Uşaqlar üçün ciddi təhlükə - Leyner mazından istifadə niyə qadağandır?

Uşaqlar üçün ciddi təhlükə - Leyner mazından istifadə niyə qadağandır?Tərkibində bor turşusunun miqdarı 3 faizdən çox olduğuna görə bir çox ölkədə leyner mazının istifadəsi qadağan edilib.

Bəs bu mazdan istifadənin hansı fəsadları ola bilər?

BiG.AZ medicina.az-a istinadən bildirir ki, bu barədə açıqlama verən pediatr Xəyalə Quliyeva bildirib ki, bor turşusunun orqanizmə toksiki təsir göstərdiyi artıq sübut olunub: "Çox vaxt əhali arasında uzun illər ərzində təbabətdə istifadə olunan dərmanların təhlükəsinin olmaması, insan orqanizminə zərər vurmaması haqqında fikir formalaşır.

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Azərbaycanda "Buflomedil" və bor turşusu tərkibli preparatların dövlət qeydiyyatının ləğv olunması ilə bağlı Səhiyyə Nazirliyinin Farmokaloji və Farmakopeya Ekspert Şurasına müraciət də edib. Müraciət nəzərdən keçirildikdən sonra məlum olub ki, yerli istifadə olunan bor turşusu preparatlarının yüksək toksikliyi bəzi hallarda uşaqlarda ölümə səbəb olub.

Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar və klinik müşahidələr bor turşusunun orqanizmə toksiki təsir göstərdiyini sübut edib. Avropa və Amerika tədqiqatçıları elmi məqalələrində bu kimi hallar vurğulanıb. Zəhərlənmənin əsas səbəbi isə bor turşusunun böyrəklərdən dəyişilməmiş vəziyyətdə ifraz olunmasıdır. Böyrəklərin funksiyası normal olduğu halda zəhərlənmə yüngül keçir, hər hansı səbəbdən onların funksiyalarında problemlər yarandığı halda isə bu turşu orqanizmdə daxili ağır zəhərlənməyə qədər gətirib çıxara bilər".

Pediatrın sözlərinə görə, 3 yaşına kimi uşaqlara tərkibində bor turşusu olan preparatlardan istifadə qadağandır: "Keçən əsrin 70-ci illərindən etibarən bor turşusu toksik preparat kimi hesab edilir və onun təbabətdə istifadəsinə məhdudiyyətlərin qoyulmasına dair tədbirlər görülür. Belə ki, əksər ölkələrdə bor turşusunun istifadəsində onun konsentrasiyası 1-3% ilə məhdudlaşdırılır və tərkibində bu preparat olduğu dərmanların etiketlərinə "yalnız xarici istifadə üçün", "geniş dəri zədələnmələrində istifadə oluna bilməz", "uşaqlar üçün istifadə edilmir" xəbərdarlıq yazıları qeyd edilir. Bor turşusu demək olar ki, konservant kimi, qeyd olunan faizdə göz, qulaq, burun damcılarında istifadə olunur və 3 yaşına qədər uşaqlarda istifadə edilməsinə qadağa qoyulur".

X. Quliyeva qeyd edib ki, hazırda Azərbaycanda da bunun toz şəkilində istifadəsinə qadağa qoyulub və preparatın tərkibində olan bor turşusunun yalnız 1-3% konsentrasiyası olduğu halda istifadəsinə icazə verilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1954   Tarix: 12 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960