Xərçəngin əsas səbəbi açıqlandı: 30 illik araşdırma

Xərçəngin əsas səbəbi açıqlandı: 30 illik araşdırmaAmerianın Baylor Tibb Kollecinin tədqiqatçıları müəyyən bir gen mutasiyasının xərçəngin inkişafına töhfə verdiyi qənaətinə gəliblər.

BiG.AZ faktxeber.com-a istinadən bildirir ki, söhbət xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almağa qadir olan TP53 genindən gedir. Nəşrin bildirdiyinə görə, elm adamları 32 müxtəlif xərçəng növünün 10 min 225 nümunəsini araşdırıb və 30 il ərzində formalaşan verilənlər bazasında olan 80.000 mutasiya ilə müqayisə ediblər.

Bu böyük miqdarda məlumatı təhlil etdikdən sonra, TP53 gen mutasiyasının xərçəngin inkişafı ilə necə əlaqəli olduğu barədə daha dolğun bir informasiya ortaya çıxıb. Həmçinin bildirilir ki, TP53 ilə əvvəllər araşdırmalar aparılıb, ancaq ilk dəfə olaraq alimlər bu qədər çox sayda şiş və xərçəng növünü araşdırdıqları qeyd edilib.

"TP53 üzərində aparılan araşdırmaların əksəriyyəti xərçəngin bir növünə yönəlib. 32 fərqli onkologiya növünə baxdıqda, xərçəng növündən asılı olmayaraq müəyyən modellərin davam etdiyini görürsən", - deyə tədqiqatçılar qeyd edir.

Nəticələrin xərçəngin müalicəsində yeni yanaşmaların inkişafına kömək edə biləcəyi də bildirilir. Elm adamları hətta TP53-ü bədənin xərçəngin inkişafının qarşısını alan "qapıçı" adlandırırlar.

"TP53 xərçəngin qarşısının alınmasında ən vacib qapıçılardan biri olduğundan, bu geni nə qədər yaxşı başa düşsək, xərçəng biologiyasının əsaslarını da bir o qədər yaxşı başa düşə biləcəyik", - deyir tədqiqatçılar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2057   Tarix: 04 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451