BAKI RUSİYALI TURİSTLƏR ÜÇÜN BATUMİNİ ƏVƏZ EDƏ BİLƏR

BAKI RUSİYALI TURİSTLƏR ÜÇÜN BATUMİNİ ƏVƏZ EDƏ BİLƏRRusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir və hər il turistlərin hesabına dövlət büdcəsinə 500 milyon dollara yaxın pul daxil olur. İndi isə Rusiya vətəndaşlarının Gürcüstana gedə bilməməsi bu ölkədə ciddi problem, digər ölkələrin turizm sektorunda isə canlanma yaradıb.

Məlumdur ki, yay mövsümü ilə əlaqədar olaraq turistlər, eləcə də rusiyalı turistlər daha çox çimərlikdə istirahət etməyə üstünlük verir. Batumi bu baxımdan Rusiya vətəndaşları üçün ən yaxşı seçimlərdən biri idi.

Bəs indi qonşu ölkənin turistlərinin seçimi hansı ölkə ola bilər?

Ümumiyyətlə, mövcud vəziyyətdən maksimum faydalanmaq və ölkəyə turist axınını artırmaq üçün bu istiqamətdə hansı addımlar atılmalıdır? Daha dəqiq desək, Azərbaycan rusiyalılar üçün Gürcüstanı əvəz edə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, düzgün istiqamət seçilərsə, turistlərin ölkəyə maraq göstərməsini təmin etmək olar:

"Mövcud vəziyyətdən mümkün qədər fayadanlanmaq üçün ciddi tədbirlər görülməlidir. Bu gün rusiyalıların Gürcüstanı seçmələrinə səbəb xüsusilə çimərliklərdə istirahətə üstünlük vermələridir. Növbəti seçimləri Türkiyə ola bilər. Biz çimərlik turizmində Batumi ilə rəqabət apara bilmərik. Amma bu, bu gün üçün belədir. Ciddi müzakirlər aparılarsa, həmin iki milyona yaxın turisti ölkəmizə cəlb edə bilərik.

Mədəni, tarixi turizmlə bağlı Tbilisi turistlərini cəlb edə bilirik. Təəssüf ki, bizdə dəniz turizmi Batumi ilə müqayisədə, dəniz sahilində yerləşən cəmi dörd istirahət mərkəzi (hotel) var. Bu isə kifayət qədər azdır. Düşünürəm ki, turizm elə bil sahədir ki, hər dəqiqə yenilik axtarışında olmalısan.

Əlverişli vəziyyətləri dəyərləndirməlisən. Əminəm ki, Rusiya özü həmin turistləri ölkədə saxlamaq üçün maksimum tədbirlər görəcək. Mən inanıram ki, yerli turizm şirkətlərimiz bu istiqamətdə aktivlik göstərsə, bu il üçün daha çox turist artımı müşahidə edilə bilər".

Xatırladaq ki, bir müddət əvvəl "TurStat" agentliyi Azərbaycanın paytaxtı Bakının Rusiya vətəndaşları arasında yay istirahəti üçün ən populyar istiqamətlər siyahısına başçılıq etdiyini açıqlamışdı.

/oxu.az


BiG.Az
Telegramda izləyin
Turizm   Baxılıb: 3010   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir

Gürcüstan vətəndaşlarının səyahət üçün üstünlük verdiyi ölkələrin adı açıqlanıb. -ın xəbərinə görə, Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin üçüncü rübünə aid məlumat yayıb. Məlumata əsasən, Azərbaycan bu ölkələr arasında ikinci pillədədir. Buraya gələn gürcü turistlər 16,8% təşkil edirlər

27.11.2019 4857
.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

ABŞ-ın yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacağı bəyan edilib

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib. "Report" xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib. "ABŞ 23 il bundan əvvə

26.06.2019 3193
.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

BAKI RUSİYALI TURİSTLƏR ÜÇÜN BATUMİNİ ƏVƏZ EDƏ BİLƏR

Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir v

26.06.2019 3010
.

Teymur Rəcəbov Levon Aronyanı MƏĞLUB ETDİ

Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb. "Report"a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.

23.11.2020 2521
.

Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib

Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir. -a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub. Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bila

29.07.2019 4411
.