Daha 36 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edildi

Daha 36 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edildiBu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda və Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 36 mənzil şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən BiG.AZ-a verilən məlumata görə, Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısı nəticəsində həmin vətəndaşların sosial müdafiəsi tədbirlərinin ildən-ilə gücləndirildiyini vurğulayıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı proqramı da uğurla davam etdirilir.

Nazir müavini qeyd edib ki, ötən il bu kateqoriyadan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilmişdisə, 2019-cu ildə bundan 50 faizədək çox olmaqla 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı artıq 7400-ə yaxındır.

A.Kərimov eyni zamanda bu il nazirlik tərəfindən 600 avtomobilin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara verildiyini, qeyd olunan vətəndaşların indiyədək 6573 minik avtomobili ilə təmin edildiklərini deyib.

Bu gün nazirlik tərəfindən Abşeron rayonunda mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun ailəsidir. Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil təqdim edilib.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə əlilləri onların rifah halının yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 526   Tarix: 26 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidən İrəvana uzanan qanlı siyasi yol - Robert Köçəryanın CİNAYƏT DOSYESİ

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın siyasi bioqrafiyası təkcə İrəvanda prezident kürsüsündə keçirdiyi on illə məhdudlaşmır. Onun adı Qarabağ münaqişəsinin ən qanlı dövrü, Azərbaycan ərazilərinin işğalı, Xocalı faciəsi dövründə separatçı rejimin rəhbər strukturlarındakı fəaliyyəti, Ermənistand

25.08.2026 201
.

Bu dondurmanın satışı qadağan edildi - Fotolar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. "Qafqazinfo" xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərə

25.08.2026 340
.

8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə

25.08.2026 447
.

200 minə yaxın əcnəbinin vizası ləğv edilir - ABŞ-dən yeni addım

ABŞ administrasiyasının ölkədə sığınacaq üçün müraciət etmiş və ya müraciət prosesi davam edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir. Məlumatlı mənbələrə görə, 2016-2026-cı illər arasında verilmiş bəzi B1 və B2 vizaları nəzərdən keçirilir. Söhbət viz

25.08.2026 140
.

İngilis dilinin qlobal hegemonluğu sona çata bilərmi?

"Çin dilinin gələcəkdə ingilis dilini tamamilə əvəz etməsi, qlobal geosiyasi balansdakı dəyişikliklərə baxmayaraq, real görünmür. Çin iqtisadi və texnoloji baxımdan nə qədər güclənsə də, dilin özünəməxsus strukturu, minlərlə heroqlifdən ibarət yazı sistemi və intonasiyaya əsaslanan tələffüz xüsusiyyətlər

25.08.2026 267
.

ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens

Kanada illərdir öz təhlükəsizliyinin böyük hissəsini ABŞ-ın üzərinə qoyub. xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib. "Kanada müdafiəsinə kifayət qədər sərmayə qoymur. ABŞ-ın qoruyucu çətiri olmasaydı, başqa bir ölkənin işğalına məruz qala bilərdi. Kanada Amerikadan istifad

25.08.2026 157
.

Hollivud ulduzunun gizli eşqləri: Bred Pitt kimlərlə görüşüb?

Hollivud ulduzu Bred Pittin Ancelina Colidən ayrıldıqdan sonrakı şəxsi həyatı illərdir mətbuatın diqqət mərkəzindədir. Aktyorun adı bu müddətdə bir sıra məşhur aktrisalar, modellər və şou-biznesdən kənar qadınlarla hallandırılıb. xarici mediaya istinadən xəbər verir ki, boşanmadan sonra Pittin adı il

25.08.2026 219
.

Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiy

25.08.2026 384
.

Verilişə kor etdiyi arvadı ilə çıxan Eldəniz qayınatasının qətlinə görə saxlanıldı

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə

25.08.2026 395
.