Azərbaycanda kimlərə pulsuz evlərin veriləcəyi məlum oldu
Azərbaycanda aztəminatlı ailələrin mənzil sahibi olması uzun müddətdir aktual məsələ olaraq qalır. Lakin Milli Məclisdə Mənzil Məcəlləsinə ediləcək dəyişikliklər bu problemin həllinə yönəlib.
BAKU.WS-in məlumatına görə, dövlət və bələdiyyələrin balansında olan sosial mənzillər aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan şəxslərə uzunmüddətli sosial kirayə müqaviləsi əsasında təqdim ediləcək.
Bu imkanlardan yararlanmaq istəyən şəxslər yaşadıqları bölgənin yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət edərək sosial mənzil üçün qeydiyyata düşə bilərlər.
Bəs hansı kateqoriyadan olan vətəndaşlar bu mənzilləri ala biləcək?
Bu suala cavab tapmaq üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov müraciət etdik. Deputat BAKU.WS-ə bildirdi ki, vətəndaşlarımızın sosial mənzil fondunun istifadəsi ilə bağlı artıq qanunvericiliyə dəyişikliklər edilib, müəyyən dəqiqləşdirmələr həyata keçirilib:
"Qanunvericilikdə məhz müraciət hüququ olan vətəndaşlarımız qeyd olunub. Sosial Mənzil Fonduna müraciət edərək pulsuz mənzil almaq hüququ şəhid ailələri üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsində əlilliyi olan vətəndaşlarımıza, Çernobıl qəzasının aradan qaldırılması ilə bağlı əlilliyi olan vətəndaşlarımıza, eyni zamanda valideynlərini itirmiş vətəndaşlarımıza verilir. Ona görə vətəndaşlarımız, əgər həmin kateqoriyaya daxildirsə, onların Sosial Mənzil Fondundan istifadə etmək imkanları var.
Amma yerli icra hakimiyyəti orqanlarının balansında kommunal mənzillər də var. Kommunal mənzillər mütəmadi olaraq təklif olunur. Lakin bunların sayı məhduddur. Kommunal mənzillər sosial mənzillərdən fərqlidir.
Amma konkret pulsuz təqdim olunan sosial mənzillər və qeyd etdiyimiz kateqoriya üzrə vətəndaşlarımıza təqdim olunur. Həmin vətəndaşlarımızın dövlət vəsaiti hesabına pulsuz olaraq sosial mmənzillərə sahib olmaq imkanı var.
Artıq qeyd olunduğu kimi xeyli sayda vətəndaşlarımız, o cümlədən şəhid ailələri, qazilərimiz həmin mənzillərə sahib olublar və gözlənilir ki, 2025-ci ildə daha çox mənzilin təklif edilməsi mümkün olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4083 Tarix: 19 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas
16.11.2026 291 Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ
16.11.2026 273 "Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16.11.2026 232 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav
16.11.2026 238 YAP - cəmiyyətin aparıcı qüvvəsi
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli
16.11.2026 250 Telefonun qutusunu atmayın - oğurluq və satış zamanı lazım ola bilər
Yeni telefon aldıqdan sonra bir çox insan onun qutusunu dərhal atır və ya şkafa qoyur. Halbuki orijinal qablaşdırma telefon itdikdə və ya oğurlandıqda, cihazı qaytarmaq və sonradan satmaq istəyəndə işə yaraya bilər. xarici mediaya istinadən xəbər verir ki, telefon itdikdə və ya oğurlandıqda cihazın IME
16.11.2026 192 YAP - dünənin, bu günün və sabahın partiyasıdır
1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı
16.11.2026 246 Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi
İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər
16.11.2026 161 Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri
16.11.2026 293