Qənirə Paşayeva intihar edən Elina Hacıyevadan yazdı - Səndən üzr istəyirik, Elina!

Qənirə Paşayeva intihar edən Elina Hacıyevadan yazdı - Səndən üzr istəyirik, Elina!Millət vəkili Qənirə Paşayeva intihar etmiş 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı düşüncələrini bölüşüb.

BiG.AZ news24.az-a istinadən xəbər verir ki, millət vəkili düşüncələrində eyni zamanda, cəmiyyətimizdə bəla kimi yer almağa başlayan intihar cəhdlərinə rəvac verən amilləri aradan qaldırılması, intiharların qarşısının alınması üçün çağırış edib.

Neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindəyəm. Duyğumu, düşüncəmi fikrə dönüşdürmək, onları yazmaq üçün sanki sözlər də yetərli deyil… Amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb. Bu, əslində hamımıza qarşı bir uşağın, yenitemə bir qızın çağırışıdır, münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqanlıdır. Bu münasibətlər fərddən-fərdə, ailədaxili, məktəbdaxili, hətta toplumdaxili olsa da, olayın mahiyyəti dəyişmir: Elinanın faciəli addımı özünə ciddi münasibət tələb edir. Bu münasibəti məncə, bütün düşünən vətəndaşlarımız göstərməlidir: dərindən dərin, üfüqdən geniş! Yoxsa… "Yoxsa"sını yazmaq deyil, düşünmək belə ağırdır…

"…Məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin". – Bir uşağa, bir yeniyetməyə bunu yazdıran ağrını hamımız hiss etməliyik. Günahkar axtarmaq, giley eləmək asandır; ən dəhşətlisi odur ki, kimsə çıxıb "üzr istəyirəm, mən də filan xətaya yol verdim, Elinanın ruhundan üzr istəyirəm!" demədi. Məncə, bax, budur üzərində düşünməli olduğumuz əsas məsələlərdən biri. Əslində, sevgisizliyin, laqeyidliyin, biganələyin, "mənə nə var?" düşüncəsinin artdığı toplumda hamımız günahkarıq, əzizlərim.

Birimiz az, birimiz çox… Elinanın ailəsi də, müqəddəs ocaq dediyimiz məktəb də, məktəbin rəhbəri, kollektivi də, yoldaşlarına dəstək olmaq istəməyən şagirdlər də, biz ictimai fikri qidalandıran insanlar da… Bir sözlə, hamımız!.. Bu məsələ çox ciddi araşdırılmalıdır. İnanıram, Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni gərəyincə araşdıracaq. Elinaya fiziki və mənəvi təzyiq göstərən o manyak ruhlu yeniyetmə kim olub, mütləq tapılmalı, haqq etdiyi qanuni cəzanı almalıdır. Ailənin, Elinanın xalası qızının məktəb rəsmilərinə Elina ilə bağlı müraciəti niyə cavabsız qalıb və ya niyə gərəkli tədbirlər görülməyib? - hamısı ciddi araşdırılmalıdır. Ailə qızın yaşadığı psixoloji sarsıntılar üzündən Elinanın məktəbini dəyişmək istəyəndə, niyə ona "yox" cavabı verilib, mütləq araşdırılmalıdır. Tibb işçilərinin laqeyidliyi ile bağlı bütün deyilənlər ciddi araşdırılmalıdır. Bu işdə günahkarların hamısı ciddi cəzalarını almalıdırlar. Məktəb yoldaşlarına qarşı bu qədər duyarsızlıq edən şagirdlərin psixoloji (mənəvi!) durumu ilə bağlı ciddi düşünülməli və "nə baş verir? - bunun gələcəyi necə ola bilər? – bu vahim durumu dəyişmək üçün haradan başlamalı, nə etməliyik?!" sualları ətrafından düşünüb, təxirəsalınmaz işlərə başlamalıyıq.

Ailə məsələsinə də vurğu yapmaq istərdim. Ailə də özünü sorğulamalıdır: "daha nələri edə bilərdik?" deyə. Onlar üçün çox ağırdır, bilirik və bu ağrılarını bölüşürük. Günahkarlar birmənalı cəzalanmalıdır. Amma biz hamımız da ciddi düşünməliyik.

Bu sahəyə cavabdeh qurumlar, ailələr, cəmiyyət, televiziyalar, metbuat, sosial media... Elina o məktubu bəlkə də yeni bir Elinanın o ağrıları yaşamaması, çıxış yolu kimi intihara əl ataraq, "məni sağ olanda istəyərdiniz", "məni sağ olanda dinləyərdiniz" yazmaması üçün yazdı. "Qəbrimin üstünə gəlməyin!" yazıb. Bəlkə də, ən azı üzr istəmək cəsarətini özümüzdə tapmamız üçün yazıb bu təsirli sözləri.

Elina, inanıram ki, günahkarlar mütləq cəzalanacaq və sənin o məktubla bizə verdiyin mesajı hamımız – ailələrimiz, məktəblərimiz, qurumlarımız, uşaqlarımız, gənclərimiz - biz hamımız doğru anlayacaq və dəyişəcəyik. Kaş ki, bunları sən intihar etməzdən öncə edə bilsəydik, kaş ki…

Səndən üzr istəyirık Elina!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1397   Tarix: 12 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Paşinyan seçkilərə qədər heç bir konstitusiya dəyişikliklərinə getməyəcək" - Politoloq

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisi növbədənkənar ola bilər. Hakim Vətəndaş Sazişi partiyası bu iddianı istisna etmir. Paşinyan bir müddət əvvəl Ermənistan konstitusiyasının da məhz seçkidən sonra dəyişəcəyini bildirmişdi. Paşinyan tezliklə Ermənistan konstitusiyasını dəyişə və bu

06.02.2025 325
.

Prezident Sahil Babayevi vəzifəsindən azad etdi

Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

06.02.2025 687
.

Azərbaycan Rusiyaya nota göndərib

"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-c

06.02.2025 632
.

Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Fevralın 7-si...

Fevralın 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ağdam

06.02.2025 788
.

"Ermənistan ABŞ ilə iqtisadiyyat, ticarət, təhlükəsizlik sahələrində böyük əməkdaşlıq edir" – Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan ABŞ ilə əlaqələrin dərinləşməsinə sadiqdir. xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edib. "Baş nazir Nikol Paşinyanı Vaşinqtona səfəri zamanı müşayiət etməkdən məmnunam. Ermənistan-ABŞ strateji tərəfdaşlığına əsaslanaraq

06.02.2025 255
.

Belçim Bilgin və Mehmet Günsür 14 ildən sonra birgə layihədə

2011-ci ildə çəkilmiş "Aşk Təsadüfləri Sevir" filmində baş rolları paylaşan Belçim Bilgin və Mehmet Günsür illər sonra "Annem Ankara" serialının çəkiliş meydançasında görüşüblər. türk mediasına istinadən xəbər verir ki, Belçim Bilgin və Mehmet Günsürün birgə fotoları sosial mediad

06.02.2025 282
.

Aktrisa Öykü Karayelin geyimi gündəm mövzusu oldu

Həyat yoldaşı Can Bonomo ilə yeni filminin qala gecəsinə qatılan Öykü Karayel iddialı üslubu ilə seçilib. türk mediasına istinadən xəbər verir ki, ekranda bir çox uğurlu layihələrdə baş rolda gördüyümüz məşhur aktrisa Öykü Karayel yeni filmi ilə tamaşaçıların görüşünə gəlib. Yeni filminin qala gecəsin

06.02.2025 1211
.

Zəlzələdə 280 qohumunu itirdi, hekayəsi Türkiyəni ağlatdı - "Anan yoxdursa..."

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdə ailəsini və bir çox yaxınını itirən, özü isə 14 saat sonra dağıntılar altından çıxarılan Fatmanur Özbağış həyatda qalmağı bacarsa da, yaşadığı acıları unutmaq mümkün olmadığını deyir. Qaynarinfo xəbər verir ki, Fatmanur Özbağış yaşadığı dəhşətlər

06.02.2025 812
.

Minlərlə insan işıqsız qaldı - SƏBƏB

Kanadanın Toronto şəhərinin mərkəzində baş verən genişmiqyaslı elektrik kəsintisinə səbəb gözlənilməz bir hadisə olub – sincab transformatora toxunaraq minlərlə insanı və müəssisəni işıqsız qoyub. Elektrik kəsintisi dünən yerli vaxtla saat 14:00 radələrində qeydə alınıb. Hydro One elektrik şirkəti hadisəni

06.02.2025 466
.

TOP MP3