"Mən heç kimin ailəsini dağıtmamışam, sadəcə..." -azərbaycanlı aparıcı ilə MÜSAHİBƏ

"Mən heç kimin ailəsini dağıtmamışam, sadəcə..." -azərbaycanlı aparıcı ilə MÜSAHİBƏ

Müsahibimiz Lider televiziyasının aparıcısı Seyran Əliyevadır.

BiG.AZ xəbər verir ki, aparıcı bir neçə müddət öncə qalmaqala səbəb olan açıqlamalarına aydınlıq gətirib.

Müsahibəni olduğu kimi təqdim edirik:

Seyran xanım, Ramazan ayıdır, oruc tuturmusunuzmu?

- Xeyr, oruc tutmuram. Eslində, Ramazan ayında savab iş görmək nəyə desəz dəyər. Məsələn, baxıram ki, ki belə iş görən yoxdur. Demirəm, 5 min-10 min pul verirəm, imkanım çatdığı qədər imkansız ailələrə dərmanlarının, yeməklərinin alınmasında kömək oluram. Onu reklam etmək günahdı.

Ötən dəfəki, müsahibənizdən sonra böyük qalmaqal yaşadınız. Yenidən danışmaqdan qorxmursuz?

- Düzünü desəm, qorxuram. Belə hallar olanda cavab vermirəm. Baxıram ki, bəzi insanlar evli kişi ilə münasibətim olub deyə təhqir dolu mesajlar yazdılar. Həmin insanlara demək istəyirəm ki, görmədiyiniz, bilmədiyiniz şeylər haqqında danışmayın. İçinizdə Allah qorxusu olsun. Mən demişəm ki, evli kişi ilə danışmışam. Amma, mən onun ailəsini dağıtmamışam. Çünki onlar artıq boşanma ərəfəsində idi mən onu tanıyan, həmçinin biz evliliyə hazırlaşırdıq.

Cəmiyyətin fikri sizin üçün önəmlidir?

- Əlbəttə, önəmlidir. Çünki mən Lider telekanalında aparıcıyam istəmərəm ki, məni pis insan kimi tanısınlar. Yazdıqları şərhləri özüm oxumuram. Bəzən anam, bacım, tanışlarım yazılanları çəkib atırlar, oturub ağlayıram. Mənə çox təsir edir.

Həmin təhqirləri yazan şəxsləri məhkəməyə vermək barədə düşünürsüz?

- O tərbiyəsiz, əxlaqsız şərh yazan insanlar mənim üçün heç kimdirlər. Heç kim olanı necə verim məhkəməyə? Normal düşüncəli insanlar ağzına elə söz almaz. Baxıram ki, o şərhləri yazanlar 13-14 yaşında qızlardı. Vallah mənim 26 yaşım var mən hələ o sözləri bilmirəm. Onları yazanlar əxlaqsızlardır. Mən də baxıram kiminsə, lüt şəklin qoyublar. Heç nə yazmadan keçirəm.

Müsahibənin davamını video-dan izləyə bilərsiniz:




Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Müsahibə Oxunub: 5859 Tarix: 16.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər