"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏBu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun BiG.AZ-a müsahibəsini təqdim edirik:

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ54 yaşınız var və siz hələ də idmanla məşğulsunuz. Ölkədə bu yaşda idmançıya çox az rast gəlinir...

18 yaşımdan idmanla məşğulam. Uzun illər Moldovada yaşamışam. Orada yaşadığım müddətdə 8 il karate növü ilə məşğul olmuşam. Həmin dövrdə mən qara kəmər ustası idim. Daha sonra uşu-sanda ilə məşğul olmağa başladım. Klublararası yarışlarda iştirak edirdim. 1992-ci ildə ilk dəfə Avropa çempionatına qatıldım və 2-ci yerə layiq görüldüm. Bundan sonra da yarışlarda iştirak edirdim. Lakin bəzi haqsızlıqları görəndən sonra bir az idmandan küsdüm və yarışlara qatılmadım.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏAmma idmanla məşğul olmağa davam edirdim. Daha sonra Azərbaycana qayıtdım. Özüm düşünüb qərar verdim və yarışa hazırlaşdım. 2016 -cı ildə İtaliyanın Karrar şəhərində veteranlar arasında keçirilən idman yarışında iştirak etdim və həm uşu-sanda, həm də kikboksinq üzrə bütün rəqiblərimi məğlub edərək iki qızıl medala layiq görüldüm. Onu da qeyd edim ki, İtaliyada keçirilən kikboksinq yarışında rəqiblərim məndən yaş cavan, 41, 43 yaşlı idmançılar idi. Sonuncu dəfə isə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında iştirak etdim. Türkiyədə keçirilən çempionatda 69 ölkə, 3 minə yaxın idmançı iştirak edirdi. Mən həmin yarışda bürünc medala layiq görüldüm.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏAilədə sizdən başqa idmanla məşğul olan var idi?

Mən Zəngilanda doğulub böyümüşəm. Biz ailədə 12 uşaq olmuşuq. İdmana maraq elə lap uşaqlıqdan yaranıb. Atam Zəngilanda öz gücünə görə tanınan kişilərdən idi. Evdə qardaşımla məni həmişə güləşdirirdi. Daha sonra hər hansısa bir məclis olanda da məni uşaqlarla güləşdirirdilər. İndi məndən başqa qardaşım da idmanla məşğul olur.

İndi öz ailənizdə necə, övladlarınızdan sizin yolunuzu davam etdirən var?

Bəli. Oğlumun 14 yaşı var və idmanla məşğul olur. Atrıq uğurları da var. İki dəfə respublika çempionu tituluna layiq görülüb.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ Hər bir işdə olduğu kimi idmanın da öz çətinlikləri və təhlükəli anları olur. Yaşınızın çox olduğunu nəzərə alsaq ailənin narahat qalmasını da normal hesab etmək olar. Ailəniz nə vaxtsa, sizi bu sahədən uzaqlaşdırmağa səy göstərib?

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏDəfələrlə ayaqlarımdan zədə alıb evə axsayaraq gəlmişəm. Buz, duzlu su və yodu zədələnmiş yerlərə tətbiq edərək mənə kömək ediblər. Bəlkə də məni idmandan uzaqlaşdırmaq barədə düşünüblər. Amma heç vaxt dilə gətirməyiblər. Çünki onlar yaxşı bilir ki, mən idmansız yaşaya bilmərəm. Bu mənim həyat tərzimdir.

Bu günlərdə belə bir xəbər çıxdı ki, Həsən Hüseynov Zəngilan Rayon İcra Hakimiyyətinin ona qarşı biganəliyindən gileylənib...

Bəli. Təəssüf edirəm ki, bir dəfə olsun icra hakimiyyətindən mənimlə maraqlanan olmayıb. Bu qədər uğurlar əldə etdim. Lakin heç İcra hakimiyyətindən zəng edib təbrik edən də olmadı. Mən yarışlara qatılanda bütün xərclərimi özüm qarşılayıram. Mənə dəstək olan yoxdur. Lakin insana, xüsusən də idmançıya stimul vermək lazımdır. Yarışlarda Azərbaycanın bayrağını qaldırmışam. Mənə qarşı diqqətsizliyi başa düşə bilmirəm. Nəzərə almaq lazımdır ki, ölkədə bu yaşda döyüşən idmançılar çox deyil. Cənab Prezident hər il idmançılarla görüşüb onları təbrik edir, gələcək yarışlara motivasiya verir. Onlarla söhbət edir. Fəxri fərman, ev yaxud da hansısa ad verir. Bu digər gənc idmançıları da həvəsləndirir. Mən çox istəyirəm ki, bir dəfə cənab Prezidentlə görüşüb, onun əlini sıxım. Bu mənim üçün böyük şərəf olardı. Ancaq təəssüf ki, bizim icra hakimiyyəti nəticə göstərən idmançıları diqqətdən kənarda qoyur. Bu adamı həvəsdən salır. Lakin onlar da bu məsələyə görə çox narahatdılar. Buna görə də tez-tez zəng edirlər.

Bir çox gənclər idmanla məşğul olmaq istəsələr də davam edə bilmirlər...

Azərbaycan Kikboksinq Federasiyasının Prezidentin qərarı ilə bir məqsədi var ki, idmanda kütləvilik yaratsın. Yəni gəncləri pis vərdişlərdən, çayxanalardan uzaqlaşdırıb idmana cəlb etmək. Onlar idmanla məşğul olsalar siqaretdən və içkidən uzaq olacaqlar. Təbii ki, bir çoxları buna tab gətirə bilmir və yarımçıq qoyurlar. Çünki bunun üçün güclü iradənin olması vacibdir. Hər şey insanın öz əlindədir. İdman həm də insana səbrli olmağı öyrədir. Səbrli olub, iradəli davransan çox şey əldə edtmək olar.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏBu yaşda idmanla məşğul olmaq hər insana nəsib olmur. Xüsusi bir rejiminiz varmı?

Əslində yoxdur. Allah nə veribsə yeyirəm. Amma yağlı olmamaq şərti ilə. Bir də təbii ki, vitaminli məhsullarla qidalanmaq vacibdir. Məsələn, xarici ölkələrdə idmançılar üçün xüsusi vitaminlər var ki, bundan istifadə edirlər. Bu vitaminlər onların güclü, dözümlü və enerjili qalmalarına kömək edir. Lakin bizdə idmançılar madii çətinlikləri olduğuna görə belə vitaminlərdən istifadə edə bilmirlər. Bizim iş adamları da başqa şeylərə pul xərcləyirlər amma bir idmançının başını sığallayıb, onun yarışına pul xərcləmirlər. Gənc idmançılarımıza dəstək olunsa onlar ölkəmiz üçün böyük uğurlara imza ata bilərlər. Çünki həqiqətən çox güclü gənclərimiz var. Lakin onların maddi baxımdan çətinlikləri çoxdur. Bəzi idmançılarımız əlavə işlərdə çalışırlar. Oradan çıxıb məşqə gələndə bir "peraşki" almağa belə pulları olmur. Belə olduğu halda onların enerjisi də , həvəsi də tükənir. İş adamları onlara dəstək olsa çox yaxşı olar. Gənclərimiz düşmən qarşısına yalın əllə çıxıb, əlbəyaxa döyüşdə qalib gələr. Mənə də vaxtında dəstək olunsaydı, daha böyük uğurlar əldə edərdim. Özümdən bildiyimə görə, gələcəyimiz olan gənclərə dəstək olmalarını istəyirəm.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 2610   Tarix: 30 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

TOP MP3