"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ
2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı.
"Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcısı və baş məşqçisi Elnur Vəliyevlə olan söhbətimiz əsnasında öyrəndik.
Elnur Vəliyevin BiG.AZ-la müsahibəsini təqdim edirik:
İlk olaraq Qarabağ-Moskva klubu barədə məlumat vermənizi
istərdim (neçə ildir fəaliyyət göstərir və əldə etdiyi uğurlar).
Komandanı 2013-cü il, yanvar ayının 10-da yaratmışıq. Elə həmin il qatıldığımız Moskva üzrə Şərq Divizionunun qalibi, həm də kubokun sahibi olduq. Bundan sonra ardıcıl olaraq qatıldığımız yarışlarda uğurlar qazandıq. Bunlardan bəzilərini sadalayım: 2016-2017-ci illərdə Moska mini futbol liqasında gümüş mükafatçı, eyni mövsümdə bürünc mükafatçı olduq. 2018-2019-cu illərdə isə Moskva çempionu olduq.
Klubun yaradılmasında əsas məqsədiniz?
"Qarabağ Moskva" FK Rusiyada yaşayan azərbaycanlıları, xüsusilə, Azərbaycan gənclərini təmsil edən, onların arasında sağlam həyat tərzini təbliğ edən ve peşəkar idmanla məşğul olmalarına şərait yaradan bir layihədir. "Qarabağ -Moskva" Futbol Klubu yeganə futbol klubudur ki, heyətinin 90 faizi əsasən azərbaycanlardan ibarətdir və tərkibində olan bütün oyunçular sırf Qarabağ adı altında çempionatlara qatılır. Bu o deməkdir ki, əgər biz yenidən çempion olsaq, Qarabağ futbol klubunun adından Moskvada və Rusiyada tanınmış olacağıq və bu adla daha irəlilərə getmək üçün bir şans əldə edəcəyik. Əsas hədəf Qarabağın Azərbaycanın ayrilmaz tərkib hissəsi oldugunu göstərmək və Azərbaycanı layigincə təmsil etməkdir. Rusiyada yaşayan gəncləri bir araya toplamaq, onları sağlam həyata-idmana cəlb etmək, daim həmrəy olmalarına şərait yaratmaq bizim əsas hədəflərimizdəndir.
Rusiyada fəaliyyət göstərən "Qarabağ Moskva" adlı futbol klubunun maddi çətinliklərini bilən ermənilər bir təklif ediblər- sizə hər cür yardım etməyə hazırıq, amma bir şərtlə, klubun adını dəyişib Artsax qoyaq. Azərbaycanlılar bu təklifi qəti şəkildə rədd ediblər. Bu barədə danışaq…
Bəli, 2016 ilin əvvəlində maddi çətinliyimiz olub. Dəfələrlə hamiya həm şifahi, həm televiziya vaistəsilə müraciət etmişik ki, bizə dəstək olsunlar. Lakin bütün müraciətlərimiz cavabsız qaldı. Bunu bilən Rusiyada yaşayan erməni diasporunun nümayəndələri mənimlə əlaqə saxladılar və dedilər ki, biz sizə dəstək olmağa hazırıq. Nə istəsəniz, sizə şərait yaradarıq ki, siz peşəkar liqada çıxış edəsiniz. Lakin bir şərtlə. Komanda da iki erməni futbolçu olsun və komandanın adı "Artsax" olsun. Mənim onlara cavabım sərt oldu: "Mən komandanı dağıldaram, lakin sizin köməyinizi qəbul etmərəm".
Gələcək planlar nələrdir?
İştirak etdiyimiz "НМФЛ"-in çempionatda yaxşı uğur əldə etməsi üçün,
çempionatda qalmağımızı və davamlılığımızı təmin etmək üçün bizə maliyyə dəstəyi lazımdır. Bu davamlılığımızla biz çempionatda qalib olmağa çalışacağıq.
Son olaraq onu da qeyd edim ki, mən dekabr ayının 13-də Ukraynanın paytaxtı Kiev şəhərində UEFA tərəfindən keçirilən kursların nəticəsində A UEFA licenziyanı aldım.







Lamiyə Məmmədova
BiG.Az
Telegramda izləyin
Müsahibə Baxılıb: 2177 Tarix: 16 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı
Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım
02.10.2019 2215 Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ
"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya
21.02.2020 23053 Dilarə Əliyeva anasından danışıb ağladı - Video
Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"
06.07.2020 5362 "Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış
"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib
04.04.2020 2918 Ayan və qızından yeni - FOTO
Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova
23.04.2020 5360 "Hamımız hamilə olmalıyıq"
Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il
08.01.2020 2998 "Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA
Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v
21.10.2019 5134 "O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR
ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:
06.09.2019 4222 "Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO
Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib
02.04.2020 4440