İnsan beyni böyüdükcə daha tez qocalır
İnsan beyninin böyüyən hissələrinin daha tez qocaldığı müəyyən edilib.
Lent.az "The İndependent" nəşrinə istinadla xəbər verir ki, təxminən 7 milyon il əvvəl ortaya çıxan insanları yaxın qohumlarından fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərdən biri də onların böyük beyinə sahib olmasıdır.
Milyonlarla illik təkamül yolu ilə böyüyən, həm də mürəkkəb bir quruluşa sahib olan insan beyni dillə ünsiyyətdən gələcəyi planlaşdırmağa qədər bir çox üstünlüklər təmin edir. Digər tərəfdən, elmi tədqiqatlar aparan "Science Advances" jurnalında dərc edilən yeni araşdırmaya görə, bütün bunların bir dəyəri var. İnsan beyininin necə yaşlandığını müşahidə etmək istəyən tədqiqatçılar 480 insan və 189 şimpanzenin beyin skanlarını araşdırıblar. Şimpanzelər insanların əcdadları deyillər, lakin bu iki növ ortaq əcdaddan təkamül keçiriblər. İnsan beyni şimpanzeninkindən üç dəfə böyükdür. Alimlər hər iki beyində 17 ayrı bölgənin olduğunu qeyd ediblər. Bunlardan bəziləri bərabər ölçüdə olub, digərləri isə insanlarda daha geniş yayılıb. Bunlardan biri də gözlərin arxasında yerləşən və qərarların qəbulunda mühüm rol oynayan orbitofrontal korteks olub. Daha sonra qocalma prosesini araşdıran qrup, hər iki növün beyinlərinin zamanla kiçildiyini müşahidə edib. Ancaq bəzi hissələr daha sürətli kiçilirsə də, insan beynində ən sürətli qocalmanın orbitofrontal korteksdə və təkamül zamanı daha çox böyümə müşahidə edən digər bölgələrdə baş verdiyi aşkarlanıb. Tədqiqatçılar, həmçinin babun və makakaların beyinlərini şimpanzelərin beyinləri ilə müqayisə ediblər. Digər tərəfdən, bu müqayisələrdə beynin genişlənməsi ilə yaşa bağlı azalma arasında heç bir əlaqə aşkarlanmayıb.
Düsseldorf Universitetindən olan tədqiqatçılar bildirib ki, beynin ən sürətlə genişlənən hissələri mürəkkəb vəzifələrə cavabdehdir: "Bu, həmin sahələrin niyə daha tez köhnəldiyini və daraldığını izah edə bilər. Ancaq insan beyninin daha böyük hissələrinin niyə daha sürətli kiçilməsini izah etmək üçün daha çox araşdırmaya ehtiyac var".
Araşdırmada iştirak etməyən bəzi ekspertlər də hesab ediblər ki, nəticələr daha çox iştirakçı ilə dəstəklənməlidir. London Universitet Kollecindən antropoloq dr. Aida Qomez-Robles əlavə edib: "İnsanların beyinində qocalmanın oxşar tədqiqatları çox vaxt minlərlə insanı əhatə edir. Nəticələr bu hissələrin bəzilərinə aiddir, lakin onların hamısına aid olub-olmadığını bilmirik. Həmin nəticələr qəti şəkildə təsdiqlənərsə, maraqlı bir vəziyyət ortaya çıxar - insanların sağqalma şansını artıran və şimpanzelərdən daha uzun yaşamalarını təmin edən bölgələr ilk yaşlanan hissələrdir. Yaş irəlilədikcə ortaya çıxan bəzi problemlər təkamülün həm üstünlük, həm də mənfi cəhətlər gətirməsinin nəticəsi ola bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 955 Tarix: 19 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467