Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir.

APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:

"Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriya ekspertizası təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək".

Prokuror Əhməd Əhmədovun hazırda istintaq təcridxanasında saxlandığını deyib.

Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1243   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

5 gün vaxt qoyulub - Poliklinikalarda vəziyyət belədir

Valideynlər Bakının Nizami rayonunda yerləşən 17 və 19 saylı uşaq poliklinikalarında sənəd qəbulu zamanı yaranan sıxlıqdan narazıdırlar. "Qafqazinfo"ya müraciət edən şəxslər bildirirlər ki, bağçalara qeydiyyata düşən uşaqlar üçün tələb olunan sənədlərin təqdim edilməsi məqsədilə cəmi 5 günlü

21.07.2026 456
.

Diş ağartma dişlərdə həssaslıq yaradırmı? - STAMATOLOQDAN AÇIQLAMA

Son illər estetik görünüşə marağın artması ilə diş ağartma prosedurlarına müraciət edənlərin sayı da çoxalıb. Lakin bu prosedurdan sonra bəzi insanlar isti, soyuq və ya şirin qidalara qarşı diş həssaslığının artdığını bildirirlər. Bəs diş ağartma həqiqətən həssaslığa səbəb olurmu, bu hal müvəqqətidirmi

21.07.2026 259
.

Rusiyadan Özbəkistan məhsullarına qadağa

"Rosselxoznadzor" iyulun 23-dən etibarən Özbəkistandan karantin məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qadağa, fitosanitar tələblərin ən çox pozulmasına yol verən be

21.07.2026 292
.

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019-2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsi

21.07.2026 279
.

Arzumun növbəti məhkəməsidir - Amalın xanımı hökmdən narazıdır

20 gün əvvəl həbs edilən bloqer İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır. "Qafqazinfo"nun məlumatına görə, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib. Bloqerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiy

11:28 170
.

Umerovu da Zalujnının aqibəti GÖZLƏYİR

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ-da səfir təyin olunacağı ehtimal edilir. Bizim.Media xəbər verir ki, bu barədə LIGA nəşri Prezident Ofisindəki mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Umerovun beynəlxalq danışıqlarda və müdafiə sahəsind

21.07.2026 262
.

Dünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?

Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr

21.07.2026 262
.

Dənizkənarı Bulvar İdarəsinin 2,5 milyon manat vergi borcu var

Dənizkənarı Bulvar İdarəsinin xüsusilə külli miqdarda vergi borcu yaranıb. Qaynarinfo xəbər verir ki, idarənin hazırda 2 583 116,68 manat vergi borcu var. Dənizkənarı Bulvar İdarəsi 2008-ci ildə yaradılıb. İdarənin rəhbəri Xanlar Ağalarovdur. O, 2024-cü ildə bu vəzifəyə təyinat alıb

21.07.2026 275
.

Aİ "AliExpress"i 550 milyon avro cərimələdi

Avropa İttifaqı (Aİ) Çinin "AliExpress" şirkətini onlayn ticarət platformasında qanunsuz, təhlükəliz və saxta məhsulların satışı ilə bağlı riskləri düzgün qiymətləndirmədiyinə, həmçinin, bu riskləri azaltmaq üçün kifayət qədər tədbirlər görmədiyinə görə 550 milyon avro cərimələyib. xəbər veri

21.07.2026 266
.

TOP MP3