Azərbaycanlı teleaparıcı ad günündə kövrəldi: "O boşluğu hələ də heç kim doldura bilmir" - FOTO

Azərbaycanlı teleaparıcı ad günündə kövrəldi: "O boşluğu hələ də heç kim doldura bilmir" - FOTOTeleaparıcı Səidə Bəkirqızının Milli.Az-a müsahibəsi.

- Səidə xanım, televiziya sahəsinə gəlişinizi necə xatırlayırsınız?

- Televiziyaya 2001-ci ildə gəlmişəm. Ağlım kəsəndən əlimə daraq alıb evdə aparıcılıq edirdim. Qəzetləri intonasiya ilə evdə oxuyurdum ki, guya xəbər aparıram (gülür). Beləliklə 2001-ci ildə arzularımın ardınca gəldim Dünya Müstəqil Teleradio Şirkətinə. Bax belə, televiziya ilə ayrılmaz bağlılığım yarandı.

- Bu sahədə kimlərdən dərs almısınız?

- Desəm ki, öz müəllimim özüm olmuşam bəlkə də inandırıcı görünməz. Sözün yaxşi mənasinda oğruyam. Gözəl danışan aparıcılardan, jurnalistlərdən çox məqamlari oğurlamişam, baxıb öyrənmişəm. Amma təbii ki, televiziya sahəsində bəhrələndiyim insanlar da olub. Televiziyada fəaliyyətə başladığım müddətdə "İnternews Azərbaycan"la əməkdaşlıq etmişəm. Orda Zeynal Məmmədli və Lalə Ədalətqızı kimi müəllimlərim olub. Televiziyanın çox incəliklərini onlardan öyrənmişəm.

- Sizcə teleaparıcının təhsili olmalıdır yoxsa, bu bir o qədər də önəm daşımır?

- Mən "Televiziya və Radio Verilişləri" ixtisasını bitirmişəm. Əslində televiziya mühəndisiyəm (gülür). Səlist danışığı, efir mədəniyyəti olan aparıcılar sırasındayam. Mən jurnalistikanı bitirib, iki cümləni bir-birinin ardınca deyə bilməyən o qədər tələbə görmüşəm ki... "Dünya TV"də həm də baş redaktor olduğum üçün belə tələbələrlə çox işləyirdim. İnanın ki, çox hallarda təhsil işə yaramır. İstedad bətindən gəlməlidir. Quyunun su məsələsi kimi.. Sonradan dolmaz, sadəcə arta bilər.

- Teleaparıcı hansı vacib xüsusiyyətlərə malik olmalıdır?

- Mütləq səlis danışığı, söz ehtiyyatı və görünüşü olmalıdır.

- Görünüş çox önəmlidir?

- Bəli, önəmlidir. Düzdür, dünya gözəli olmaq lazım deyil. Amma tamaşaçıya müsbət enerji ötürmək üçün baxımlı və qəşəng olmaq lazımdır. Siz baxımsız, səliqəsiz aparıcıya nə qədər baxa bilərsiniz?

- Özünüzü hansı kateqoriyalı aparıcılara aid edirsiniz?

- Bircə onu deyə bilərəm ki, aşağı səviyyəyə, özünü apara bilməyənlər kateqoriyasına aid deyiləm. Həm də bizim kateqoriyamızı təyin edən tamaşaçıdır. Özümüzdən razı və ya narazı olmağımız heç nəyi dəyişmir. Amma yenə də əsas efir mədəniyyətidir ki, mən onu həmişə qoruyuram.

- İlk aparıcılıq etdiyiniz veriliş hansı olub?

- Televiziyada fəaliyyətə başladığım 7 ay idi ki, xəbərlər informasiya proqramına aparıcı təyin olundum və bununla da mənim uşağlıqdakı darağımı mikrofon əvəz etdi. Mən həyatımın ən böyük arzusunu reallaşdırdım. Düzdü, televiziyada müxtəlif səpkili proqramlar aparmışam, amma xəbərlərin xüsusi yeri var. Xəbər çatdirmaq mənim üçün ayrı bir zövqdür. Təbii ki, yenə də işimi məhz xəbər aparıcısı kimi davam etdirməyi düşünürəm. Əslində, xarakterimdəki ciddilikdən də irəli gəlir xəbərləri sevməyim.

- Bir çox telekanallarda teleaparıcı olaraq çalışmısınız. Əslində sizi hansısa telekanalın siması saymaq düzgün deyil. Telekanal simasına çevrilmək sizin maraq dairənizdə olmayıb?

- Mənim üçün əyalət və paytaxt heç vaxt fərq etməyib. Bilirsiniz niyə? Çünki onların hamısının bir adı var - televiziya. Mənim sevdiyim, rahatlıq tapdığım və zövq aldığım məkan. Mən "Dünya TV"də 10 il çalışmışam. Hamı məni oranın ən sevilən və yaxşı aparıcısı kimi xatırlayır. İnsanın harada çalışmasından asılı olmayaraq yaxşı aparıcıdırsa, həmişə seviləcək və xatırlanacaq. Mənim bir simam var və telekanallara da məhz o sima ilə çıxıram (gülür). Əsas odur ki, simasız olmayasan.

- Deyəsən simasız insanlarla yolunuz çox kəsişib.

- Təəssüf ki, çox! Xaraktersiz, mənən kasıb insanla desəm daha düzgün olar. Nəticə etibarı ilə gətirib simasızlığa çıxarır. Həm də indi insanların neçə üzlü olduğunu təyin etməyin çətin olduğu bir zamanda yaşayırıq.

- "ANS TV"də "Əslində mən" verilişinin həm müəllifi, həm də aparıcısı oldunuz. Niyə bu verilişə bir neçə aparıcı təyin olundu?

- Bəli, "Əslində mən" verilişinin müəllif və aparıcısı olmuşam. Sonra məni gündəlik başqa bir verlişə təyin etdilər və mən o verilişi sevərək həmkarım Zabirə təhvil verdim. Amma daha sonra çox təəssüf ki, veriliş daha iki aparıcı dəyişdi. Bilirsiniz, bəzən rəhbər olmaq televiziyanı yaxşı idarə etmək, gözəl bilmək, işçini anlamaq mənasına gəlmir. Bəzən televiziya elə təyinatlar olur ki, insan bilmir necə reaksiya versin. Nə susa bilirsən, nə də danışa. O verilişdə rəhbərliyin dəyişkən fikirinin qurbanı oldu.

- Əslində siz...

- Əslində mən Səidə Bəkirqızıyam. Olduğu kimi görünən, göründüyü kimi olan Səidə Bəkirqızı. İşinin alınması və ya yaxşı getməsi xatirinə heç kəsə yaltaqlanmayan, bacardığı qədər yaxşılıq etməyə, əl tutmağa çalışan Səidə Bəkirqızı.

- Atanızın adını soyad kimi götürmək sizin istəyiniz olub yoxsa atanızın?

- Bu atamın istəyi ilə oldu. Çox şadam ki, onun arzusunu yerinə yetirdim. Teleaparıcılığa yeni başlamışdım. Dost-tanışlar atamdan soruşublar ki, Bəkir, bu sənin qızın Səidədir? Bir gün işdən evə gələndə atam dedi ki, qızım olar ki, sən efirdə Səidə Bəkirıqızı kimi təqdim olunasan? Mən də böyük məmuniyyətlə "hə" dedim və səhəri gündən televiziyada məhz Səidə Bəkirqızı kimi təqdim olundum. Beləliklə insanlar sualının cavabını tapdı, mənsə fəxrlə ata adını daşıdım. 18 ildir ki, atamın adı mənim adımla bərabər çəkilir (kövrəlir). Düşünürəm ki, mənim adıma ancaq Bəkirqızı yaraşardı.

- Hansı yaşda olursan ol, valideynə həmişə ehtiyac olur. Atanızı itirəndə insan itkisindən də əlavə nəyi itirdiniz?

- Desəm ki, hər şeyimi itirdim, inanarsınız? Düzdür, anam həyatdadır. Allah bütün anaların canını sağ etsin. Amma atalar qızları üçün başqa bir zirvədə dayanırlar. Atasız qız həqiqətən də boynubükük olur. Atamın rəhmətə gedəcəyi günü mən bilirdim. Səhər saat 6 idi. Yuxuda gördüm ki, bir qadın mənə deyir ki, sənin atan bu gün öləcək. Hələ də o səs qulağımdadır və məni dəhşət bürüyür. Öz ağlamağıma yuxudan ayıldım. Təəssüf ki, yuxuda qadının mənə dediyi gerçək oldu. Mən təkcə atamı yox, dostumu, qardaşımı, arxamı, güvənimi, yerişinə həsəd apardığım, duruşundan zövq aldığım, qızı ilə fəxr edən bir insanı itirdim. Ailədə 3 uşağıq - 2 qardaş, 1 bacı. Biz xəstələnəndə atam körpə uşaq kimi başımızın üstündə durub ağlayırdı, "övladıma gələn dərd-bəla mənə gəlsin" deyirdi. İndi sizcə mən nəyimi itirmişəm? (kövrəlir).

- Onun boşluğunu həyatınızda kim doldurdu?

- Əslində boşluqlar dolmur və heç vaxt da dolmayacaq. Düzdü əmilərimdən atamın ətrini alıram. Amma onlar boşluq doldurmurlar, sadəcə təsəlli verirlər. Böyük qardaşım atama bənzəyir. Amma yenə də atam ola bilməz. Bu həyatda kimsə kimsəni əvəz etmir.

- Bəzən deyirlər ki, həyat yoldaşı atanın yarısıdır.

- Həyat yoldaşı da atadır, çünki onun da balaları var. Amma o, öz balalarının atasıdır. Həyat yoldaşın atanın yarısı ola bilməz. Çünki ata yarılanmır.

- Səidə, sonuncu dəfə keçən il "Lider TV"də "Sizin səhhət" verilişinə aparıcılıq etmisiniz. Hal-hazırda fəaliyyətinizi harada və necə davam etdirirsiniz?

- Hal-hazırda ATV telekanalında "ATV səhər" verilişinin redaktoru kimi çalışıram.

- Teleaparıcı kimi fəaliyyətinizə son qoymusunuz?

- Xeyr, hələ bunu demək olmaz.

- Çalışdığınız hansı televiziyanı daha çox sevirsiniz?

- Mənim üçün hamısı doğmadır. Amma ATV-nin sözün həqiqi mənasında bir ayrı yeri var. Mən həmişə deyirəm ki, ora cavan, həm də cavanların kanalıdır. Elə düşünürəm ki, ATV-də çalışan 50-60 yaşlı insan da özünü 30-35 yaşında hiss edir. İnsanın işlədiyi mühit çox önəmlidir. ATV həmişə birinci olub və bunu hamı bilir.

- Reallaşmayan arzunuz var?

- Necə deyərlər, "Bu kino ki var, çox qəliz məsələdir". İndi bu arzular da yaman qəlizləşib. Hər gün yeni arzular doğur. Onların həyata keçməsi üçün heç ömür də bəs etməz. Bir ananın ən böyük arzusu nə ola bilər? Övladlarını sağlam və xoşbəxt görmək. Allah bizə onları yaxşı böyütmək üçün maddi və mənəvi imkan versin.

- Özünüzə neçə il ömür arzulayırsınız?

- Sözün düzü qocalmaqdan, kiməsə möhtac qalmaqdan çox qorxuram. Hərdən yaşlı qadın görəndə pis oluram. Bilirəm ki, mənim də birazdan əllərim əsəcək, belim büküləcək və əvvəlki təravətim qalmayacaq. Ona görə də Allahdan özümə 50 yaş arzu edirəm. Qoy öləndən sonra da yaddaşlarda gözəl qalım və kimsəyə möhtac olmadan ölüm. Necə deyərlər, yerdə qalan ömrümü də Allah balalarıma bağışlasın.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2117   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ailəsi məni istəməyə gəlmişdi, özü hoteldə yatırdı" - Video

Müğənni İradə İbrahimova həyat yoldaşı, türkiyəli iş adamı Ceyhun İzerin illər əvvəl xəstəlik keçirdiyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə ARB TV-də yayımlanan "Söhbət var" verilişində danışıb. İ.İbrahimova bildirib ki, evlənədə həyat yoldaşında "Kleyne-Levin"

16.12.2025 612
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13.12.2025 604
.

Məşhur şoumenin 6-cı dəfə boşanmasının ŞOK səbəbi üzə çıxdı

Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır. Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub. Mehmet Ali Erbi

14.12.2025 1023
.

Ögey qızının açıqlamaları "Nana"nın işinə son qoydu

"Kanal D" aparcısı Evrim Akın ilə yollarını ayırıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər keçmişinə dair iddialarla gündəmə gəlib. Bu səbəbdən kanal aparıcı ilə əməkdaşlığına son qoyub. Məlumata görə, proqram "Pazar Gezmesi" adı ilə yayımlanmağa davam edəcək və layihəni bunda

13.12.2025 547
.

"Titanik"in ulduzu: "Əsl gözəlliyin nə olduğunu anlamırıq"

Britaniyalı aktrisa və Oskar mükafatı laureatı Keyt Uinslet botoksu, dolğu və pəhriz həblərini sərt şəkildə tənqid edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb. "Bu, kabusdur. Bəzi insanlar hər nəyin bahasına olursa-olsun, başqası olma

11.12.2025 395
.

Nüşabə Ələsgərli mülkünü açıqladı

Əməkdar artist Nüşabə Ələsgərli var-dövlətini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində Əməkdar artist Vasif Məhərrəmlinin "Şou-biznesin ən varlı müğənnisi Nüşabə Ələsgərlidir" sözlərinə reaksiya verib:. "Mən deyiləm. Vasif böyük səhv edib haqqımd

15.12.2025 515
.

Rəqsanə boşanıb: "Hər şey bitib"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi ötən gün olan konsertində deyib. Onun "Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib" sözləri diqqət çəkib. Qeyd edək ki, Rəqsanəni

17.12.2025 764
.

Aygün Kazımovanın qızı TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

Xalq artsiti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova son görüntüsü ilə diqqət çəkib. xəbər verir ki, ifaçının sosial mediada yeni görüntüsü yayımlanıb. Onun xeyli dəyişən görüntüsünə çoxsaylı tərif gəlib. Fotoya çoxsaylı bəyəni gəlib

14.12.2025 960
.

54 yaşlı Aygün Kazımova görünüşü ilə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Xalq artisti Aygün Kazımova tərzi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça qatıldığı məclislərdən birində ağ geyimlərdən istifadə edib. Kazımova tərzini kürk və ağ şlyapa ilə tamamlayıb. Fotoların müəllifi Muxtar Bədəlovdur

13.12.2025 1286
.

TOP MP3