"Fəallığımızı daha da artırmalıyıq" - Qənirə Paşayeva

"Fəallığımızı daha da artırmalıyıq" - Qənirə PaşayevaBiG.AZ xəbər verir ki, millət vəkili Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb və AŞPA-nı bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün sərt addımlar atmağa çağırıb.

Bu gün AŞPA-da "The İstanbul Converntion on violence against üomen:achhievements and challenges" və "Towards an ambitious Council of Europe agenda for gender equality" adlı qətnamə layihələri ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb və AŞPA-nı bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün sərt addımlar atmağa çağırıb.

Qadınlara qarşı zorakılıq insan haqları pozuntusudur və ona qarşı birlikdə mübarizəmizi daha da gücləndirməliyik. Burada qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində maraqlı təkliflər, fikirlər səsləndi və biz onları dəstəkləyirik. Mən burada silahlı münaqişələr zamanı zorakılıq qurbanı olan qadınların adından danışaraq onların sizə çağırışlarını da səsləndirmək istəyirəm.

Əziz dostlar,
Silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı bu dəhşətli acını yaşamışdır. Ermənistanın ölkəmizə silahlı təcavüzü və torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə məruz qalmışdır. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur. Bu gün də onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmirlər. Çünki Ermənistan BMT-nin o cümlədən AŞPA-nın qəbul etdiyi qətnamələri yerinə yetirməkdən imtina edir. Biz təşkilatımızı hüquqları Ermənistan tərəfindən pozulmaqda davam edən azərbaycanlı məcburi köçkün qadınların, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, yaralanmış, əsir götürülmüş azərbaycanlı qadınların ailələrinin səslərini, çağrışlarını duymağa, bu dəhşətli cinayətləri törədənlərin layiq olduqları cəzanı alması, ədalətin oz yerini tapmasına daha fəal dəstək olmağa çağırırıq.
"Ermənistan yüzlərlə azərbaycanlı əsir və girovu o cümlədən qadınları dözülməz şəraitdə saxlayib,məcburi əməyə cəlb edib və digər zorakılıq əməllərinə məruz qoyublar"
Əziz dostlar,
Gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi sahəsində və qadınlara qarşı zorakılıqla mübarizə istiqamətindıə üzv ölkələrdə irəliləyişlərə nail olunmasına baxmayaraq, daha çox işlərin görülməsinə böyük ehtiyac var. Bu mövzularda fəallığımızı daha da artırmalıyıq. Xüsusilə qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına üzv ölkələr olaraq daha çox önəm verməliyik.

Əziz dostlar,

Azərbaycan xalqının təmsilçiləri kimi, biz qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Qeyd etməliyəm ki, Azərbaycan qadınlara qarşı zorakılıqla, məişət zorakılığı ilə fəal mübarizə aparan ölkələrdən biridir. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə bizim ölkəmizdə əsas diqqət mərkəzində olan mövzulardan biridir və bu istiqamətdə bir çox qanunlar qəbul edilib. Beynəlxalq və milli tərəfdaşlarla birlikdə çox sayda tədbirlər həyata keçirilir, geniş maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirilir. Bu işlərin görülməsində qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edilir. Azərbaycanda Avropa Şurasının 2018-2023-cü illər üçün Gender Bərabərliyi Strategiyasındə xüsusi vurğulanan hədəflərə xüsusi diqqət yetirlir, gender bərabərliyinin effektik reallaşmasına nail olmaq üçün çox saylı layihələr həyta keçirilir.

Azərbaycan xalqının tarixinə nəzər yetirsək görmək olar ki, qadınlar hər zaman aparıcı qüvvə olmaqla , cəmiyyətin inkişafına öz tövhələrini veriblər. Lakin bu gün dövlət dəstəyi sayəsində bütün sahələrdə qadınların sayı daha da artmaqdadır. Biz hesab edirik ki qadınların cəmiyyətin bütün sahələrində rolunun artması, o cümlədən qadınlara qarşı zorakılıqla daha effektli mübarizə üçün hər bir ölkədə bu istiqamətdə güclü siyasi iradənin ortaya qoyulması və bu mövzuların prioritetlər arasında olması çox vacibdir."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 360   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

TOP MP3