Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb.
Təmirin nə vaxt bitəcəyi və əvvəlki fəaliyyətin geri qayıdacağı tarix konkret bəlli deyil. Rəsmi qurumlar bunu sözügedən hadisə ilə əlaqədar istintaqın yekunlaşmaması ilə əlaqələndirirlər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Perinatal Mərkəzə yeni direktor təyinatı təmir işləri tam yekunlaşandan və xəstəxana fəaliyyətini bərpa edəndən sonra baş tutacaq. Hələlik isə məlum hadisədə ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunan mərkəzin direktoru Mehriban Abasquliyevanın yerinə təyinat olunmayıb. Amma Mehriban Abasquliyevanın yeniden Perinatal Mərkəzinə direktor gətiriləcəyi də iddia olunur.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sorğuya cavab vermir.
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində altı körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.
İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilirlər.
Onu da bildirək ki, yanğın hadisəsi ilə bağlı istintaq-əməliyyat tədbirləri hələ ki yekunlaşmayıb. Baş Prokurorluqdan sorğuya cavab olaraq istintaqın gedişatı ilə bağlı yeni məlumatın olmadığı bildirilib.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1331 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22.10.2026 387 Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi
22.10.2026 318 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib
"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı
22.10.2026 278 Yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı
22.10.2026 440 Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı
Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular
22.10.2026 300 Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?
Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini
22.10.2026 304 Atlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyib
ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını "Tramp okeanı" ilə dəyişdirmək istədiyini, lakin "Google" şirkətinin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyini bildirib. "Qafqazinfo"nun məlumatına görə, Tramp coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkə
22.10.2026 293 Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır
Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu
22.10.2026 293 "WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22.10.2026 341