hobbi adlandıra bilərəm. Lakin etiraf edim ki, xarici olkədə 10 gündən artıq qala bilmirəm, çünki doğma Azərbaycanım üçün darıxıram. Dünyaya bir daha gəlsəydim, yenə Azərbaycanda olmaq istəyərdim. Bəzilərinə təəccüblü gəlsə də, mən bunu seçərdim. İstər mətbəx baxımından, istər digər cəhətlərdən Vətənimi çox sevirəm. Bir sözlə, patriot adamam.

- Boş vaxtınızı necə keçirirsiniz?

- Əsasən ya ailəmlə, ya da dostlarımla keçiririrəm. Əylənməyi sevən biriryəm.

- Xoşbəxtlik nədir? Xoşbəxtsinizmi?

- İlk növbəd, can sağlığıdır. İnsanın canı ağrımırsa, artıq xoşbəxtdir. İkinci növbədə xoşbəxtlik çevrəndə gözəl mühitin, səni anlayan, ürəyinə yatan insanların olmasıdır. Onlarla deyib-gülməyi bacarmalısan. Düzgün insanları çevrənə yığmaq və can sağlığı xoşbəxtlikdir. Özümü xoşbəxt hesab edirəm. İstəklərimin bir çoxuna nail olmuşam. Amma bəzi arzularım qalıb. Onlara çatanda özümü tam xoşbəxt hiss edəcəyəm.

- Azadlıq nədədir?

- İşdən yorulanda rahat özünə vaxt ayırıb dincələ bilirsənsə, məncə, azadsan. İnsan gərək iş və problemlərdən əlavə özünü də düşünsün. İşi elə qurmaq lazımdır ki, müəyyən vaxt azad olub həmin vaxtı istirahətə sərf edə biləsən.

- İnsanlarda ən çox nəyə önəm verirsiniz?

- Doğruluq və dürüstlük. Doğru-dürüst insan mənim üçün ideal biridir. İkiüzlü olmasın, səmimi olsun. İnsanda ən dəyər verdiyim budur.

- Əvvəlki gənclərlə indiki gənclərin fərqi nədədir? Mənfi və müsbət cəhətləri? Gənclərə məsləhətləriniz?

- Onlar müqayisə olunası deyil. Bizim gənclik dövrümüz indiki gənclərin hayatından çox fərqlənib. Biz texnologiya dövründə böyüməmişik, küçədə oynamışıq. Vaxtımızı kompüter oyunlarıyla deyil, açıq havada keçirmişik. Düşüncələrimiz də fərqli olub. Əfsuslar olsun ki, indiki gənclərin gəncliyi bərbad keçir və bu, məni narahat edir. Həyatlarını smartfon, kompüter və planşetlə "virtual çərçivə"yə sıxışdırıblar. Onlar daha tez böyüməyə çalışırlar və uşaq kimi yox, böyüklər kimi düşünməyə can atırlar, amma hər yaşın öz gözəlliyi var. Məncə, uşaq elə uşaq kimi böyüməlidir, texnologiyaya bu qədər önəm verməməlidir. Gəncliyi biz yaşamışıq, onların yaşadığı gənclik isə bərbaddır. Gənclər oxumaq istəmir, peşə sahibi olmaq istəmirlər. İstəyirlər, dolayı yolla kimsə onlar üçün nə isə etsin və tez bir zamanda uğur qazansınlar. Lakin tez zamanda uğur əldə etmək mümkün deyil. İnsan gərək özü nəyisə öyrənsin, yıxılıb-dursun, bundan sonra hansısa nəaliyyət əldə edə bilər. Gənclər ilk növbədə təhsilinə və həyat tərzlərinə fikir verməlidirlər. Onların hətta nə yeyib-içdikləri də öz təsirini qoyur.

- Həyat şüarınız nədir? Sizcə, sizin uğurunuzun sirri nədədir?

- Həyatda seçdiyin sahənin peşəkarı, özünə qarşı tələbkar olmalısan. O zaman nəyəsə nail olmaq mümkündür. Öz işini sevəcəksənsə, işin də səni sevəcək. İşini "yola verəcəksənsə", nəinki işin, bütün həyatın səni "yola verəcək".

- Gələcək planlarınız?

- İşlə bağlı planlarım çoxdur. Hələ açıqlamaq istəmirəm. Hazırda karantin müddəti bizi çox sarsıdıb və bir çox planlarımızı pozub. Amma yenə də pozitiv olmağa çalışırıq. İnanırıq ki, bu çətin dövr də bitəcək və böyük planlarımızı həyata keçirəcəyik, inşallah.

- Sonda isə bir çoxlarını maraqlandıran sualı vermək istəyərdik. Mahnıların ən maraqlı yerində "BiG.AZ" deyən "qaqaş" kimdir və hazırda haradadır? :)

- Bu sualı bizə çox veriblər (gülür). O, Azərbaycanın tanınmış "DJ"-dir. Həmin insana söz vermişik ki, adını gizli saxlayacağıq. Məncə, çox gözəl deyib. Hətta "BiG.AZ" deyən oğlan haqqında lətifələr də qoşulub. Bu da bir sirr olaraq qalsın.

Suallarınıza görə təşəkkürümü bildirirəm.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1152   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

TOP MP3