Xarabalıqdan çıxan milyonçuyam - Aparıcı Zaur həyatı haqda ilk dəfə danışdı

Xarabalıqdan çıxan milyonçuyam - Aparıcı Zaur həyatı haqda ilk dəfə danışdıAparıcı olduğuma görə atam evdən qovdu, dörd ay kirayədə qaldım...

"Xəzər" televiziyasının tanınmış aparıcısı Zaur Nəbioğlu AzNews.az saytına müsahibə verib.

- Zaur bəy, "Olduğu kimi" verilişinin aparıcısınız. Yeni mövsümdə verilişin formatında dəyişiklik edəcəksiniz?

- Hələlik efirimiz belə davam edir. Sentyabrda isə verilişi daha rəngarəng etmək üçün formatında və studiyanın dekorunda dəyişiklik etmək istəyirik.

- Bir aparıcı kimi rəqabət apardığınız həmkarınız var?

- Bir zamanlar bütün aparıcılarla rəqabət aparırdım. Sonra bilmədiyim və yazılmamış qayda-qanun gördüm. Və buna görə rəqabət dayandı.

- Məsələn, kiminlə rəqabət aparırdınız?

- Bu gün məşhur kimi tanıdığınız bütün aparıcılarla. Amma sonra anladım ki, yalnız dildə eşitdiyimiz "İncəsənət qurban tələb edir" cümləsi həyat üçün də keçərlidir. Doğrudan da incəsənət qurban tələb edir. Məsələn, elə müqəddəs şeylər var ki, ondan keçməlisən. Bu, ailə ola bilər. Tamaşaçılara maraqlı olmaq üçün ailəni efirə gətirməlisən, sevgilisənsə, bunu bildirməlisən. Mənim sənət aləmində münasibətdə olduğum xanım olub, amma bu haqda heç yerdə məlumat verməmişəm.

- Sevgili olduğunuz xanım müğənni yoxsa aparıcı olub?

- Aparıcı da, müğənni də olub (gülür). Heç zaman şəkil, foto ilə bunu bildirməmişəm. Bəzi müğənnilər və aparıcıların özləri haqda xəbərləri sifarişli yazdırdığını düşünürəm. Məsələn, özləri deyir ki, məni vur. Antireklam da reklamdır. Sizin televiziyada etdiyiniz layihələrin bir çoxunu bu gün tanınmış aparıcılar belə edə bilməyiblər. Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar bacıları verilişinizdə qonaq olublar.

Mərhum sənətkar Habil Əliyev kamanı 20 ildən sonra ilk dəfə bizim verilişdə ifa elədi və dedi ki, Zaur bunu sənə görə edirəm.

- "Rəngarəng" verilişindən sonra efirdən bir müddət
- Bəli, " Rəngarəng" verilişindən sonra bir il fasilə verdim. Çünki başqa bir kanal dəvət etmişdi. Maliyyə məsələsində razılaşa bilnədiyimizə görə alınmadı. Hətta veriliş çəkilmişdi. Sonra "A-dan Z-yə" verilişimiz ANS-də davam etdi.

- Zaur bəy, sosial şəbəkədə tənqidlərdən danışdınız. Siz İnstagramda sadəcə işinizə aid şəkillər paylaşırsınız.

- Bir neçə gün öncə Şəbnəm Tovuzlu ilə rəqs edərkən çəkilən video haqda bir-iki sayt yazdı ki, çox səmimi idilər. Videoya yazılan müəyyən şərhlər xoşuma gəlmədi. Əvvəl də həmkarlarımla məclislərdə oynamışam. Bununla yanaşı Könül Muxtarova ilə rəqsimizi də videoya çəkiblər ki, ehtiraslı rəqs ediblər. Saytlar reytinq üçün müəyyən başlıqlar qoyurlar, xəbərin içini heç kim oxumur. Yazırlar ki, utanmırlar, evli adamdırlar və s.

- Axı, bu sizi deyil, daha çox Şəbnəm Tovuzlunu, Könül Muxtarovanı narahat etməlidir.

- Xeyr, sizinlə razı deyiləm. Elə bilirsiniz ki, ismət-abır yalnız qadına məxsusdur. Atam məni polis, hüquqşünas görmək istəyirdi. Polis Akademiyasına sənət vermək adıyla İncəsənət Universitetinə gəldim. Aparıcılığa başlayarkən evdə dedim ki, aprelin 1-də "Rəngarəng" verilişi yayımlanacaq. Mənə inanmadılar və aprelin 1-i gülüş günü olduğuna görə elə bildilər ki, zarafat edirəm. Aparıcı olduğuma görə atam evdən qovdu, dörd ay kirayədə qaldım...

- Bəs, o zaman maliyyə məsələlərini necə həll edirdiniz?

- Ümumiyyətlə, mən heç zaman ata pulundan istifadə etməmişəm.

- Məşhur olmaq həyatınızda heç nəyi dəyişmədi?

- Dəyişdi.

- Nəyi?

- Həyatımı. Atamın mən yaşda olanda (30 yaşım var) 10 yaşında oğlu var idi. Atamla aramda 20 yaş fərq var. Atam daha çox sabahını, mən isə bu günümü düşünən insanam. Xarici görünüşümüz də atamla çox oxşayır.

- Bildiyimə görə, uşaqlığınızda bir çox çətinliklər yaşamısınız. Amma sizin haqda əksini düşünürdük.

- 1997-ci ildə indiki Təhsil Nazirliyi yaxınlığında "semişka" satmışam. Məni "semişka" satdığıma görə lağa qoyurdular, salam vermirdilər. Bir qız sevirdim, deyirdi ki, get "semişkanı" sat. Sevilən uşaq olmamışam. Düşünə bilməyəcəyiniz qədər kasıb olmuşuq. Valideynlərim yeməyi yemirdilər ki, uşaqlar yesinlər. Sonra atam yüksək vəzifədə işlədi. Amma bu pilləyə öz sayəmdə gəlmişəm. Ofisiant, fəhlə də işləmişəm. İlk iş yerim ATV kanalı olub. Gecələr işlədiyimə görə işə gecikirdim və ona görə işdən çıxardılar. Sonra aparıcı kimi fəaliyyətə başladım.

- İllər sonra xarizmatik və tanınmış bir aparıcı oldunuz."Get "semişka"nı sat" deyənlərdə xəyal qırıqlığı yaratdınız.

- Tanındıqdan sonra 2013-cü ilə qədər şorgöz olmuşam (gülür). Bu psixoloji bir hal idi. Çünki uşaqlıqda paltarım, ayaqqabım cırıq olub. Ona görə də heç bir qızın məndən xoşu gəlmirdi. Hətta bir xatirəni danışım. Bir qıza sevdiyimi demişdim, o isə məni şikayət edərək "Semişka satan mənə sataşıb" demişdi. Məni ona görə döymüşdülər. Sonra çox xanımlarla münasibət qurdum. Bu bəlkə də uşaqlığımda yaşadığıma acıq idi. Amma daim dürüst və fədəkarlıq etməyi bacardım. Amma münasibətlərim 2015-ci ilə qədər oldu. Sonra bir xanımla ciddi münasibət yaşadım.

- Röya Ayxanla münasibətiniz necə idi?

- Biz Röya ilə dost olmuşuq. İlk dəfə efirə Röyanın rəhbərliyi ilə çıxmışam. "Rəngarəng" verilişi Röyanın rəhbərlik etdiyi "Ulduz" prodakşında çəkilib. Onunla çox yaxın olmuşam. Amma indi danışmırıq. Aramızı vurdular.

- Aygün Kazımova ilə dostluğunuzdan sonra Röya Ayxanla aranızı vurdular?

- Xeyr, səbəb başqa idi.

- 2015-ci ildən xarakterinizin dəyişdiyini qeyd etdiniz. Buna səbəb nə oldu?

- Bir xanım məni dəyişdi. Onu çox sevdim.

- Televiziya sahəsindən idi?

- Xeyr. Sözün əsl mənasında həyatımda sevgini o qızla yaşamışam. Onunla münasibətimiz üç il davam etdi.

- Bu sual digər həmkarlarınıza da ünvanlanıb. Ümumiyyətlə, boşanmış xanımla ailə qurarsınız?

- Həyat yoldaşından ayrılan xanımlar bəzi qızlardan qat-qat yaxşıdır. Evlənmərəm deyən insanın sabah bacısı, qohumu da ayrıla bilər. Çox adamın ağzı isti yerdədir.

- Mental düşüncəyə görə valideynlər subay bəyin boşanmış xanımla evlənməsini yaxşı qəbul etmirlər.

- Mental düşüncəyə görə qızlara qaş almaq olmaz, amma indi hamı qaşını alır. Mental dəyərləri qoruyan oğlan bacısına niyə demir ki, qaşını niyə almısan? Niyə qısa ətək geyinib şəhərə çıxırsan? Hər bir boşanmada bir arqument var. Əxlaqı, namusu, isməti yerindədirsə, niyə də olmasın.

- Bir çoz xanımlarla münasibət yaşadığınızı qeyd etdiniz. Münasibətinizə siz yoxsa qarşı tərəf son qoyub?

- Adətən, mən ayrılmışam, amma məni də atıblar (gülür). Amma heç zaman evlənməyə söz verməmişəm.

- Necə xanımları sevirsiniz?

- Qara, uzun saçlı qızları sevirəm.

- İlk baxışdan sevgiyə inanırsınız?

- Bəli.

- Bəlkə sarışın qıza aşiq oldunuz.

- Qara buğdayı qızlardan daha çox xoşum gəlir.

- Bu günə qədər sizə yox deyən xanım olmayıb?

- Xeyr. Hətta Bodrumda istirahət edərkən imkanlı bir şəxsin qızın məndən xoşu gəlmişdi.

- Çox səmimisiz. Nə yaxşı hansısa sualıma kapriz göstərmədiniz.

- Niyə kapriz göstərməliyəm? Bir sənətçi var idi, mənə dedi ki, səni televiziyadan silərəm. Dedim ki, qalxdığım yerdən aşağı salmayacaqsan ki. Mən hind kinosunda deyildiyi kimi xarabalıqdan çıxan milyonçuyam.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3984   Tarix: 17 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ona da ev verilib, Ağdama köçəcək

"Sənətin pik nöqtəsindəyəm. Ona görə də şanslıyam". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Bir gün" verilişində deyib. O bildirib ki, ən böyük arzusu Ağdama köçməkdir:. "Amma həyatda şanslı deyiləm. Çünki atam, babam 1905-ci ildən Ağdama gəliblər. Dəfələrl

01.06.2026 468
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşım edib. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini izləyicilər

31.05.2026 317
.

"Sümükləri gec bitişir, çiyni ağrıyır" - Flora Kərimovanın səhhətindən danışdı

"Fevral ayında Flora xanım başı gicəlləndiyi üçün yıxılıb çiyin sümüyünü sındırmışdı. Sınan yer hələ də sağalmayıb. Həkimlər əməliyyat etmədilər, bildirdilər ki, yaşı çoxdur, ürəyi tab gətirə bilməz. Problem hələ də qalıb. Qolunu qaldıran kimi çiyini ağrıyır. Yaşı çoxdur deyə sümüklər gec bitişir"

06.06.2026 419
.

"Televiziya tarixində ən xoşbəxt nəsil bizik"

Əməkdar artist Nərgiz Cəlilova açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, tanınmış diktor Xalq artisti Ofeliya Sənaninin yubiley gecəsində çıxışı zamanı bunları deyib:. "Televiziya tarixində ən xoşbəxt nəsil bizik. Bizim nəsildir. Çünki bir daha nə Azərbaycan, nə digər televiziyalard

31.05.2026 260
.

Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"

Əməkdar artist Elza Seyidcahan "Günə uğurla" verilişində qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı tez-tez taksidən istifadə etdiyini və onu tanıəmayan sürücülərə irad bildirdiyini açıqlayıb:. "Yollarda xətlər artıb. Gördüm ki, çox cərimə ödəyirəm, taksidən istifadəyə keçdim. Gündə 3-

03.06.2026 451
.

İllərdir küsülüdülər

Müğənnilər Günay İbrahimli və Xatun Əliyeva illərdir küsülüdür. Axşam.az xəbər verir ki, bu haqda Xatun "Afaqla 10lar" proqramında deyib. Sənətçi bildirib ki, adi bir məsələyə görə danışmırlar:. "Heç nəyin üstündə oldu. İnşallah, barışarıq. Qəlbimdə kin daşımıram. Ona uğurlar arzu edirəm

08.06.2026 244
.

"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"

"Maska"da oxuduğum "Bivəfa" mənə yad idi. Qismətə inanıram. Bu mahnı illər əvvəl mənə təklif edilmişdi". xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Cümə axşamı" proqramında deyib. Müğənni "Maska" şouda oxuduğu "Bivəfa" mahnısı haqd

31.05.2026 239
.

Məşhur restler və aktyor Halk Hoqanın ölüm səbəbi bəlli oldu

Amerikalı aktyor və idmançı Halk Hoqan 2025-ci ilin iyulunda təbii səbəblərdən vəfat edib. xəbər verir ki, bu barədə "New York Post" qəzeti yerli polisə istinadən məlumat yayıb. Hüquq-mühafizə orqanları 11 ay ərzində araşdırma aparıb, lakin zorakı ölümə dair heç bir sübut aşkar edə bilməyib

06.06.2026 205
.

Xuraman bu yolla arıqlayır

Müğənni Xuraman Şuşalı xeyli çəki atıb. Axşam.az xəbər verir ki, sənətçi sağlam qidalanma yolu ilə artıq çəkidən xilas olmağa çalışdığını deyib:. "1 aydan çoxdur ki, pəhriz saxlayıram. Sağlam qidalanıram. İlk həftə 2 kiloqram çəki atdım. Sonra toylar oldu və qidlanmağıma fikir vermədim. Amma ind

06.06.2026 204
.

TOP MP3