Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.
BiG.AZ Trend-ə istinadən xəbər verir ki, nazirliyin nümayəndəsi Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Bakıda restoranların havaya tüstü buraxması ilə bağlı ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:
"Çünki həmin ərazidə şadlıq saraylarının sayı çoxdur. Həmin ərazidə fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milorətraf md", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları , "Səhər mehi" və "Kometa" restoranlarında tullantıların miqdarı normadan artıq olub. Binəqədi rayonunda "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Elgün" , "Neapol", "Movida", "Mirana", "Leyla", "Şahzadə", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", " Nurlan" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə və Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şəhzadə" şadlıq saraylarıdır.
Nazirlik rəsmisinin sözlərinə görə, həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq:
"Atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq mühafizə orqanlarına müraciət edilənlər də var. Restoranların təmizləyici qurğulara diqqət artırmaları çox mühümdür".
V.Kərimovun sözlərinə görə, nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsini qaldıra bilər:
"Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlı müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Biz neqativ halı aşkarlayırıq, restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik. Həmin vaxt tüstünün həddi normadan çox olarsa, onların fəaliyyəti dayandırılacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 805 Tarix: 08 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İqlimdə ciddi pozulma yoxdur" - Mütəxəssis danışdı
"Aprel ayının soyuq keçməsi və yağıntıların normadan artıq olması iqlim dəyişkənliyinin növbəti təzahürlərindən biridir. Əgər diqqət etsək, yanvar və fevral aylarında havanın temperaturu 18-19 dərəcəyədək yüksəlmişdi. Lakin aprel ayında temperaturun mövsüm normasından xeyli aşağı düşdüyü müşahid
14:59 163 Rasim Balayevin ölümündən 40 gün ötür
Bu gün mərhum sənətçi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 40 mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, mərasim Heydər Məscidində baş tutub. Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhu
15:22 197 Müasir müstəqil Azərbaycan dövlətinin banisi
Tarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsin
12:10 256 Xalqımızın xilaskarı - Heydər Əliyev
XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. May ayının 10-da 103 yaşını qeyd edəcəyimiz xalqımızın dahi şəxsiyəti
12:05 235 Ermənistanda seçkilər Paşinyanın planlarını dəyişdi
Ermənistanın Baş naziri Nikol Pashinyan Rusiya Prezidenti Vladimir Putinə qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar 9 May paradında iştirak etməyəcəyini bildirib. xəbər verir ki, Paşinyan bu açıqlamanı "Armenpress" agentliyinin yayımladığı brifinq zamanı səsləndirib. "1 aprel tarixind
14:33 172 "Hayal Kahvesi"nin müştərilərinin xəyalı suya düşdü... - Fotolar
"Hayal Kahvesi" ictimai iaşə obyektində istehlaka yararsız qida məhsulları aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisind
17:38 149 Afranın Keti Perrinin Bakıya gəlişinə reaksiyası - Foto
Xəbər verdiyimiz kimi, dünya ulduzu Keti Perri Bakıya gəlir. Müğənni bununla bağlı sosial şəbəkədə paylaşım edib. Axşam.az-ın məlumatına görə, türkiyəli aktrisa Afra Saraçoğlu Perrinin bu paylaşımına şərh yazıb. O, ifaçının Bakıya gəlişinə "İstanbula gəl, yoxsa səni bloklayacağam" şərhini yazıb
10:20 285 Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı
Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk
06.05.2026 458 Əbədiyaşar lider - Heydər Əliyev
Düz 103 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxı
12:08 258