25 yaşlı "ARB Kəpəz" – VİDEO
"ARB Media Qrup"un tərkibinə daxil olan "ARB Kəpəz" televiziyasının fəaliyyətə başlamasından 25 il ötür.
1993-cü ilin yayında regionun "Kəpəz" adlı ilk güzgüsü Gəncədən göstərməyə başladı. O vədədən bu çağa nə az, nə çox 25 il keçib. Amma bu təkcə təqvimin günləri deyil. Əsrin ¼-i qədər yaşı olan "ARB Kəpəz" bir çox ilkləri geridə qoydu.
Regionların sosial, siyasi, iqtisadi, mədəni və idman sahələrində baş verən ən son xəbərləri daha dolğun və daha operativ şəkildə çatdırılmasında "ARB Kəpəz"in xidməti əvəzsiz oldu. Ölkəmizin ikinci böyük şəhəri Gəncəmizdən, geniş miqyasda isə Qərb bölgəsindən xəbər hazırlamağı vətənimiz qarşısında peşə borcumuz hesab etdik. "Gəncə adlı səlnamə" tarixi və silsilə verilişinin istehsalı ilə ilk dəfə olaraq, qədim Gəncənin 44 məhəlləsinin dünəni, bu günü, keçdiyi tarixi yolun videoensiklopediyası hazırlandı.
"ARB Kəpəz" Azərbaycanda avtomatlaşdırılmış teleyayıma keçməklə, daha bir ilkə imza atdı. Regionun ilk görünəni, "Kəpəz FM" radiosu ilə həm də ilk eşidiləni oldu... İlklərlə dalğalanmaqda yenə davam etdik. Televiziyanın ən təqdirəlayiq işlərindən biri də, bu sahədə ilk dəfə olaraq, "ASAN" xidmət könüllüləri ilə əməkdaşlıq oldu. Könüllü gənclərə "Master 1" və "Master 2" layihələri çərçivəsində televiziya dünyası ilə yaxından tanış olmaq, təcrübə keçmək və hətta işlə təmin olunmaq şansı verildi. Bu şansdan yararlananlar isə bu gün artıq əməkdaşlarımızdır.
Bir sözlə, "ARB Kəpəz" sadəcə televiziya olmadı, həm də bu sahənin məktəbinə çevrildi. Hələ də mövqe və hədəf dəyişilməyib. Daha çox göstərmək, daha çox öyrətmək və daha çox öyrənmək. Elə dəyişilməz mövqenin nəticəsidir ki, kiçik bir otaqdan yayıma başlayan televiziyanın bugünki şəraiti ölkənin ən yaxşılarındandır. "Zirvənin fəthi" devizi demək ki, düşərli oldu... Biz ilklərlə dolu 25 illik tarix yazdıq və qarşıdakı yazılacaq tarix də ilklərin məcmusu olacaq..
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 538 Tarix: 04 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HiPP uşaq qidası qalmaqalı: təhlükəli maddə iddiası narahatlıq yaratdı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son günlərdə HiPP markasına məxsus uşaq qidaları ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. İddialara görə, bəzi məhsulların tərkibində zərərli maddə - siçan zəhəri olduğu ehtimal edilir ki, bu da xüsusilə azyaşlıların sağlamlığı baxımından böyük risk kimi qiymətləndirilir. Hadis
12:07 238 "Ailəmi efirdə görə bilməzsiniz"
Türkiyəli müğənni Mahsun Kırmızıgül ailəsi ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, ifaçı son vaxtlar bir çox məşhurun ailəsi ilə gündəmdə olmasına eyham vurub:. "Siz heç ailəmi televiziyada görmüsünüz? Görə də bilməzsiniz. Mənim ailəm böyükdür. Amma içlərindən biri çıxıb mənim adımı bel
10:55 236 Aİ daxilində yeni gərginlik siqnalları - Bolqarıstan nəticələri
Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyasının növbədənkənar parlament seçkilərində öndə olduğu bildirilir. Məlumata görə, koalisiya səslərin 37,5-38,9 faizini toplayıb. Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) isə 15,4-16,2 fai
12:56 210 İran ABŞ-a xəbərdarlıq etdi: "Cavab verəcəyik"
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ı atəşkəsi pozmaqda ittiham edib və Oman körfəzində İran gəmisinin vurulmasına cavab verəcəyini açıqlayıb. xəbər verir ki, bəyanat Tasnim xəbər agentliyi tərəfindən yayılıb. Bəyanatda deyilir: "Xəbərdarlıq edirik ki, İran silahlı qüvvələri ABŞ-ın b
11:07 218 Azərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış - FOTO
Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması
12:16 246 İran parlamentinin sədri: "ABŞ bizdən güclüdür"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadə
19.04.2026 455 10 milyon dollarlıq azadlıq: məşhur iş adamı sərbəst buraxıldı
İş adamı və müxalif "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 10 milyon dollardan artıq girov qarşılığında azadlığa buraxılıb. xəbər verir ki, bu barədə TASS agentliyi siyasətçinin vəkilinə istinadən məlumat yayıb. Vəkilin sözlərinə görə, bu məbləğ Ermənistan tarixində görünməmi
11:44 302 Həyat yoldaşı burada olmadığı üçün hər yerə oğlu ilə gedir
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad paylaşımları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, bir çox toy məclisində anası ilə olub. Cahad məclislərdən görüntülər yayımlayaraq "Atan başqa şəhərdə işləyəndə, sən onun xanımı ilə vaxt keçirməli olursan. Deyəsən buna öyrəşməyə başlayıram"
11:41 309 Yüksələn problemli kreditlər iqtisadiyyatda narahatlıq yaradır
"Son dövrlərdə problemli kreditlərin sayının və həcminin artması iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Mövcud vəziyyətin əsas səbəbləri kimi kreditlərin düzgün planlaşdırılmaması və risklərin adekvat qiymətləndirilməməsi göstərilir". Bunu BİG.AZ-a açıqlamasında bank ekspert
14:08 179