Hərarət salan bu iynə körpələr üçün risklidir – Pediatrdan XƏBƏRDARLIQ

Hərarət salan bu iynə körpələr üçün risklidir – Pediatrdan XƏBƏRDARLIQUşaqlarda yüksək hərarət narahatlıq doğuran əsas əlamətlərdən biridir. Yaşından asılı olmayaraq, bütün uşaqlarda ilin bütün dövrlərində qızdırmanın olması mümkündür. Əksər valideynlər hərarət qalxan kimi təşvişə düşüb, nə edəcəklərini bilmirlər. Bir çox hallarda isə bununla bağlı yanlış addımlar atılır.

Əslində uşaqlarda hərarət yüksələn zaman nə etmək daha doğru olar?

BiG.AZ e-tibb.az-a istinadən bununla bağlı pediatr, uzman həkim Altay Abdullaoğlunun məqaləsini təqdim edir.

Hərarət bir çox səbəblərə görə yüksələ bilər. Ən çox infeksiyalar zamanı temperaturun yüksəlməsini görürük. Əslində hərarətin bir qədər yüksəlməsinin faydası var. Çünki bu zaman immun sistem aktivləşir və bədən o xəstəliyə (mikrob və viruslara qarşı) mübarizə aparır. Ona görə hərarətin bir qədər yüksəlməsi zamanı dərhal qızdırma salıcı dərmanlar verməyin.

Hərarətin ölçülməsi onun yeri və şəklinə görə də dəyişir. Yəni elektRon, civəli, sensorlu termometrlər vasitəsilə alından, ağızdan, qoltuqaltından, qulaqdan və sair yerlərdən ölçmək olar. Bu zaman hərarət də müxtəlif olur. Çünki bədənimizin fərqli yerlərində temperatur fərqli olur. Hərarətin qalxması zamanı da bir yer isti olub, bir yer soyuq ola bilir. Ona görə hərarəti ölçmək üsullarına görə dəyişir. Hər bir ölçmə metodunun özünün mənfi (çatışmayan) və müsbət tərəfləri var. Ancaq ən asan və praktik üsul elektron üsulla qoltuqaltından ölçməkdir. Bu zaman da qoltuqaltı nahiyənin quru olması, yəni nəmli olmaması vacib nüansdır.

Qoltuq altından edilən ölçmə zamanı hərarət 38-38.5 olduqda artıq hərarəti aşağı salmaq üçün tədbirlər görülməlidir. Çünki belə hərarət artıq bədənə zərər verməyə başlayır və bu isə ciddi problemlərə səbəb ola bilir. Xüsusilə də, körpələrdə hərarətə bağlı qıcolmalar ola bilər. Bu isə istəmədiyimiz, qorxuya və narahatlığa səbəb olan bir haldır.

Yüksək hərarət zamanı istifadə etdiyimiz çox sayda qızdırma salıcı dərmanlar var. Onların tərkibi 2 növdür.

1. Parasetamol tərkibli siroplar və şamlar

2. İbuprofen tərkibli siroplar və şamlar.

Preparata görə dərmanın dozası da dəyişir. Bu dərmanlar 4-8 saat fasilələrlə verilə bilər. Bəzən valideynlər dərmanın siropunu verir, hərarət düşmədikdə isə həmin dərmanın şam formasından istifadə edirlər. Bu isə eyni tərkib olduğuna görə ikiqat doza deməkdir. Bu zaman fəsad ehtimalı artır. Bəzən də olur ki bütün tədbirlər görülsə də, hərarət düşmür. Bu zaman analgin (metamizol natrium) tərkibli dərman əzələ daxilinə və ya damar yolu ilə təyin edilə bilər.

Bunun xarici ölkələrdə ağız vasitəsilə qəbul olunan variantları olsa da, ölkəmizdə ən çox hər kəsin tanıdığı analgin iynəsi adı ilə bilinir. Burda da diqqətli olunmalıdır. Yadda saxlayın: analgin iynəsi ən son çarədir! Balaca körpələrə isə bu iynə daha risklidir. Ciddi allergik reaksiya verə bilər. Ona görə bilinməlidir ki, bu iynə həkim nəzarəti altında vurulmalıdır. Ya da evdə vurularsa, yarana biləcək fəsada müdaxilə edə biləcək, uşağı vəziyyətdən çıxara biləcək tibbi biliyi olan şəxs olmalıdır. Əks halda xəstəxanaya çatana qədər ciddi problemlər yarana bilər. Bu səbəbdən bu iynənin evdə vurulmağını məsləhət görmürük! Ya təcili tibbi yardım çağırılmalı, ya da xəstəxanada vurulmalıdır.

Dərman preparatlarından başqa hərarəti aşağı salmaq üçün başqa tədbirlər də etmək mümkündür.

Bunlar: Otağın sərin olması, uşağın nazik geyindirilməsi, uşağın bükəcəklərinə, alnına, qoltuqaltına su ilə isladılmış bezlərin qoyulması və ya ilıq duş edilməsi. Yüksək hərarət zamanı uşaqlarda titrəmə halları da qeyd oluna bilər. Bu zaman valideynlər uşaq üşüyür deyib üstünü örtür, qalın geyindirirlər. Bu isə düzgün deyil, çünki belə olduqda temperatur daha da qalxmış olacaq. Ona görə titrətmə olsa belə qalın geyindirmək olmaz. Bəzən valideynlər hərarətin yüksəlməsi zamanı "Başı alov kimi, əl ayağı buz kimi" ifadələrini işlədirlər. Bəli, uşaq eynən belə ola bilər. Bu zaman da əl ayağı ovuşdurmaq, corab geyindirmək, istitəhər su ilə yumaq olar. Bunlarla bərabər uşağa bol maye içirtmək də çox vacibdir. Yəni bu cür mexaniki üsullarla da hərarəti endirmək mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1547   Tarix: 14 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483