Yanvarın 1-dən hər ay maaşınızdan bu qədər PUL TUTULACAQ - VİDEO

Yanvarın 1-dən hər ay maaşınızdan bu qədər PUL TUTULACAQ - VİDEOİcbari Tibbi Sığorta sahəsində bir sıra vacib dəyişikliklər ediləcək.

Belə ki, İcbari Tibbi Sığorta haqqı öncədən müəyyən edilən 120 manatdan 90 manata endiriləcək. Bundan əlavə özəl sektorda çalışanların maaşından icbari tibbi sığorta üçün tutulacaq məbləğ 2 faizdən 1 faizə düşəcək.

Yeni təkliflərin qısa zamanda milli məclisdə qəbul edilərək təsdiqlənəcəyi gözlənilir.

İcbari Tibbi Sığorta ilə bağlı öncədən müəyyən edilmiş maliyyə göstəricilərində vətəndaşların xeyrinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət başçısının təşəbbüsü ilə milli məclisin səhiyyə komitəsində müzakirə edilib və plenar iclasa tövsiyyə olunub.

Bu barədə Xəzər Xəbərə danışan komitənin sədr müavini Musa Quliyev icbari tibbi sığorta üçün tələb olunan minimal məbləğin öncəki ilə müqayisədə 30 manat azaldıldığını bildirib.

Millət vəkilinin sözlərinə görə, ediləcək ən önəmli dəyişikliklərdən biri isə özəl sektorda çalışan işçilərin maaşlarından tutulmaların öncəki məbləğlə müqayisədə azadılmasıdır.

Musa Quliyev bildirir ki, vətəndaşların alacağı xidmətlər zərfində də dəyişikliklər ediləcək. Belə ki, öncədən qəbul edilən qaydalara əsasən icbari tibbi sığorta üçün hazırlanan baza zərfi ilə əlavə zərfdə olan xidmətlər birləşdiriləcək.

Millət vəkilinin sözlərinə görə iqtisadi fəal, ancaq vergi-sığorta münasibətlərində iştirak etməyən bölgələrdəki fermer təsərrüfatı ilə məşğul olan şəxslər də 2023-cü ilə qədər dövlət hesabına icbari tibbi sığorta ilə təmin ediləcəklər.

Musa Quliyev bildirir ki, dəyişikliklərdən sonra icbari tibbi sığorta büdcəsi 2 milyard manat olacaq ki, bu da tibbi xidmətlərin keyfiyyətinin kifayət qədər yüksəlməsində özünü göstərəcək. Qeyd edilən dəyişikliklərin milli məclisin növbəti plenar iclasında səsverməyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2169   Tarix: 28 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qətər Hindistana 10 milyard dollar yardım etdi

Qətər hökuməti Hindistana 10 milyard dollar sərmayə qoymağa qərar verib. xarici mediaya istinadən xəbər verir ki, infrastruktur, texnologiya və logistika kimi bir çox sektoru əhatə edən saziş iki ölkə arasındakı ticarət həcmini iki dəfə artırmağı hədəfləyib. Hindistanın baş naziri Narendra Modi Əmi

19.02.2025 214
.

Zaurla Hüseynin efirdəki davası qurma imiş

Aparıcı Zaur Kamal bir neçə il əvvəl "Həmin Zaur" verilişində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə arasında yaşanan mübahisənin əvvəlcədən planlaşdırıldığını etiraf edib. Bu barədə o, öz proqramında danışıb. "Bir gün Hüseynin toyu var idi. "Həmin Zaur"da efirdən getməli idi

19.02.2025 263
.

"Heç kimin pisliyini istəmirəm" - Aleyna Tilki

"Yaxşı insan olduğumu düşünürəm. Heç kimin pisliyini istəmirəm". xəbər verir ki, bu sözləri Aleyna Tilki deyib. "Öz halında, özü ilə yarışan insanam" ,- deyə o qeyd edib. [hh4-unikal]

19.02.2025 265
.

Eksozomlar: Dəri Gəncləşdirmənin YENİ YOLU

Son zamanlarda kosmetologiya sahəsində eksozom müalicəsi diqqət çəkən yeniliklərdən biridir. LBC Estetik Klinikasının həkim-kosmetoloqu və Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyəti Üzvü olan Nigar Rüfət, eksozom müalicəsinin faydalarını və necə işlədiyini bütün suallarımız

19.02.2025 360
.

"Maşallah, sənin də yumruğun yaxşıdır" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndinə səfər edib və burada sakinlərlə görüşüb. "Qafqazinfo"nun məlumatına görə, sakinlərlə görüş zamanı maraqlı və olduqca səmimi anlar yaşanıb. Belə ki, sakinlərdən biri dövlət başçısını salamlayaraq, "Alla

19.02.2025 380
.

Donald Tramp Baydeni korrupsiyada ittiham etdi

Co Bayden dövründə törədilən korrupsiyanı canlı efirdə bir-bir ifşa edərək tənqid edən ABŞ prezidenti Donald Tramp, o zaman təyin olunan bütün prokurorları vəzifəsindən azad edəcəyini açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, hökuməti borca salan federal işçini işdən çıxaran Tramp keçmiş korrupsiy

19.02.2025 173
.

Kamilə Babayeva həyat yoldaşı ilə

Aparıcı Kamilə Babayevanın həyat yoldaşı İbrahim Rzabəyovla görüntüsü yayılıb. Axşam.az xəbər verir ki, görüntüləri Xalq artisti Röya Ayxan paylaşıb. Video məclislərdən birində çəkilib. Qeyd edək ki, İbrahim və Kamilə cütlüyünün bir qız övladı var

19.02.2025 1728
.

Arvadının saç düzümünü bəyənmədi, bərbərin qolunu qırdı

Krımın Sevastopol şəhərində həyat yoldaşının yeni saç düzümünü bəyənməyən kişi bərbərin qolunu sındırıb. Rusiya KİV-ə istinadla bildirir ki, müştərinin imicindəki dəyişiklik 43 yaşlı qadın bərbərin ciddi xəsarət almasına səbəb olub. Evdə içki içdiyi bildirilən 31 yaşlı kişi həyat yoldaşının yeni sa

19.02.2025 206
.

"Mənə böhtan atan həmin müğənni öldü" - Mətanət

"Efirdə çalışanlar imkan vermədilər ki, el şənliyində oxuduğumun bir faizi efirdə oxuyum. Onlar məni efirə çağırıb nələrsə ortalığa atdılar. Bu da məni efirə dəvət edən aparıcıların məndən xoşu gəlməyən "müğənnicik" dostlarının olmasından irəli gəldi". OLAY yazır ki, bu sözləri müğənn

19.02.2025 742
.

TOP MP3