"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏAzərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov BiG.AZ-ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:

Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm" demişdiniz. Bu gün filmlər çəkilir. Filmlərdə istifadə edilən zarafatların bayağı və 18+ olması tamaşaçının ailəsi ilə birlikdə filmi izləməsinə imkan vermir. Bu barədə danışaq...

Bəyənmirəm yox, çəkilmirəm. Bəyənmirəm deməklə kiminsə zəhmətinə kinayə ilə yanaşma olar. Çəkilmirəm. Çünki mənim əlimdən ancaq çəkilməmək gələ bilər. Mən obrazlara çəkilərkən ilk olaraq öz ailəmi, anamı, bacımı, övladlarımı düşünürəm. Çünki mənim ilk tamaşaçılarım mənim ailəmdir. Əgər mən öz ailəmin baxmasına rəva bilmirəmsə, başqalarının da baxmasına razılaşa bilmərəm. İnsan özünə rəva bilmədiyini bir başqası üçün qəti olaraq etməz.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏGənc aktyorlar var ki, onlar hələ tam formalaşmayıblar. Yollarını tam olaraq seçməyiblər. Onlara "ay sən beləsən, eləsən" demək yerinə, düzgün olanı demək lazımdır. "Bunu belə etsən daha yaxşı olar". Əlbəttə, göstərmək şərti ilə.

Aktyor olaraq öz peşəkarlığınızı sübut etmisiniz. Artıq tamaşaçılar sizi görən kimi üzlərində gülüş yaranır. Nə vaxtsa ciddi bir obraz canlandırmağı düşünmüsünüz?

Əslində düşünməmişdim. Dostum Cəlil Cavanşir və Orxan Mərdan bu barədə çox danışdılar, təkid etdilər. Bundan sonra Orxan Mərdanın "Qaragöz" filmində çəkildim. Filmdə həm komediya, həm də dram var idi. Yeganə film idi ki, finalda tamaşaçıları ağlatmışdım. Amma bu mənim bacarığım deyildi, rejisorun uğuru idi. Mən həmişə demişəm ki, düzdü tamaşaçı bizi görür. Lakin son anda gördüyü bizik. Həmin film ərsəyə gələnə qədər üstündə əsas əziyyəti çəkən kadr arxasında işləyənlərdir.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ"Tək səbir" komandası var idi. Çox maraqla izlənilirdi. Niyə dağıldı? Yenidən bir araya gəlmək kimi bir planınız varmı?

"Tək səbir" Azərbaycanda ən reytinqli tele layihə olub. Layihəni Həsən qurmuşdu.Çox uğurlu başladı və davam etdi. Lakin sonra qopmalar başladı. Komanda çox böyük idi. İdarə etmək də çətinləşdi. Buna görə də problemlər yarandı, maddi çatışmazlıqlar artdı. Beləliklə, komanda dağıldı. Yenidən bir yerə yığılmaq da mümkün deyil. 5 il keçəndən sonra bəlkə də yığmaq olardı. İndi 15 il keçib. Əlbəttə ki, mümkünsüzdür. Çünki daha əvvəlki kimi də olmaz. Daha bizim 22 yaşımız yoxdur. Nə əvvəlki enerji qalıb, nə də həmin həvəs. Amma onu deyə bilərəm ki, komanda çox yaxşı idi. Bizə lazım olan uğuru, reytinqi əldə etmişdik. O vaxt şöhrətin ən yüksək nöqtəsini yaşayırdıq.

Yenidən şou-verilişləri aparmaq kimi bir fikriniz var?

O vaxt "Arı" şou var idi. Yaxşı da başlamışdıq. Lakin maliyyə sıxıntıları oldu deyə proqram dayandırıldı. İndi də planda bəzi şeylər var. Hələ ki, "Ailəmiz" adlı serialla başlayırıq. Yeni bir komanda olacaq. Fevralın 2-dən Atv telekanalında yayımlanacaq. Bundan əlavə ölkənin ən böyük şousunu etmək istəyirəm. Bacaracam ya yox, onu Allah bilir.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ "Bacanaqlar" serialı da tamaşaçıların üzündə gülüş yaratmağı bacardı. Maraqlıdır, Talehlə Elməddinin ortaq cəhətləri nələrdir?

Mən real həyatda yaşayıb edə bilmədiklərimi həmin serialda etmişəm. Elməddin olaraq bu gün yaşayıram və nələrsə edirəm. Lakin edə bilmədiklərim də var ki, məhz Taleh olaraq həmin obrazda etdim. Bir də onu deyim ki, bu serialla insanlar məni oradakı kimi qəbul etdilər. Elməddin elə Talehdir kimi qəbullandılar. İnsanlar məni cahil, şorgöz kimi tanıyırdılar. Əvvəllər bu məni sarsıdırdı ki, axı mən belə deyiləm. Lakin sonra düşündüm ki, qoy insanlar məni belə tanısın. Çünki artıq rahat idim.
Həyatda da bacanağım var. Bildiyin bacanağıq da. Eyni serialdakı kimi.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏSonuncu açıqlamanızda heç bir sosial şəbəkədən istifadə etmədiyinizi bildirmisiniz. Bu barədə danışaq...

Sosial şəbəkələrdən istifadə etmirəm. Nəsə maraqlı bir məlumatı, xəbərləri dostlarımın telefonunda baxıb görürəm. Sosial şəbəkələrdən istifadə etməyə ehtiyac görmürəm. Lazım olan xəbərləri xəbər portalları vaistəsi ilə alıram.

O ki, qaldı adımdan açılan saxta profillərə, əlbəttə, tez-tez başıma belə hallar gəlir. Bir dəfə bir oğlan mənim adımdan hesab açmışdı. Ad,soyad eyni. Videolar, maraqlı xəbərlər paylaşıb və arada mənim fotolarımı da yerləşdirib. Bunu da dostlarım sayəsində öyrəndim. Həmin adamla əlaqə saxlayıb məsələ barədə soruşdum. O da dedi ki, mənim də adım, soyadım belədir. O ki, qaldı sizin fotoları paylaşmağıma, mən sizin pərəstişkarınızam. Səbəb sadəcə budur.

Belə hallar tez-tez baş verir. Lakin mən bilirəm ki, heç kim mənim elə paylaşımlar etdiyimə inanmaz. Çünki dəfələrlə bütün müsahibələrimdə bu haqda məlumat vermişəm. Mənim heç bir sosial şəbəkədə hesabım yoxdur.

Hər kəsin üzündə gülüş yaradan Elməddini ağladan nələrsə var?

Öz sıxıntılarım məni heç vaxt ağlatmır. Sındıra bilər, küsdürə də bilər amma ağlatmır. Amma başqalarının problemlərinə üzülürəm. Gündəm olan heç nə məni ağlatmır. Gündəmdən kənarda qalan məsələlər məni incidir. Məsələn, kimsə küçədə çörək yeyir. Buna çox üzülürəm. Gizlincə ağladığım da olub. Amma bunu heç kim görməyib. Heç öz yaxınlarım da. Əsil Elməddin onda oluram.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏElməddini biz aktyor kimi, bir insan kimi tanıyırıq, amma ailə başçısı kimi yox, ailədə necə birisiniz?

Evdəki Elməddin başqadır. Evin öz qayda-qanunları var. Gülmək öz yerində amma əsasən ciddiyyət. Oğullarımla dost olmağa çalışıram. Arada pərdəni saxlamaq şərti ilə. Özləri də buna riayət edir. Tək istədiyim təhsillərinə və idmana diqqətlə yanaşmalarıdır. Çox yaxşı oxuyurlar. Lakin arada görürsən ki, laqeydlik yaranır.

5-10 il əvvəl aqressiv idim. İşdən yığdığım əsəbi, stresi evə aparırdım. Amma indi elə deyiləm. Yaşa dolduqca insan bəzi şeyləri daha dərindən düşünür. Görməzdən gəlməyi öyrənir. Artıq qəbullanırsan ki, oğlun böyüyür, boyu boyuna çatır. Övladlara artıq başqa cürə yanaşırsan. Aqressiyanın yerini mərhəmət tutur. Həyat yoldaşımla bir-birimizi çox yaxşı başa düşürük. Tələbə yoldaşı olmuşuq. Bir parta arxasında oturmuşuq.

Məsələn, hamı ailəsinin şəkillərini sosial hesablarında paylaşır. Bunu heç sevmirəm. Yaxşı baxmıram. İnsanın özəl şeyləri var. Bunları hamıya göstərməyə ehtiyac yoxdur. Ailəm də bunun tərəfdarı deyil. Etməsələr daha yaxşı olardı. Edirlərsə də özləri bilər.

İllər öncə oğlunuz Nihat da sizinlə birlikdə "Bacanaqlar"da rol alırdı. Yenidən onu ekran işinə qaytarmaq fikriniz var?

O istəyir. Marağı da var. Amma mən istəmirəm. Düzdür, çox istəsə mane olmaram. Lakin istərdim ki, başqa sahədə çalışsın. Ölkə üçün daha faydalı işlər görsün. Əslində məsələ budur ki, biz valideynlər öz çalışdığımız işə uşaqlarımızı yönləndirmək istəmirik. Çünki işin çətinliyini yaxşı bilirik. Ona görə deyirik həkim ol, müəllim ol və.s. Amma dərindən düşünsək, hər işin öz çətinliyinin olduğunu dərk edərik.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏÖz həmkarlarınızdan kimlərin yumorlarına gülürsünüz?

Fərdanın. Məni güldürən aktyor odur. Onun yumorları mənə ləzzət edir.
bir aktyoru, rejisoru, ümumiyyətlə bir sənətkarı yetişdirmək, ondan peşəkar biri yaratmaq çox çətindir. Hər yerindən durandan aktyor olmaz. Uğursuzluqların olduqca sən uğur qazanırsan. Uğursuzluqların varsa, deməli sən hansısa işlər görmüsən. Azərbaycanda ən uzun ömürlü seiralı da mən çəkmişəm, ən qısaömürlüsünü də. Uğuru da, uğursuzluğu da yaşamışam.Lakin mən özümə peşəkar demirəm və öyrənəcəyim çox şey var hələ.

Fərda ilə münasibətiniz necədir?

Fərda ilə münasibətlərimiz çox yaxşıdır. 15 il əvvəl problemlərimiz var idi. Həll etdik. İndi hər şey çox yaxşıdır.

Nə əcəb deputatlığa namizəd olmadınız?

Mən siyasətdən uzaq insanam. Əslində deputatlıq tam siyasət də deyil. Doğru yanaşılsa, xalqa gün ağlamaq, insanların qayğısına qalmaqdır. İnsanların problemlərini Milli Məclisdə işıqlandırmaq və onlara həll tapmaq əsas məsələdir. Allahın izni ilə düşünürəm ki, seçilənlər bunu edər. Özüm istəmirəm. Heç vaxt da həvəsində olmamışam. Böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil. Mən bu qədər insanın haqqına, sorğu-sualına girə bilmərəm. Çünki insan bilmir sabah nə olacaq. Bəlkə nəfsimin öhdəsindən gələ bilmədim?!. Ya da bəlkə heç o verdiyim sözləri tutacaq şərait olmasa, onda necə?! Ona görə də belə şeylərdən uzağam.

Fəxri ad barədə düşünmüsüz?

Yaşadığım həqiqətlər var ki, onlar məni şöhrətpərəst olmağa qoymur. Ətrafımda olan dostlarım, ən yaxın çevrəmdəkilər, oxuduqlarım, gördüklərim bütün bunlar məni şöhrət dalınca qaçmaqdan dayandırır. İndi həyatımın elə bir vaxtıdır ki, mən səhnəyə çıxanda yeniliklərlə çıxmalıyam. Tamaşaçıya yeni nələrsə göstərməliyəm. Şöhrət xətrinə, pul xətrinə istəsəm də alınmaz. Göz önündə olmağı heç vaxt sevməmişəm. İndi də bir qədər uzaqlaşmaq istəyirəm. Daha çox səhnə arxasında çalışmaq, bu səpkidə naliyyətlər qazanmaq istəyirəm. Daha yaxşı, daha böyük yeniliklərlə qayıdacam.

Əlbəttə, fəxri ad barədə düşünmüşəm, bunu arzulamışam. Əvvəl elə bilirdim 30 yaşda olacaq, olmadı. Sonra ümidlə 35 yaşı gözlədim, yenə olmadı. İndi artıq 40 yaşdayam. İndi daha elə bilirəm ki, mənə belə bir ad verilməyəcək. Bunu əslində məndən çox anam istəyir. Anam istədiyinə görə də mən istəyirəm. İndi daha ümidimi kəsmişəm. Bu yaşa qədər verilməyibsə, deməli daha verməzlər. Yəqin ya mənim işlərimi heç kim görmür, ya maraqlı deyil, ya da buna mane olanlar var.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏLamiyə Məmmədova
Foto: Leyla Mustafazadə


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 3689   Tarix: 30 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.