Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu

Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduÇox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gün musiqi sənayesinin ən aktual problemlərindən biridir.
Məhz bu məsələlərin müzakirəsini təşkil etmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə MESAM (Türkiyə Musiqi Əsəri Sahibləri Peşə Birliyi) Bakıda geniş təqdimat tədbiri keçirib. "Musiqi, Qardaşlığın Körpüsü" adı altında təşkil olunan toplantıda Türkiyə ilə Azərbaycan arasında mədəni və bədii həmrəyliyin daha da möhkəmləndirilməsi, müəllif hüquqlarının qlobal miqyasda qorunması mövzusunda əhəmiyyətli müzakirələr aparılıb.
MESAM-ın fəaliyyəti: Əqli mülkiyyət və rəqəmsal çağırışlar
Tədbirin əvvəlində MESAM-ın fəaliyyəti və keçdiyi inkişaf yolunu əks etdirən qısa film nümayiş olunub. Daha sonra çıxış edən MESAM-ın İdarə Heyətinin sədri Recep Ergül təşkilatın fəaliyyəti, prioritetləri və gələcək planları barədə ətraflı məlumat verib. O bildirib ki, MESAM 1986-cı ildə musiqi əsəri müəlliflərinin hüquqlarını qorumaq, onların yaradıcılıq məhsullarından əldə olunan gəlirləri ədalətli şəkildə təmin etmək məqsədilə yaradılıb və 40 illik fəaliyyəti dövründə nəinki regionun, ümumilikdə dünyanın aparıcı müəllif hüquqları təşkilatlarından birinə çevrilib: "Dünyada bu sahədə fəaliyyət göstərən qurumlar arasında ilk 20-liyə daxil olmağı hədəfləyirik", - deyə o vurğulayıb.
Recep Ergül qeyd edib ki, hazırda 192 ölkədə üzvlərinin hüquqlarını qoruyan MESAM-ın ümumilikdə 17 mindən çox üzvü var. Musiqi sektorunda geniş təsirə malik olan qurum yalnız hüquqi müdafiə ilə kifayətlənmir, eyni zamanda müəlliflərin əsərlərindən istifadə nəticəsində əldə olunan qonorarların toplanması və bölüşdürülməsi istiqamətində də sistemli fəaliyyət göstərir ki, bu da sənətçilərin öz əsərlərindən davamlı gəlir əldə etməsinə imkan yaradır.
MESAM sədri xüsusilə vurğulayıb ki, əqli mülkiyyətin qorunması müasir dövrdə ən vacib məsələlərdən biridir və bu sahədə effektiv mexanizmlərin qurulması yaradıcı insanların motivasiyasına birbaşa təsir göstərir: "MESAM-ın əsas məqsədlərindən biri bu sistemi daha da təkmilləşdirmək, xüsusilə rəqəmsal platformalarda müəllif hüquqlarının qorunmasını gücləndirməkdir. Bu gün qarşılaşdığımız yeni çağırışlardan biri də süni intellektin yaratdığı kontentlə bağlıdır. Türkiyə olaraq bu istiqamətdə artıq müəyyən addımlar atmışıq və bu təcrübəni Azərbaycanla da bölüşməyə hazırıq".
Onun sözlərinə görə, son illərdə rəqəmsal mühitdə ciddi irəliləyiş əldə olunub, qonorar sisteminin şəffaflığı artırılıb və restoranlar, ictimai məkanlar, xidmət sektoru kimi yeni istifadə sahələri də lisenziyalaşdırma sisteminə cəlb edilib. Bununla yanaşı, təşkilat beynəlxalq əməkdaşlıqları genişləndirərək türk musiqisinin qlobal bazarda mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır.
Musiqinin birləşdirici gücü: Azərbaycan-Türkiyə əməkdaşlığı
Recep Ergül çıxışında Azərbaycanla əlaqələrə də xüsusi toxunub. O bildirib ki, hazırda MESAM-ın 400-ə yaxın azərbaycanlı üzvü var və bu, iki ölkə arasında yaradıcı sahədə sıx əlaqələrin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq davamlı şəkildə inkişaf edir, ölkənin müvafiq qurumları, o cümlədən Əqli Mülkiyyət Agentliyi ilə görüşlər keçirilir və gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır:
"Azərbaycan zəngin mədəniyyətə, dünya miqyaslı sənətçilərə sahib ölkədir. Azərbaycan dövləti mədəniyyətə və incəsənətə böyük önəm verir. Bu baxımdan, azərbaycanlı müəlliflərin hüquqlarının qorunması və əqli mülkiyyətin müdafiəsi istiqamətində əməkdaşlığımızın daha da genişlənəcəyinə inanırıq. Birgə layihələr, təcrübə mübadiləsi və ortaq mexanizmlərin tətbiqi bu sahədə mühüm nəticələr verə bilər".
Daha sonra tədbirdə iştirak edən MESAM nümayəndə heyətinin üzvləri, sədr müavinləri Selim Çaldıran, Hakan Sarıca, təşkilatın üzvləri - Mustafa Kul, Ferzində Kaya, idarə heyətinin üzvü, tanınmış sənətçi Ahmet Şafak, baş katib Ali Haydar, Yıldız, eyni zamanda Elif Kaya və digərləri çıxış edərək təşkilatın fəaliyyəti, müəllif hüquqlarının qorunması mexanizmləri və tətbiq olunan texnoloji sistemlər barədə məlumat veriblər. Onlar qeyd ediblər ki, MESAM modeli həm hüquqi, həm də iqtisadi baxımdan effektiv işləyən sistemdir və digər ölkələr üçün də tətbiq oluna biləcək nümunə hesab olunur.
Azərbaycanlı sənətçilərdən MESAM modelinə maraq
Tədbirdə həmçinin azərbaycanlı sənətçilər, bəstəkarlar, müğənnilər və musiqi sahəsinin nümayəndələri çıxış edərək MESAM-ın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər. Onlar xüsusilə müəllif hüquqlarının qorunması mexanizmləri, qonorar sisteminin işləmə prinsipləri və rəqəmsal platformalarda hüquqların təmin olunması məsələləri ilə maraqlanıblar. Ölkəmizdə müəllif hüquqlarının mövcud vəziyyəti, rəqəmsallaşma prosesində qarşılaşılan problemlər və onların həlli yolları ilə bağlı geniş müzakirələr aparılıb, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müxtəlif təkliflər səsləndirilib. Qeyd edilib ki, MESAM-ın hazırladığı və tətbiq etdiyi model Azərbaycan kimi ölkələr üçün də nümunə ola bilər.
Qeyd edək ki, MESAM təmsilçiləri Bakı səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli sənətkarların məzarlarını ziyarət ediblər. Səfər çərçivəsində təşkilatın 40 illiyinə həsr olunmuş qala gecə də keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin tanınmış sənətçiləri iştirak edib, hər iki ölkənin klassik və müasir musiqi nümunələri səsləndirilib. Gecə iki qardaş ölkənin musiqi mədəniyyətinin vəhdətini nümayiş etdirən rəngarəng proqramla yadda qalıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, rəsmi hissə və Qala gecəsində Azərbaycandan çoxlu sayda sənət adamları təmsil olunub:
Aygün Səmədzadə, Cəlal Qurbanov, Rauf Məmmədov, Məmmədbağır Bağırzadə, Əlibaba Məmmədovun övladları, Tahir Əkbərin həyat yoldaşı, Baba Vəziroğlu, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Şəbnəm Tovuzlu, Nazilə Səfərli, Elza Seyidcahan, Ruslan Səfəroğlu və s.

Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurduMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 512   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq

Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. BİG.AZ xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibi

13.08.2026 228
.

Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı

Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun

13.08.2026 284
.

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub. yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü

13.08.2026 414
.

Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı - VİDEO

Binəqədi rayonu, Xocasən qəsəbəsində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, böyük bir ərazini zəbt edərək aparılan işlər qanunsuzdur. Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir norma və qaydalar gözlənilmir:. "Heç bir məluma

13.08.2026 218
.

Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ

13.08.2026 224
.

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər

14:27 76
.

Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirili

11:45 125
.

Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü

13.08.2026 236
.

Sabah yağışlı hava olacaq

Avqustun 15-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər

12:35 157
.

TOP MP3