18 yaşlı oğlandan anasına qarşı DƏHŞƏTLİ ƏMƏL: intim hərəkətlər və... - Azərbaycanda

18 yaşlı oğlandan anasına qarşı DƏHŞƏTLİ ƏMƏL: intim hərəkətlər və... - AzərbaycandaAbşeron rayonunda anasını qısqanclıq zəminində öldürməyə cəhd etməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 2000-ci il təvəllüdlü Sədi Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anasının intim hərəkətindən şübhə

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Sədi Məmmədov anası Zoyanın mobil telefonuna gələn zənglərdən və mesajlardan, işdən evə qayıtdıqdan sonra telefonunu arabir söndürməsi səbəbindən onun hansısa yad kişi ilə intim münasibətinin olmasından şübhələnib.

O, 28 fevral 2018-ci il tarixdə, saat 10 radələrində anası işə gedən vaxt onu izləyib, anasının Yasamal rayonu ərazisində yerləşən "20 Yanvar" metrostansiyasının yaxınlığında "199" saylı avtobusdan düşərək, tanımadığı "Mercedes-Benz" markalı avtomobilin qabaq oturacağına əyləşdiyini görüb.

Anasını maşına minəndə gördü, öldürmək planı qurdu

Bu məqsədlə Sədi anasından qisas alaraq onu öldürmək qərarına gəlib. O, kirayədə yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi, yeni yaşayış massivində yerləşən evlərinə qayıdıb və evin mətbəxindən bıçağı götürüb və gödəkçəsinin döş cibinə qoyub. Sədi sonra cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.

Anasını küncdə gözlədi, çoxsaylı xəsarət yetirdi

Sədi həmin gün saat 22.00-dan etibarən yaşadığı binanın künc hissəsində anasının gəlməsini gözləməyə başlayıb. Təxminən saat 22.30-da Sədi Zoyanın yaşadığı binanın dəhlizinə daxil olmasını görüb.

Bu zaman Sədi Zoyaya yaxınlaşaraq, bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vurub. Çoxsaylı bıçaq xəsarəti alan Zoyanın qışqırdığını görən Sədi əlindəki bıçağı yerə atıb və qaçaraq hadisə yerindən uzaqlaşıb.

Ana xəstəxanaya, oğul həbsxanaya aparıldı

Zoya hadisə yerində olan şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polis tərəfindən anasına çoxsaylı xəsarət yetirən Sədi həbs edilib.

İstintaq orqanı tərəfindən Sədi Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

"Anam mənə əhəmiyyət verməyib"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sədi Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, anası Zoya, atalığı Mənsur və qardaşı İntiqamla birlikdə Abşeron rayonu Gənclər şəhərciyində yaşayıb: "Anam Bakı şəhərində "28 May" metrostansiyasının yaxınlığında mağazada satıcı işləyib. Atalığım Mənsur evdə olmadığı vaxtlarda anamın telefonuna pul köçürüldüyünü görmüşəm. Pulun kim tərəfindən köçürüldüyünü soruşduqda, anam mənə əhəmiyyət verməyib, heç bir söz deməyib".

"Anam qışqıranda özümə gəldim"

Sədi Məmmədovun ifadəsinə görə, fevralın 28-də, təxminən saat 10 radələrində anası işə gedərkən, o, anasını izləyib və onun "20 Yanvar" metrostansiyasının yaxınlığında ağ rəngli avtomobilə əyləşdiyini görüb: "Bu mənə çox pis təsir etdi. Anamı qısqandığım üçün həmin gün təxminən saat 22 radələrində anamın yaşadığımız binaya tərəf gəldiyini görüb, ona yaxınlaşdım. Ona "ana, ayaqqabılarını haradan almısan?", - deyərək, gödəkçəmin cibində olan evdən götürdüyü bıçağı çıxardım və anamın bədəninin müxtəlif nahiyələrinə 3-4 zərbə vurdum. Anam qışqıranda özümə gəldim. Bıçağı yerə atdım. Bu zaman anam əli ilə mənə get işarəsi verdi. Mən də uzaqlaşaraq bir maşına oturaraq getdim".

"Anamı qısqandığım üçün vurmuşam"

Sədi Məmmədov qeyd edib ki, anasının xəstəxanaya getdiyini düşünüb və oradan gedib: "İki gün sonra Sumqayıt şəhərində polis idarəsinə gedərək könüllü olaraq təslim oldum və cinayət törətdiyimi etiraf etdim. Anamı qısqandığım üçün heç bir şeyi araşdırmadan onu vurmuşam. Lakin anamı öldürmək fikrim olmayıb, sadəcə ona xəsarət yetirmək istəmişəm. Törətdiyim əməldən peşmanam".

"Oğlum böyük sarsıntı keçirib"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zoya Məmmədova bildirib ki, iki oğlu var, Sədi onun böyük oğludur: "Həyat yoldaşım uzun müddət xəstəlikdən əziyyət çəkib və 2015-ci ildə vəfat edib. Sədi uzun müddət xəstə atasının qulluğunda dayanıb, atasının ölümündən sonra o, böyük sarsıntı keçirib. Həyat yoldaşımın ölümündən sonra bizim böyük çətinliklərimiz olub".

"Bu da məni qısqanmasına səbəb olub"

Zoya Məmmədova qeyd edib ki, Sədi on beş yaşından restoranlarda xidmətçi işləyib və evə maddi yardım etmək məcburiyyətində qalıb: "Sədinin törətdiyi hadisədə özümü günahkar hesab edirəm. Mənim telefonuma kontur köçürülüb, oğlum məndən konturun kim tərəfindən göndərildiyini soruşub. İşdən gəldiyim və çox yorğun olduğum üçün ona açıqlama verməmişəm. Bu da Sədinin məni qısqanmasına səbəb olub".

"Donub yerində qaldı"

Zoya Məmmədova bildirib ki, hadisə günü o, səhər saat 10 radələrində evdən çıxıb, avtobusla "20 Yanvar" metrostansiyasına gedib, işə gecikdiyi üçün orada ağ rəngli bir maşına əyləşərək "28 May" metrostansiyasının yaxınlığında yerləşən iş yerinə gedib: "Həmin gün axşam işdən çıxaraq evə gələndə, evin yaxınlığında oğlum Sədini gördüm. Sədi mənə yaxınlaşaraq ayaqqabılarımı haradan aldığımı soruşdu. Mən isə ona "bəs sən haradan almısan yeni ayaqqabılarını?", - deyə bildirdim. Həmin vaxt Sədi gödəkçəsinin cibindən bıçaq çıxararaq mənə bir neçə zərbə endirdi. Ona əlim ilə getmək işarəsi verdim, sonra yaxınlıqdan keçən bir avtomaşını dayandırdım və məni xəstəxanaya aparmasını xahiş etdim. Maşına əyləşərək yola düşənə qədər Sədi donub yerində qaldı və mənə baxdı. Həmin gün Sədi istəsəydi, əlindəki bıçaqla məni öldürə də bilərdi. Lakin bunu etmədi. Oğlumu bağışlamışam və onunla barışmışam. Oğluma qarşı şikayətim yoxdur".

Cəza: 3 il 6 ay

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Sədi Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsiv edilməsini, barəsində daha yüngül cəza təyin edilməsini istəyib.

Sədi Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Elman Əhmədovun icraatına verilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sədi Məmmədovun şikayəti təmin olunmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1208   Tarix: 06 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Müəllimin problemi endirim kartıdırmı?

"Müəllimlərin və təhsil işçilərinin sosial rifahını yaxşılaşdırmaq məqsədilə təqdim olunan "Təhsil+" loyallıq kartları ictimai müzakirələrə səbəb olub. Kartlar müəllimlərə supermarketlərdən apteklərə, klinikalardan geyim mağazalarına qədər müxtəlif sahələrdə endirimlər vəd edir. İlk baxışd

15:56 131
.

1-ci Sinfə Qəbulda Sərt Tələblər Narazılıq Yaradır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda 1-ci sinfə qəbul zamanı 5-6 yaşlı uşaqlardan imla yazılması və sürətli oxu bacarığının tələb olunması ciddi suallar doğurur. Hələ oyun və sosial adaptasiya dövründə olan uşaqların erkən yaşda imtahan mühitinə salınması bir çoxları tərəfindən doğru hesab edilmir. Xüsusilə məktəbə yeni qədə

10:41 232
.

Hərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. "Qafqazinfo" xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə baş verən il

00:39 451
.

Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. BİG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçula

11.05.2026 401
.

Paşinyandan Zelenskinin çıxışı ilə bağlı açıqlama

Ermənistanın Baş naziri Nikol Pashinyan Ukrayna Prezidenti Zelenskinin Avropa Siyasi Birliyi sammitində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirməməsinin səbəbini açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Paşinyan hər açıqlamaya reaksiya verməyə məcbur olmadığını deyib. Ba

10:54 167
.

"Yeşilçam"ın "Sezercik"i indi necə görünür? - Son halı insanları təəccübləndirdi

"Yeşilçam" kinematoqrafiyasının yaddaşlara qazınan uşaq qəhrəmanı, "Sezercik" obrazı ilə milyonların sevgisini qazanan Sezer İnanoğlu uzun müddət sonra görülüb. Türkiyə mediasına istinadla xəbər verir ki, türk kinosunda bir dövrə damğa vuran keçmiş ulduzun son görüntüləri sosial mediad

19:00 1
.

Tramp və Çin lideri Si Cinpin İran, nüvə, ticarət və süni intellekt sahələrini əhatə edən danışıqlara hazırlaşırlar

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin İran, Tayvan, süni intellekt və nüvə silahlarını müzakirə edəcəklər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri Trampın bu həftə Çinə iki günlük səfərini əvvəlcədən nəzərdən keçirdiklərini bildiriblər. Dünyanın ən böyük iki iqtisadiyyatını

12:17 168
.

"Kimsə mənə səhv edəndə xoşbəxt oluram"

Müğənni Rüfət Axundov açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" verilişində ona səhv edən olanda özünü xoşbəxt hiss etdiyini deyib:. "Sevinirəm ki, kimsə mənə qarşı səhv etsin. O dəqiqə bağışlayım və özümə xal toplayım. O qədər sevinirəm, xoşbət olura

17:41 65
.

Professor Yaşar İbadov: Ulu Öndər Heydər Əliyev irsinə sədaqətin və elmin vəhdəti

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dövlətçilik tariximizin ən qüdrətli şəxsiyyətlərindən biri kimi hər zaman xalqın yaddaşında yaşayır. Onun müəyyən etdiyi inkişaf strategiyası, elmə, təhsilə və milli-mənəvi dəyərlərə verdiyi böyük önəm bu gün də Azərbaycanın tərəqqisinin əsasın

15:22 141
.

TOP MP3