Hansı insan orqanı hansı ölkədə neçəyədir?

Hansı insan orqanı hansı ölkədə neçəyədir?Əgər gözəllik sənayesinə və cibinizə xeyir vermək istəsəniz, illərdir uzatdığınız saçlarınızı kəsdirib bir gözəllik salonuna sata bilərsiz. Bəs pulsuz qaldığınızda böyrəyinizi, ya da qara ciyərinizi satmağı düşünərdinizmi?

Orqan bağışlamaq şəxsi seçimdir. Amma üçüncü dünya ölkələrində insanlar orqanlarını könüllü bağışlamır, çarəsizlikdən satmaq məcburiyyətində qalırlar. Bundan başqa orqan mafiyası tərəfindən bu iş üçün məcbur edirlənlər də var. Onlar morqlardan, məzarlardan cəsədləri çıxardıb, orqanlarını oğurlayırlar.

Görənsən, insanları yaşadan orqanları və orqanlarını yaşadan qan neçəyədir?

Hindistanda insan qanının yarım litri 25 dollar, ABŞ-da 337 dollardır.

2008-ci ildə Hindistanda qan oğrularının insanları əsir edərək həftədə 3 dəfə onlardan məcburi qan aldıqları aşkar olundu. Həbs olunan qan oğruları 2 il ərzində insanların qanlarını satdıqlarını etiraf etdilər.

Bəs insanlara, xüsusilə də qadınlara gözəllik bəxş edən saçların qiyməti neçəyədir?

ABŞ-da orta hesabla saçın satışı 308 dollardır. Hər il milyonlarla dollar qiymətində saç Cənubi Hindistanın Tirumala məbədindəki Lord Ventakesvaraya göndərilir. Bu məbəd isə bağışlanan saçları saç əkmə sənayesi üçün Qərbə satır.

Bu saçların Hindistandan gəlməsinin üstünlüyü budur ki, hind qadınları saçlarına pis təsir edəcək məhsullar istifadə etmirlər. Həm də saçın dəyəri onun uzunluğundan asılı olaraq dəyişir. Bu məbədin saç alverindən illik qazancı 12 milyon dollar qiymətləndirilir. Gözəllik salonlarının müştərilərinin bu saçlar üçün ödədikləri pulun miqdarı isə trilyonlarla ölçülür.

Göz bəbəkləri də orqan qaçaqçıların "menyu"sunda yer alır.

ABŞ-da bunun tətbiqi 24 min 400 dollar dəyərindədir. Göz bəbəkləri rahatlıqla daşınır, köçürülür. Dünyanın hər yerində ehtiyacı olanlara göndərilir. 2001-ci ildə bir cərrah edam edilən çinli məhkumlardan yüzlərlə göz bəbəkləri, dəri və böyrək aldığını etiraf edib.

Birləşmiş Millətlər Təşkilatı orqan istismarı işlərinə son vermək üçün danışıqlar aparır, ancaq bu sahədə irəliləmə qeydə alınmayıb. Çünki dünya bazarına müəyyən bir hüquqi qurum tərəfindən nəzarət olunmur.

Qəlbinizin qiymətini bilmək istəyirsinizsə…

Bu orqanın nəqli qanuni yolla 997 min 700 dollara başa gəlir.

Qeyri-leqal yollarla isə 120 min dollara olan qəlb nəqli çox nadir hallarda baş verir. Bunun səbəbi qəlb nəqli üçün son dərəcə

inkişaf etmiş bir texnologiyaya ehtiyacın olmasıdır. Bu da, orqan bağışlanması məsələsində hər kəsi diqqətli olmağa vadar edir.

Səudi Ərəbistanda bir xəstəxana rəhbəri ölkəsində qeyri-leqal yolla qəlb nəqlinin həyata keçirilməsi ilə bağlı açıqlama vermişdi. Amma bu, hələ də sübuta yetirilməyib. BMT-yə görə isə çinli məhbuslar və Çində "Falun Gong" rahib cəmiyyətinin üzvləri tərəfindən bir nəçə dəfə qeyri-leqal ürək "hədiyyə edilib".

Qəlb qanuni yolla adətən vəfat edən insanlardan götürülür. Qeyri-leqal olaraq isə, əsirlər və məhbuslardan alınır. Bu halın Çin həbsxanalarında baş verməsi barədə məlumatlar daha çox yayılıb.

Qaraciyər nəqlisə qanuni yollarla 557 min 100 dollara başa gəlir. Qanundankənar olaraq isə qaraciyər nəqlinin qiyməti təxminən 157 min dollar təşkil edir.

Qaraciyər daxili orqanlar içərisində ən sağlam orqanlardan hesab olunur və özünü yeniləyə bilmə mexanizminə malikdir. Amma qaraciyərdə yara böyüdükdə insanda yeni orqan nəqlinə ehtiyac yarana bilər. Xoş xəbər odur ki, heç vaxt qaraciyərin tam alınmasına ehtiyac olmur. Sadəcə sağlam olan qaraciyərdən bir hissə alınmaqla hər iki insanın (donor və xəstə) yaşamasına nail olmaq mümkündür.

Lakin bəd xəbər odur ki, nəql sonrası donorun qaraciyərində gedən yenilənmə prosesi sahibinə əziyyət verər və uzun müddət ağrılar olar. Buna görə də, könüllü donor asanlıqla tapılmır, adətən ölülərdən götürülür.

Böyrək nəqli Hindistanda 15, Çində 62, ABŞ-da isə 262 min 900 dolara başa gəlir. Avropa Şurasının hesabatına görə,

2008-ci ildə Kosova rəhbərliyi ilə əlaqədə olan və orqan ticarəti edən bir klinika şəbəkəsi aşkar edilmişdi.

Çində aparılan bir təhqiqat zamanı bəlli olmuşdu ki, insanlar zorla orqanlarını "bağışlamaq" üçün müəyyən yerlərə gətirilir və testlərdən keçirilirlər. Hindistan, Pakistan və İndoneziyada orqanlarını çox aşağı qiymətə satan insanlar var.

Qanuni yolla böyrək nəqli ölən insanlar və yaşayan donorlar vasitəsilə həyata keçirilir. Qeyri-qanuni yolla isə bu iş məhbuslar, əsirlər və pulla orqanlarını satanların sayəsində baş tutur.

Bətn kirayəsi

Yəqin ki, "surroqat ana" ifadəsi oxuculara tanışdır. Bu, kiməsə uşaq doğmaq üçün bir qadının bətninin "kirayə tutulmasıdır". Bu iş isə Hindistanda 20-30 min dollar başa gəlir. Bu ölkədə "kirəlik bətin" asanlıqla tapıla bilər.

Məsələn, Gujarat ştatında yerləşən Akankşa Hamiləlik Klinikası 23 min dollar ödəməklə sizin üçün asanlıqla "surroqat ana" xidmətini təklif edə bilər. Qərbdə isə bu işin qiyməti qat-qat bahadır. Xüsusən də, qadınların birdən çox embriyon (əkiz və ya üçüz) daşımalı olduğu zamanda qiymət qalxır.

Klinikalarda "qadın kirə tutmaq" işi həm qanuni, həm də qeyri-qanuni yolla baş tuta bilər.

Oynaq toxumaları və sümüklərin nəqli isə 5 min 465 dolara başa gəlir. Orqanların çoxu insan öləndə yararsız hala gəlsə də, sümüklər və oynaq toxumaları adətən basdırıldıqdan sonara da korlanmaz. Elə bu səbəbdən də, bəzi matəm xidmətləri vaxtaşırı

olaraq bu orqanların qaçaqçılığı işinə görə ittiham edilir. Belə hallar ABŞ-da müşahidə olunub.

2004-2005-ci illərdə Biomedikal Toxuma Şirkəti qeyri-qanuni yolla 244 cəsədi morqlardan götürərək onların üzərində "əməliyyat" aparıb. Hələ ki, orqan banklarında hansı toxumanın leqal və ya qeyri-leqal olduğunu müəəyyən etmək asan deyil. Qanuni yolla oynaq və sümük toxumalarının nəqli ölmək üzrə olan könüllü donorların sayəsində mümkündür. Əks təqdirdə morqlardan qaçaqçılıq edilir.

Bəs qədim Misirdəki kimi cəsədlərin mumyalanmasına, meyiddən heykəl düzəldilməsinə rast gəldinizmi?

Belə hallar mümkündür və "plastinasiya" adlanan bu prosesin qiyməti 45-77 min dolar arasında dəyişir. Cəsədlərin içindəki yağ və su polimerlərlə əvəzlənir, nəticədə insan "cəsədi plastik" heykəl olur.

Dəri nəqli isə hər 3 santimetr kvadrat hesabına 10 dollara başa gəlir. Adətən əməliyyatın qəyməti ona olan ehtiyacın səviyyəsi ilə, yəni xəstənin dərisinin durumu ilə ölçülür.

Hətta barmaqların ucundakı dərilər belə, başqasınınkı ilə dəyişdirilə bilər. Lakin gərəkdir ki, dəri yiyəsi həyatda olmasın. Bu sahədə də qaçaqçılıq əsasən morqlar vasitəsi ilə edilir. Qanuni yolla kimsə öz dərisini ölməzdən əvvəl hədiyyə kimi vəsiyyət edə bilər.

Yumurtalıq satılır…

Ən çox maraq doğuran orqan nəqli sahələrindən biri də yumurtalıq ticarətidir. Bir yumurtalığın nəqli 12 min 400 dollara başa gəlir. Bu ticarətə ABŞ və Kiprdə rast gəlinib.

Yumurtalığını satan qadınların çoxu isə Rusiya və Ukraynadan olan qadınlardır. Yumurtalıq nəqli ilə məşğul olan klinikalar ən çox Rusia, Ukrayna, İsrail, Rumıniya vən İspaniyada yerləşir.

Gələcək həkimlərə dərs oxumaq üçün kitabla yanaşı skelet də lazım olur. Əsl insan skeletinin qiyməti isə təxminəm 3-6 min dollar arasında dəyişir. Əvvəl Kəlküttə hər il 60 min skelet ixrac edirdi. 1985-ci ildə buna qadağa qoyulduqdan sonra isə, qaçaqçılıq vüsət almağa başladı.

Hazırda skelet biznesi bu cürdür: skeletlər Hindistanda qəbrlərdən çıxarılır, asid turşusunda yuyulur və Kanada işbazlaına göndərilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9389   Tarix: 05 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

TOP MP3