"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏDövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova BiG.AZ-ın suallarını cavablandırıb.

-Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik.

-Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci ildə yaradılıb. 2014/15-ci tədris ilində "Hüquqşünaslıq" və "İqtisadiyyat" ixtisasları üzrə Akademiyaya ilk qəbul aparılıb. Bu ilə qədər məhz bu iki ixtisas üzrə tələbə qəbulu olub. 2019/20-ci tədris ilində isə, "Hüquqşünaslıq" və "İqtisadiyyat"la yanaşı, "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə tələbə qəbuluna başlanılıb. Yeni açılmış bu ixtisas üzrə 22 yer ayrılıb. Eyni zamanda, "Hüquqşunaslıq" ixtisası və "İqtisadiyyat" ixtisası üzrə keçən ilədək 22 tələbə qəbul edilirdi və tələbələrin sayı ümumilikdə 44 idi. Bu il isə hər ixtisas üzrə 44 yer ayrılıb. Bu il həm də Akademiyada magistratura pilləsinə "Gömrük işi" və "Beynəlxalq hüquq" ixtisasları üzrə qəbul aparılıb. Beləliklə, yeni tədris ilində Akademiya ilk magistrantlarını qəbul edib. Bu da o deməkdir ki, Akademiyaya tələbə qəbulu üç dəfəyədək artıb. Çox sevindirici haldır ki, bizim Akademiyanı seçən tələbələrdən 17-si qəbul imtahanında 600 baldan yuxarı göstərici əldə etmiş tələbələrdir. Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir. Əlbəttə, tələbə sayının artması peşəkar, yüksək ixtisaslı müəllim kadrlarına olan ehtiyacı artırır. Bu məqsədlə, yay aylarında elan verilərək bizimlə çalışmaq istəyən müəllimlər işə dəvət olunub. Sentyabrın əvvəlində Akademiyanın rəisi Qulu Novruzov 2019/20-ci tədris ilində Akademiyada tədris edəcək professor-müəllim heyəti ilə görüşüb.

- Bilirik ki, Gömrük Akademiyasında mütəmadı olaraq gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma təlimləri keçirilir. Bu təlimlər ildə neçə dəfə təşkil edilir?

- Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidmətində çalışmaq üçün yüksək peşəkarlığa malik olan mütəxəssislərin hazırlanması ilə yanaşı, gömrük xidmətinə yeni qəbul olunmuş əməkdaşlar üçün xidmətə ilkin hazırlıq təlimləri, eyni zamanda, gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma təlimləri təşkil olunur. Gömrük sahəsi çox dəyişkən, yeniliklərin daha tez tətbiq edilməsi vacib olan bir sahədir. Bu baxımdan, gömrük sahəsində çalışan şəxslərin ixtisasartırması mühüm məsələlərdən biridir. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı cənab Səfər Mehdiyevin müvafiq əmrinə əsasən, həm xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün xidmətə ilkin hazırlıq təlimləri, həm də gömrük əməkdaşları üçün ixtisasartırma təlimləri tam fərqli formatda, xüsusi təlim proqramları əsasında keçirilir. Son bir il ərzində 250 nəfərədək xidmətə yeni qəbul olunmuş əməkdaş xidmətə ilkin hazırlıq təlimlərində iştirak edib. 2019-cu ilin birinci yarısında 120-dək gömrük əməkdaşı ixtisasartırma təlimlərinin iştirakçısı olub. İxtisasartırma təlimləri sentyabr ayından başlayaraq davam etdirilir, 6 regional və 3 ixtisaslaşdırılmış gömrük orqanında çalışan 40 əməkdaş hazırkı qrupda təmsil olunur. Təlimlər 1 ay müddətində keçirilir və sonda qiymətləndirmə mərhələsi olur. Tədris olunan mövzuların məzmunu gömrük xidməti əməkdaşları üçün zəruri bilik və bacarıqların aşılanmasına yönəlib. Təlimlərə yüksək ixtisaslı, gömrük xidməti orqanlarında geniş təcrübəyə malik peşəkar müəllim heyəti cəlb olunub.

-Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq əməkdaşlığı haqda nə deyə bilərsiz?

- Dövlət Gömrük Komitəsinin Akademiyası üçün beynəlxalq əməkdaşlıq əsas prioritetlərdən biridir. Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələri günbəgün inkişaf edir. Bu da, təbii ki, Dövlət Gömrük Komitəsinin Akademiyasına yeni imkanlar açır. Həm ölkə daxilində nüfuzlu universitetlərlə, həm də beynəlxalq səviyyədə tanınan ali məktəblərlə əməkdaşlığımız var. Münster Universiteti və Şanxay Gömrük Kolleci kimi nüfuzlu xarici təhsil ocaqları ilə əməkdaşlıq sahəsində razılaşmalar imzalanıb. Əməkdaşlığımız gömrük sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar çərçivəsində də genişlənir. Akademiya Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi ilə əməkdaşlıq edir. 2006-cı ildən etibarən hər il keçirilən ÜGT-nin akademik sahədə araşdırma (PİCARD) konfransları gömrük idarələri və universitetlər arasında məlumat mübadiləsinin aparılması üçün bir platforma olaraq gömrük və özəl sektor arasında beynəlxalq ticarətlə əlaqəli mövzuların tətbiqini həyata keçirir. Əməkdaşlarımız, müəllim və tələbələrimiz PİCARD konfranslarında hər il iştirak edirlər.

Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (The International Network of Customs Universities - INCU) təhsil proqramlarının inkişafı və təbliği vasitəsilə gömrük peşəsinin akademik profilini yüksəltməyi, akademik və tətbiqi tədqiqatları təmin edən 200-dən çox üzv və filialın təmsil olunduğu beynəlxalq qeyri-kommersiya təşkilatıdır. DGKA ilə İNCU arasında qarşılıqlı əməkdaşlıq əlaqələri var, hər il Akademiyanın İNCU-ya üzvlüyü yenilənir. Akademiyada mütəmadi olaraq bir sıra mövzularda regional seminar və konfranslar, o cümlədən Türkiyə, Azərbaycan, Qırğızıstan və ekspert qismində Gürcüstanın nümayəndələrinin iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlıq çərçivəsində gömrük tranzitinin asanlaşdırılması mövzusunda regional seminarlar keçirilir. Akademiya tələbələri Avropa Komissiyasının Erasmus+ proqramı üzrə keçirilən konfransların proqramı çərçivəsində bir sıra Avropa ölkələrində tədbirlərdə iştirak edirlər. Akademiyanın professor-müəllim heyəti, əməkdaşları və tələbələri mütəmadi olaraq beynəlxalq tədbirlərdə Akademiyanı və ölkəmizi təmsil edirlər. Eyni zamanda, ölkəmizdə keçirilən bir sıra beynəlxalq forum və tədbirlərdə iştirak edən nüfuzlu şəxslər, ictimai xadimlər, elm adamları Akademiyamızın qonağı olurlar. Keçən tədris ilində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alan dörd nəfər 4-cü kurs tələbəsi Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi "Philip C. Jessup" beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil ediblər. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Beynəlxalq Biznes və Gömrük Mühafizəsi" mövzusunda keçirilən VI i-Customs Gömrük Beynəlxalq Gənclər Konfransında tələbələrimiz ölkəmizi layiqincə təmsil ediblər. Bununla yanaşı, "Hüquqşünaslıq" ixtisası üzrə III kursda təhsil alan 2 tələbəmizin məruzəsi Rusiya Federasiyasının Çelyabinsk şəhərində keçirilmiş beynəlxalq elmi-praktiki konfransın proqramına daxil edilib. "İqtisadiyyat" ixtisasının III kursunda təhsil alan iki tələbəmiz bu ilin iyulunda Şimali Makedoniya Respublikasının Ohrid şəhərində beynəlxalq yay məktəbində iştirak ediblər. Məlumat üçün bildirim ki, bu ilin oktyabrında "İqtisadiyyat" ixtisası üzrə iki tələbəmiz Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək XIV Gömrük Akademik Tədqiqat və İnkişaf Tərəfdaşlığı (PICARD) Konfransında ölkəmizi və Akademiyamızı təmsil edəcəklər.

- Siz 1995-ci ildən başlayaraq həm radio və televiziyada, həm də müxtəlif qəzetlərdə müxbir kimi çalışmısınız. Jurnalist kimi çalışdığınız zaman hansı çətinliklərlə üzləşmisiniz? O, dövr üçün yaddaqalan xatirələrinizi bizimlə bölüşmənizi istərdik.

- Jurnalist olmaq uşaqlıqdan arzum olub. Mən jurnalistikaya gələndə televiziyaya istiqamətlənmişdim, həmişə düşünmüşəm ki, televiziyada çalışacam. Bundan əlavə, xarici dilləri öyrənirdim. Düşünürdüm ki, beynəlxalq konfranslarda iştirak edib, fransız, ingilis dillərində müsahibələr alacam. Tale elə gətirdi ki, jurnalistikaya gələndə nə televiziyadan, nə də qəzetdən başladım, ilk iş yerim Azərbaycan Dövlət Radiosunun "İqtisadiyyat" redaksiyası oldu. İlk reportajımı hazırlamaq üçün xalça sexinə göndərdilər. Həmin reportajdan başlayaraq, daim maraqlı və yaddaqalan hadisələrlə qarşılaşdım. Bu arada deyim ki, təsadüfə baxın, uzun illərdən sonra 2017-ci ildə Xalça Müzeyinin mətbuat katibi təyin edildim və bir müddət orada çalışdım. Jurnalist kimi çalışdığım ilk vaxtlarda çətinliklər olub, amma indi hər biri xoş xatirəyə çevrilib. AzTV-də müxbir kimi çalışarkən daha çox Fransa səfirliyinin və ya fransızdilli qonaqlar olan tədbirlərə göndərilirdim. Müsahiblərimin səsini çox zaman tanınmış diktor Nəsimi Nəbizadə səsləndirirdi. Fransızların bizim dilə uyuşmayan ad-familiyalarını bəzən özü qəsdən məzəli ifadə edirdi. Belə xoş yaddaqalan xatirələrim çoxdur. AzTV-nin koridorları ilə getmək bir zamanlar ən böyük xəyalım olmuşdu. Tanınmış diktorlarla ünsiyyətdən, onlarla salamlaşmaqdan qürur duyurdum. Dendraridən, Niyazinin ev-muzeyindən reportajlarım və nazir Əbülfəs Qarayevdən eksklüziv açıqlama almağım yadımdadır. Həm də "France Presse"in xəbərlərini tərcümə edərək, beynəlxalq xəbərlər bölümündə səsləndirirdim. Həmin tərcümələri, hazırladığım süjetlərin sinxron və mətnini şəxsi arxivimdə hələ də saxlayıram. Müxtəlif mətbu orqanlarla əməkdaşlıq etmişəm. Qəzetdə çalışarkən əsasən sosial-ictimai mövzulara toxunurdum. Yadımdadır, açıqlamaları əsasən telefonla alırdıq. O zaman hələ elektron adres də yox idi. Müxbir kimi brifinq və mətbuat konfranslarında iştirak edirdik.

- Bu gün təəssüf ki, qəzetə olan maraq keçən illərə nisbətən çox aşağıdır. Təkcə oxucular deyil, qəzetdə çalışmaq istəyən jurnalistlərin də sayı azalıb. Sizcə bu gün bu sahəyə olan marağın azlamasına səbəb nədir?

- Müasir dövrdə texnologiyanın inkişafı danılmazdır. Təbii ki, qəzetlər elektron versiyaya keçəndən sonra kağız versiyaya olan maraq əvvəlki kimi deyil. Bu proses təkcə Azərbaycanda deyil, dünyanın hər yerində gedir. Fransada bir çox nüfuzlu qəzetlər çoxdan elektron versiyaya keçib, buna baxmayaraq qəzetlərin kağız versiyası da çap edilir və maraqlısı budur ki, kağız versiyasına maraq olduğu kimi qalır. Zənnimcə, bu, ümumilikdə ölkə əhalisinin oxumağa, necə deyərlər, mütaliəyə olan marağından qaynaqlanır. Mən qəzeti çox sevirəm, qəzetin qoxusu mənə çox əzizdir. Radiodan sonra uzun müddət müxtəlif qəzetlərlə əməkdaşlıq etmişəm və işləmişəm. 2007-ci ildə Azərbaycanda bu günədək ilk və yeganə fransızdilli mətbu orqan olan "Le Carrefour" (Yol qovşağı) qəzetini təsis etdim. Hazırda bu qəzet həm də elektron versiyada fəaliyyət göstərir. Qəzet tarixdir, bir ildən sonra bu müsahibə arxivdən silinə bilər. Amma qəzet saralsa da, keyfiyyətini itirsə də, onu saxlasaq, artıq sənədləşir, tarixiləşir.

- 2008-ci ildən başlayaraq, bir sıra dövlət müəssisələrində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışmısınız. Hazırda Dövlət Gömrük Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edirsiniz. Sizcə mətbuat xidmətinin rəhbəri fəaliyyət göstərdiyi qurumun, yoxsa ictimaiyyətin qarşısında daha çox məsuliyyət daşıyır?

- İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi və ya mətbuat xidmətinin rəhbərinin çalışdığı qurumun qarşısında təmsilçiliyi və vəzifə öhdəliyi var. Bütün qurumlarda mətbuat katibinin və analoji şöbə rəisinin digər strukturlardan daha çox məsuliyyəti var. Təsadüfi deyil ki, mətbuat katibini təmsil etdiyi qurumun danışan dili, görən gözü, eşidən qulağı deyirlər. Bizim məsuliyyətimiz çox böyükdür. Çünki işlətdiyimiz hər söz təmsil etdiyimiz qurumun adı ilə səslənir. Ona görə də biz hər zaman məsuliyyətimizi dərk etməliyik. Bununla yanaşı, ictimai məsuliyyətimizi də unutmamalıyıq. Bizim məqsədimiz körpüləri yandırmaq deyil, əksinə təmsil etdiyimiz qurumla ictimaiyyət, o cümlədən, media arasında qarşılıqlı əlaqəni təmin etməkdir. Elə etməliyik ki, ictimaiyyət qarşısına çıxan zaman üzümüz ağ, dilimiz uzun olsun.

- Son dövlər mətbuat xidmətinin rəhbəri vəzifəsinə daha çox televiziya jurnalistlərini təyin edirlər. Bu, sizcə, təsadüfdür yoxsa televiziya jurnalistlərinin çətin durumdan çıxma peşəkarlığı ilə bağlıdır?

- Bunu onunla əlaqələndirmək olar ki, televiziyada çalışan şəxslər vizual olaraq tanınırlar. Bu baxımdan, düşünmək olar ki, bəzi rəhbərlər məhz işini asanlaşdırmaq üçün bu yolu tutur. Çünki televiziyada, tutaq ki, aparıcı işləyən insanın siması tanınır. Ona görə bir çox qurumlar çalışır ki, tanınan şəxsləri bu vəzifəyə dəvət etsinlər. Əslində öz sözünü demiş, ictimaiyyətin etibarını qazanmış, müsbət ictimai rəyə sahib şəxslərin müvafiq qurumların məhz PR və media sahəsinə məsul şöbələrinə gətirilməsi və onların bu sahədə fəaliyyəti çox zaman uğurlu alınır. Həmçinin, öncədən media sahəsində təcrübəsi olan insanların mətbuat xidmətinin rəhbəri təyin edilməsi yaxşı bir haldır. Çünki mediada çalışan şəxs bu vəzifəyə gətiriləndə daha çox çalışır ki, jurnalistlərə açıq olsun. Bu zaman da qurumla media arasında daha sıx əlaqələr qurulur, əməkdaşlıq uğurlu olur.

- Bildiyimizə qədər gərgin iş rejimində çalışırsınız. Oğlunuzun sizdən incidiyi zamanlar olubmu və o, böyüyəndə sizin işinizi davam etdirmək istəyirmi?

- Oğlumun 8 yaşı var, o, mənimlə birlikdə bu "qazanda qaynayır". Çünki mətbuat xidməti, eləcə də ictimaiyyətlə əlaqələr elə bir sahədir ki, 7 gün 24 saat işləyirsən. Bütün zəngləri, xüsusən media nümayəndələri tərəfindən gələn istənilən zəngi cavablandırmalıyıq. Oğlum bütün bunları bilir. Özü isə hərbçi olmaq istəyir. Bir dəfə çox ciddi olaraq mənə bildirdi ki, mütləq Xocalını qaytarmaq lazımdır, biz torpaqlarımızı azad etməliyik. 8 yaşlı uşağın bu cür böyük fikirlərə sahib olması məni qürurlandırır, onun yüksək vətənpərvərlik hissinə sahib olması çox sevindirir.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 2773   Tarix: 18 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
TOP MP3