Şəkərli diabet özünü 10 il öncədən göstərir – Əvvəlcədən bilmək üçün nə etməli?

Şəkərli diabet özünü 10 il öncədən göstərir – Əvvəlcədən bilmək üçün nə etməli?Yaxın gələcəkdə diabet xəstələrinin azı 2 dəfə artacağını proqnozlaşdıran Ümumdünya Səhiyyə təşkilatı bu xəstəliklə mübarizə tədbirlərini gücləndirməyi ayrı-ayrı ölkələr qarşısında əsas tələb kimi qoyur.

Bəs insan özü 10-20 il öncədən diabetə doğru getdiyini bilə bilərmi? Hansı əlamətlərə fikir verməlidir?
BiG.AZ medicina.az-a istinadən bildirir ki, artıq sübut olunub ki, diabet azı 15 il öncədən siqnallar verir, bu tibbi baxımdan sübut olunub.

Yapon alimlərinin apardığı araşdırmanın nəticələri Berlində Avropa diabet konfransında təqdim olunub.
Tədqiqatşılar 2005-2016-cı ildə 27.000 insanın sağlamlığı barədə məlumatları toplayıb. Bu adamların heç birində diabet xəstəliyi yox idi.

Alimlər əsas diqqəti metobolik markerlərin bu illər ərzində dəyişikliyinə yönəldib: qanda qlükoza, bədən kütləsinin indeksi, insulinə həssaslıq.
Müşahidə müddətində 2000 insanda II tip diabet və 5000 insanda preddiabet mərhələsi aşkar olundu.

Bu xəstələrin analizləri göstərdi ki, onlarda diabetdən azı 10 il öncədən metobolik marker analizləri normadan kənara çıxır. Sadəcə insanlar vaxtında bu analizləri vermədiyindən nəticəni bilmir. Gələcəkdə heç diabet olmayacaq insanda diabet olacaq insanın analizləri hər şeyi aydın göstərir.
Məsələn, 10 il əvvəl gələcəkdə diabet olacaq xəstələrin acqarına qlükoza göstəricisi 101-105 arası dəyişirdisə, heç xəstələnməyənlərdə 95-i keçməmişdi. Diabet olmağa 5 il qalmış bu göstəricilər bir qədər də artır.

Alimlər əmindir ki, preddiabet vəziyyət hətta 20 il əvvəldən də özünü göstərə bilir.

" Əgər bir insanda 5 ildir preddiabet, yəni diabet öncəsi vəziyyət yaranıbsa, onu diabetdən xilas etmək çətin olacaq. Çünki daha öncədən profilaktikaya başlayıb, qida və həyat tərzini dəyişib, dərmanlarla korrektə olunmalıydı"- deyə təqiqatçı Hiroyuku Saqisaka bildirir.

Ona görə ildə 1 dəfə endokrinoloq təyinatı ilə gizli şəkəri təyin etmək üçün klinikada acqarına venadan qan analizi verib, nəticələri tutuşdurmaq lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2364   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451