Anasını xərçəngdən itirən alim 36 ildən sonra mühüm kəşfə imza atdı

Anasını xərçəngdən itirən alim 36 ildən sonra mühüm kəşfə imza atdıDünyaca məşhur xərçəng tədqiqatçısı Pol Uorkman həm atasını, həm də anasını xərçəng səbəbilə itirib, hətta özü də bir neçə il əvvəl bu xəstəliklə mübarizə aparıb.

Qaynarinfo xəbər verir ki, 36 illik araşdırmaların ardından o, anasının ölümünə səbəb olan nadir xərçəng növünə - kordomaya qarşı ən güclü silahı inkişaf etdirməyə nail olub.

Qeyd edək ki, kordoma xüsusilə nadir bədxassəli şişdir, kəllə və ya onurğa sütununun altından, əksər hallarda sakrum adlanan fəqərələrin aşağı dəstəsində başlayır.

Anasının xəstəliyi gec aşkarlanmışdı, müalicə isə yox idi

Pol Uorkman anası Enanı 1989-cu ildə itirib. 68 yaşlı qadın milyonda bir insanda rast gəlinən və müalicəsi olmayan nadir sümük xərçəngi növü * kordoma səbəbilə dünyasını dəyişib.

O zaman cəmi 37 yaşında olan Uorkman artıq tibb sahəsində apardığı araşdırmalarla tanınırdı. O, atasını bağırsaq xərçəngindən, anasını isə kordomadan itirdiyini bildirərək, bunun onun üçün böyük mənəvi sarsıntı olduğunu qeyd edib.

Anasının xəstəliyi çox gec aşkar edilib. Uzun illər bel ağrılarından əziyyət çəkən Ena bədənində inkişaf edən xəstəliyi hiss etməkdə gecikmişdi. Əgər bu ağrılar olmasaydı, onun onurğasının aşağı hissəsində meydana gələn şiş daha erkən aşkarlanıb müalicəyə başlanıla bilərdi.

36 il sonra müalicə yolu tapıldı

Kordomanın müalicəsi üçün uzun illər heç bir effektiv üsul mövcud olmayıb. Ancaq Uorkman və beynəlxalq tədqiqatçılar qrupu ötən günlərdə brachyury adlı bir proteinin kordoma hüceyrələrinin sağ qalmasında həlledici rol oynadığını kəşf edib.

Bu kəşf elmi dairələrdə böyük həyəcan yaradıb. Çünki brachyury proteininin bloklanması ilə xərçəng hüceyrələrinin böyüməsinin dayandırılması, hətta məhv edilməsi mümkün ola bilər. Lakin bu proteini hədəf alan dərman hazırlamaq olduqca çətin olub. Çünki brachyury proteininin mürəkkəb strukturu onu müalicəyə davamlı edirdi.

Elm adamları ümidlənir

Uorkman brachyury-nin embrion mərhələsində onurğa sütununun ilkin formasının inkişafında mühüm rol oynadığını, ancaq doğuşdan sonra qeyri-aktiv hala gəldiyini bildirib. Lakin bəzi nadir hallarda bu protein yenidən aktivləşərək kordomanın yaranmasına səbəb ola bilir.

Bununla belə, ötən həftə "Nature Communications" elmi jurnalında dərc olunan bir məqalə bu istiqamətdə mühüm bir addım olub. Oksford Universiteti və Şimali Karolina Universitetindən tədqiqatçıların da iştirak etdiyi araşdırmada brachyury proteininin səthində bəzi hədəf nöqtələri müəyyən edilib. Mütəxəssislər bu nöqtələri xüsusi dərmanlarla hədəf alaraq proteini təsirsiz hala gətirə biləcəklərini bildiriblər.

Bu mühüm elmi nailiyyət dünyanın ən güclü rentgen şüa generatorlarından biri olan "Diamond Light Source" sinkrotonu vasitəsilə əldə edilib.

Digər xərçəng növlərinin müalicəsində də istifadə oluna bilər

Uorkman və komandası artıq brachyury proteini hədəf alacaq potensial dərman birləşmələrini müəyyən edib. Əgər bu dərmanlar effektiv olarsa, indiyə qədər heç bir müalicəyə cavab verməyən kordomanın böyüməsi və yayılmasının qarşısı alına bilər.

Uorkman bu araşdırmanın təkcə kordoma deyil, digər yayılmış xərçəng növlərinin müalicəsinə də töhfə verəcəyini qeyd edib:

"Brachyury digər şişlərin metastaz prosesində də rol oynayır. Bu o deməkdir ki, bu proteini bloklayan dərmanlar digər xərçənglərin yayılmasının qarşısını almaq üçün də istifadə oluna bilər".

Xərçəngdən özü də xilas oldu

Pol Uorkman xərçəngə qarşı mübarizəsində yalnız anasının və atasının itkisi ilə üzləşməyib. 2022-ci ildə ona prostat xərçəngi diaqnozu qoyulub. Lakin xəstəliyin erkən mərhələdə aşkarlanması və müalicə şansının yüksək olması ona kömək edib. O, şüa terapiyası ilə xəstəliyin öhdəsindən gəlib.

5 il sonra müalicə mümkün ola bilər

Kordomanın müalicəsində ən ümidverici metodlardan biri hədəflənmiş protein parçalanması (TPD) adlanan üsuldur. Bu texnika hüceyrənin təbii tullantı sistemindən istifadə edərək zərərli proteini bədəndən atmağı nəzərdə tutur.

Uorkman bu prosesin iş prinsipini belə izah edib:

"Dərmanın bir hissəsi hədəf proteinə bağlanacaq, digər hissəsi isə hüceyrənin tullantı sistemini aktivləşdirərək proteinin məhv edilməsini təmin edəcək. Beləliklə, brachyury proteini hüceyrədən xaric ediləcək və təsirsiz hala gətiriləcək".

Hazırda tədqiqatçılar bu müalicə metodunu inkişaf etdirmək üçün laboratoriya testlərini davam etdirirlər. İnsan üzərində klinik sınaqlara başlamazdan əvvəl hüceyrə nümunələri və heyvan modellərində testlər aparılacaq. Bu prosesin təxminən 5 il çəkəcəyi proqnozlaşdırılır. Əgər hər şey planlaşdırıldığı kimi gedərsə, kordomanın effektiv müalicəsi reallığa çevrilə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1797   Tarix: 19 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir

Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır. Son illər dünyada həkimləri və alimlər

23.08.2026 316
.

Ev heyvanları uşaqları xəstələndirə bilərmi? - Valideynlərə VACİB XƏBƏRDARLIQ

Uşaqların ev heyvanlarına marağı çox vaxt ailələri sevindirir. Lakin bəzən evə yeni heyvan gətirildikdən sonra uşaqda asqırma, burun axması, gözlərdə qaşınma, öskürək və ya dəridə səpkilər kimi allergik reaksiyalar meydana çıxa bilər. -in məlumatına görə, bu hal xüsusilə allergiyaya meyilli uşaqlard

21.08.2026 385
.

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec

05.09.2026 201
.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər. Axşam.az xəbər verir ki, xüsusilə uzun müddət ayaq üstə qalan, açıq ayaqqab

23.08.2026 451
.

Çia toxumu faydalıdır, yoxsa ziyan?

Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. BİG.AZ xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bəs çi

18.08.2026 513
.

Uzunömürlülüyə aparan ən qısa yol: Həkimdən maraqlı məsləhət

Pilləkənlərlə addımlamaq (aşağı-yuxarı gəzmək) uzunömürlülüyə aparan ən qısa yoldur. -ın xəbərinə görə, bu barədə endokrinoloq Zuxra Pavlova öz "Telegram" kanalında danışıb. Həkim bu tip fiziki aktivliyin faydalarını açıqlayıb. Zuxra Pavlovanın sözlərinə görə, elmi cəhətdən təsdiqlənib ki

23.08.2026 278
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

03.09.2026 365
.

Fizioterapiyanın əks-göstərişləri hansılardır? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında fizioterapiya barədə müzakirə aparılıb. Xroniki ağrılarda fizioterapiya nə qədər effektlidir?. Üz siniri iflicində fizioterapiya nə vaxt təyin olunur?. Skoliozun müalicəsində fizioterapiya effektlidir?. Fizioterapiyanın əks-göstərişlər

23.08.2026 278
.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 223
.