Cəzalar törədilən cinayətlərə adekvatdırmı? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Cəzalar törədilən cinayətlərə adekvatdırmı? - HÜQUQŞÜNASDAN AÇIQLAMAAzərbaycanda insan həyatı və sağlamlığı ilə bağlı ağır nəticələrə səbəb olan bəzi əməllərə görə cəzaların kifayət qədər sərt olub-olmaması yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə vəzifəli şəxsin səhlənkarlığı nəticəsində insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan hallar, məişət zorakılığı və qadınlara qarşı törədilən cinayətlər zamanı cəzanın törədilmiş əməlin nəticələrinə adekvat olub-olmaması sual doğurur. Məsələn, Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən, səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya beş ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bəs insan həyatının itirilməsi ilə nəticələnən belə hallarda mövcud cəzalar kifayət qədər çəkindiricidirmi? Məişət zorakılığı və qadınlara qarşı ağır cinayətlər üzrə də cəzaların sərtləşdirilməsinə ehtiyac varmı, yoxsa problemin həlli yalnız cəzaların artırılmasından keçmir?

Mövzu ilə bağlı hüquqşünas Vüqar Rzayev BiG.AZ-a açıqlamasında bildirdi ki, cəzaların sərtləşdirilməsi məsələsinə yalnız cəza müddətinin artırılması kimi yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, əsas məqsəd insan həyatı və sağlamlığına qarşı törədilən əməllərə görə məsuliyyətin real və qaçılmaz olmasını təmin etməkdir: "Xüsusilə ölüm və ya ağır xəsarətlə nəticələnən səhlənkarlıq hallarında əməlin nəticəsi ilə təyin olunan cəza arasında adekvatlıq məsələsinə diqqət yetirilməlidir. Eyni yanaşma məişət zorakılığına da şamil olunmalıdır. Çünki zorakılığın təkrar xarakter daşıması və nəticədə daha ağır cinayətə gətirib çıxarması hallarında preventiv mexanizmlərin vaxtında işə düşməsi olduqca vacibdir. Azərbaycan qanunvericiliyində cinayətlərin ağırlıq dərəcəsinə uyğun cəzalandırılması prinsipi mövcuddur.

Cəzaların artırılması müzakirə edilərkən beynəlxalq təcrübə də nəzərə alınmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin materiallarında da məişət zorakılığına görə sanksiyaların əməlin ağırlığına uyğunlaşdırılmasının vacibliyi vurğulanır. Cəzanın sərtləşdirilməsi müəyyən hallarda zəruri ola bilər, lakin təkcə cəza müddətinin artırılması problemi həll etmir.

Burada əsas məsələ cinayətin qarşısının vaxtında alınması, zərərçəkənin effektiv müdafiəsi və təqsirkarın məsuliyyətdən yayınmamasıdır. Xüsusilə məişət zorakılığında ilk siqnallara ciddi yanaşılmalıdır. Əks halda daha ağır nəticələrin qarşısını almaq çətinləşir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 946   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 232
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

17:26 86
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd

20:15 1
.

İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular

Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"

20:45 1
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

17:15 87
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.