Eksozomlar: Dəri Gəncləşdirmənin YENİ YOLU

Eksozomlar: Dəri Gəncləşdirmənin YENİ YOLUSon zamanlarda kosmetologiya sahəsində eksozom müalicəsi diqqət çəkən yeniliklərdən biridir.

LBC Estetik Klinikasının həkim-kosmetoloqu və Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyəti Üzvü olan Nigar Rüfət, eksozom müalicəsinin faydalarını və necə işlədiyini bütün suallarımızı cavablandıraraq izah etdi.

Eksozomlar: Dəri Gəncləşdirmənin YENİ YOLUEksozom nədir və dəriyə necə təsir edir?

Eksozomlar hər hansı bir orqanizmin demək olar ki, bütün hüceyrələri tərəfindən daim ifraz olunan nano ölçülü veziküllərdir (30-200 nm ölçüdə kiçik baloncuklar) Hüceyrələrdən 1000 dəfə kiçikdirlər.

Dəriyə təsir etdikdə, eksozomlar hüceyrələrə daxil olaraq onların bərpasını və yenilənməsini təşviq edir, bu da dərinin sağlamlığını, elastikliyini və gəncliyini artırır. Eksozomlar, xüsusilə iltihabın azaldılması, hüceyrə regenerasiyasının təşviq edilməsi və dərinin təzələnməsi üçün istifadə olunur.

Eksozomların əsasən hansı hüceyrə səviyyəsində fəaliyyət göstərdiyini izah edə bilərsiniz?

Eksozomlar, əsasən, stem hüceyrələri və digər dəri hüceyrələri (fibroblastlar, keratinositlər və s.) üzərində fəaliyyət göstərir. Bu hüceyrələr dərinin yenilənməsi və kollagen istehsalı ilə bağlı mühüm rol oynayır. Eksozomlar bu hüceyrələrə faydalı mesajlar göndərərək, iltihabın azaldılmasına, hüceyrə dövranının tənzimlənməsinə və bərpa proseslərinin sürətlənməsinə kömək edir.

Eksozom müalicəsi kimlər üçün uyğundur və kimlər üçün tövsiyə edilmir?

Eksozom müalicəsi "yaşlanma əlamətləri" olan, dərisində qırışlar, sallanmalar və dərinin ümumi vəziyyətində zəifləmə hiss edən insanlar üçün çox faydalıdır. Həmçinin, "iltihabi dəri problemləri" (məsələn, sızanaq, rozasea) olan şəxslər də bu müalicədən faydalana bilərlər.

Lakin eksozom müalicəsi:

– "Hamilə və ya ana südü verən qadınlara" tövsiyə edilmir;

– "Aktiv infeksiya" və ya dəridə açıq yaralar olan pasientlərə eksozom edilmir.

Eksozomlar: Dəri Gəncləşdirmənin YENİ YOLUEksozom terapiyasının hansı dəri problemlərində təsiri daha çoxdur?

Eksozom müalicəsi xüsusilə aşağıdakı dəri problemlərində təsirli ola bilər:

– Yaşlanma əlamətləri (qırışlar, dərinin sallanması);

– Akne və sızanaq izləri;

– Dəri iltihabı və qızartılar (rozasea kimi);

– Dərinin ümumi ton və teksturunun yaxşılaşdırılması;

– Kollagen istehsalının stimullaşdırılması.

Eksozom müalicəsi ilə əlaqədar hansı yan təsirlər mövcuddur və necə qarşısı alınır?

Eksozom müalicəsi, adətən, çox az insanlarda yan təsir göstərir, lakin bəzi hallarda qızartı, şişkinlik və yüngül ağrı kimi müvəqqəti təsirlər meydana gələ bilər. Bu yan təsirlər müalicənin dərhal sonrasında normaldır və bir neçə saat ərzində yox olur. Yan təsirləri minimuma endirmək üçün müalicə sonrası soyuq kompres və yüngül nəmləndirici krem istifadə edilə bilər.

Eksozomlar: Dəri Gəncləşdirmənin YENİ YOLUEksozom müalicəsi ilə digər kosmetik prosedurların birləşdirilməsi mümkündürmü?

Bəli, eksozom müalicəsi digər kosmetik prosedurlarla birləşdirilə bilər. Məsələn, PRP (Platelet-Rich Plasma) və botoks ilə birləşdirildikdə daha yaxşı nəticələr əldə edilə bilər.

Nə qədər seans tələb olunur və hər seansın qiyməti nədir?

Eksozom müalicəsinin effektivliyi adətən 3-5 seansla görünür. Seanslar arasında ümumiyyətlə 2-4 həftə vaxt olması tövsiyə edilir. Qiymət isə klinikaya, mütəxəssisin təcrübəsinə və tətbiq olunan eksozom məhsulunun keyfiyyətinə görə dəyişə bilər. Ortalama qiymət hər seans üçün 250-800 AZN arasında dəyişir.

Müalicə sonrası dəriyə necə qulluq etmək lazımdır?

Eksozom müalicəsindən sonra dəriyə xüsusi diqqət yetirmək lazımdır:

– Günəşdən qorunma: Müalicədən sonra dəriniz daha həssas ola bilər, buna görə də günəşdən qoruyucu krem istifadə etmək vacibdir;

– Yüngül, nəmləndirici məhsullar istifadə edin;

– İltihaba səbəb olan məhsullardan (alkol tərkibli toniklər və sərt peelinglərdən) qaçın.

Eksozomlar: Dəri Gəncləşdirmənin YENİ YOLUEksozom müalicəsi ilə nə qədər vaxt ərzində nəticə görmək mümkündür?

Eksozom müalicəsindən sonra ilk nəticələr adətən 2-3 həftə ərzində görünməyə başlayır. Lakin ən yaxşı nəticələr 2-3 ay sonra əldə edilir, çünki dərinin bərpa və yenilənmə prosesi zaman alır.

Eksozom müalicəsindən sonra hansı məhdudiyyətlər və ya məsləhətləriniz var?

Eksozom müalicəsindən sonra:

– Bir neçə gün intensiv fiziki fəaliyyətdən qaçınmaq lazımdır;

– Günəş altında uzun müddət qalmaqdan çəkinin;

– Ağır makiyaj və ya kimyəvi maddələrdən istifadə etməyin;

– Sərt tərkibli məhsullardan və ya təbii maskalardan istifadə etməmək məsləhətdir.
Eksozomlar: Dəri Gəncləşdirmənin YENİ YOLUEksozom müalicəsindən sonra dəri nə qədər müddət bərpa olunur?

Eksozom müalicəsindən sonra dərinin bərpa olunması ümumiyyətlə bir neçə saatdan bir neçə günə qədər davam edir. Bu müddət ərzində yüngül qızartı və şişkinlik ola bilər, amma bu, normaldır və tez bir zamanda keçir.

Eksozom müalicəsi yalnız üzlə məhdudlaşır, yoxsa bədənin digər hissələrində də istifadə olunur?

Eksozom müalicəsi yalnız üzlə məhdudlaşmır, həm də bədənin digər hissələrində, məsələn, boyun, dekolte və əllərdə də istifadə oluna bilər. Bədənin bu hissələrində də dərinin yenilənməsi və kollagen istehsalı üçün faydalıdır.

Eksozom müalicəsinin təkrarlanması tövsiyə olunurmu və neçə müddət sonra edilməlidir?

Eksozom müalicəsinin təkrarlanması təbii olaraq dərinin vəziyyətinə və müalicə məqsədinizə görə dəyişir. Hər 6-12 ayda bir dəfə təkrarlama tövsiyə edilə bilər. Lakin, mütəxəssisinizlə mütəmadi olaraq dəri vəziyyətinizi qiymətləndirmək vacibdir.

Eksozom müalicəsi, kosmetologiyada inqilab yaradan bir metod kimi populyarlıq qazanmaqdadır və gələcəkdə daha çox insanın bu terapiyadan faydalanacağı gözlənilir.

Eksozom müalicəsi haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə və ya digər suallarınız varsa, bizə yazın!

Məsimə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1078   Tarix: 19 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas

16.11.2026 291
.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

16.11.2026 273
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16.11.2026 232
.

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav

16.11.2026 238
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

16.11.2026 250
.

Telefonun qutusunu atmayın - oğurluq və satış zamanı lazım ola bilər

Yeni telefon aldıqdan sonra bir çox insan onun qutusunu dərhal atır və ya şkafa qoyur. Halbuki orijinal qablaşdırma telefon itdikdə və ya oğurlandıqda, cihazı qaytarmaq və sonradan satmaq istəyəndə işə yaraya bilər. xarici mediaya istinadən xəbər verir ki, telefon itdikdə və ya oğurlandıqda cihazın IME

16.11.2026 192
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

16.11.2026 246
.

Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi

İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər

16.11.2026 161
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

16.11.2026 293
.