"Jurnalist evi"nin 9-cu mərtəbəsi tikilir
Jurnalistlər üçün tikilən 16 mərtəbəli yaşayış binasının artıq 9-cu mərtəbəsi tikilir. Modern.az-ın əməkdaşının tikinti yerində olarkən apardığı müşahidələrə görə, ərazidə qızğın iş gedir. Böyük bir ərazidə tikilən binanın üzü magistral yola baxır. Artıq maşın saxlamaq üçün nəzərdə tutlmuş qaraj da hazırdır. Çoxmərtəbəli tikilinin yuxarı mərtəbələri ilə eyni zamanda birinci mərtəbdən başlayaraq kərpiclə hörgü işləri aparılır. Tikintidə işləyən fəhlələr söhbət zamanı bildiriblər ki, tikinti işi xüsusi nəzarətdədir və işlər sürətlə aparılır.
Xatırladaq ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli KİV-ə açıqlamasında tikinti işlərinin təsdiq olunmuş qrafikə əsasən aparıldığını və heç bir yubanma olmadığını deyib. Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq 2-3 otaqlı tam təmirli 150 mənzilin 2013-cü ilin sentyabrında jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
"Jurnalistlərdən sənədlərin qəbulu 2013-cü ildə həyata keçiriləcək. Evlərin verilməsi üçün əvvəlcədən müəyyən kriteriyalar müəyyənləşəcək. Həmin kriteriyalar kütləvi informasiya vasitələrində elan ediləcək. Bu elandan sonra jurnalistlər fərdi şəkildə aidiyyəti üzrə tələb olunan sənədləri toplayaraq Fonda təqdim edəcəklər".
V.Səfərli bildirib ki, evlə bağlı jurnalistlərdən, jurnalist təşkilatlarından, hətta aidiyyəti olmayan təşkilatlardan da Fonda müraciətlər edilir və onlara müvafiq cavablar verilir.
"Bir daha jurnalistlərin nəzərinə çatdırmaq istərdik ki, hər hansı jurnalist təşkilatının məsələ ilə bağlı məktubla müraciət etməsinə ehtiyac yoxdur. Əvvəl də qeyd etdiyim kimi, jurnalistlər ev almaq üçün sənədləri yalnız fərdi qaydada təqdim edəcəklər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4051 Tarix: 26 aprel 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər
İndiyə qədər elmi dairələrdə tam izah olunmayan "soyuq ləkə" hadisəsinin qlobal hava temperaturuna ciddi təsir göstərə biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə Avropada "Kanada tipli sərt qış şərtləri"nin müşahidə oluna biləcəyini qeyd edir. Qaynarinfo xəbər verir ki, qlobal iqli
22:15 1 Psixoloq: "Bizdə insanlar yuvadan uçmağı öyrənmirlər" - VİDEOMÜSAHİBƏ
Klinik psixoloq Şirin Məmmədli -ın "Həftənin qonağı" layihəsinə müsahibə verib. xəbər verir ki, psixoloq müsahibə zamanı cəmiyyətdə fərdin müstəqilliyi və ailədaxili münasibətlər barədə fikirlərini bölüşüb:. "Burada əsas məsələ odur ki, bizdə insanlar yuvadan uçmağı öyrənmir. Yəni si
17:18 198 Kirayə mənzillərin bahalaşmasının əsas səbəbləri
"Son illərdə kirayə mənzil bazarında, xüsusilə keyfiyyətli və tam təmirli mənzillərə tələbat təklifdən daha sürətlə artıb. Nəticədə kirayə qiymətlərində yüksəliş müşahidə olunur". Bunu BİG.Az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, xüsusilə metr
15:17 207 Gürcüstanın Aİ-yə üzvlük yolu daha da çətinləşir
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin davam etdirilməsi Tbilisinin bir sıra tələbləri yerinə yetirməsi ilə əlaqələndirilir. Onun sözlərinə görə, həmin tələblər arasında Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulması da yer alır
22:00 1 Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev
16:14 198 Almaniya Ukraynaya daha çox pul və avadanlıq ayrılmasını tələb etdi
Almaniya Ukraynaya dəstəyini artırmalı, onun döyüş təcrübəsindən dərs çıxarmalı və Rusiya səbəbindən Bundesverin yenidən silahlanması prosesini sürətləndirməlidir. xəbər verir ki, bu barədə Bundestaqın XDİ üzvü Bastian Ernst bildirib. Onun sözlərinə görə, Rusiya problemdir və bu, hər gün təsdiqlənir
21:15 74 Turistlər getdikcə gecə həyatını seçirlər: Səbəb nədir?
Son illərdə müşahidə olunan ekstremal istilər turistlərin istirahət vərdişlərini dəyişməyə başlayıb. Bir qisim səyahətçilər yay mövsümündə səyahətdən imtina edir, digərləri isə daha sərin istiqamətlərə üz tutur. Lakin Aralıq dənizi ölkələrində yay tətilindən vaz keçmək istəməyənlər də var və onlar problem
22:45 1 Prezidentdən elektron müraciətlərlə bağlı - Fərman
Elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə yazılı cavab verilməklə baxılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığ
20:49 117 Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU
İyunun 10-na keçən gecə Rusiya qoşunları pilotsuz uçuş aparatları (PUA) və idarə olunan aviasiya bombalarından (İAB) istifadə etməklə Zaporojye şəhərinə zərbələr endirib. Ukrayna mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib, bir nəfər - 59 yaşlı qadın xəsarə
20:15 127