Onixokriptoza daha çox ayağın baş barmağında rast gəlinir

Onixokriptoza daha çox ayağın baş barmağında rast gəlinirDırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Tibbdə bunu onixokriptoz adlandırırlar, - deyə Bakıdakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti Məlahət Osmanova bildirib.

BiG.AZ bildirir ki, o, AZƏRTAC-a bu barədə məlumat verərək deyib: "Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtlar həmin nahiyədə həssaslıq və yüngül qızartı müşahidə olunur, xüsusilə dar ayaqqabı geyinəndə və uzun müddət ayaq üstə duranda ağrılar müşahidə edilir. Proses dərinləşdikcə ətraf toxumalar iltihablaşır. Barmaq uclarında, xüsusilə dırnaq ətrafında sinir ucluqları olduqca çoxdur. Yaranan iltihabi proses zamanı zədələnən sinirlər xəstədə dözülməz ağrılara səbəb olur. Ətraf toxumalar qızarır, ödemləşir, dırnağın altından irin xaric olur. Dırnağı batan barmaq ümumilikdə göyümtül-qırmızı rəng alır, şişkinləşir, ölçüləri böyüyür. Proses dərinləşdikcə sakitlik zamanı da ağrılar müşahidə olunur. Dırnağın ətrafında iltihablaşmış yumşaq toxumalar böyüyür, davamlı qıcıqlanam nəticəsində yara əmələ gəlir. Əmələ gələn qranulyasion toxuma qırmızı ətəbənzər kütlə şəklində dırnaq kənarından çıxır və öz növbəsində dırnağa təzyiq edərək prosesi dərinləşdirir, hətta yüngül toxunma da xəstədə şiddətli ağrılara səbəb olur. Davamlı iltihabi proses nəticəsində dırnaq parlaqlığını itirir, kənarları qalınlaşır və təbəqə şəklində soyulur.

İltihabi prosesin uzun müddət davam etməsi şəkərli diabet və obliterasiyaedici endartriti olan xəstələrdə daha təhlükəlidir, çünki proses ayaq pəncəsinin fleqmona və qanqrenası ilə nəticələnə bilər. Ona görə də həmin xəstələr dırnaq kəsərkən və ayaqqabı seçərkən çox diqqətli və ehtiyatlı olmalıdırlar".

Həkim-terapevt dırnağı rahat kəsmək üçün bir sıra üsullar da məsləhət görüb. Onun dediyinə görə, isti suya 1 xörək qaşığı çay sodası əlavə olunaraq ayaqlar 20 dəqiqə vanna ediləndə dırnaq yumşalır, kəsmək və üzərində işləmək daha rahat olur. Yaxud əzvay yarpağı kəsilir, nazik təbəqə şəklində üst qabığı soyulur, xırdalanaraq əzilir və üzərinə azca isti su əlavə edilərək qarışdırılır. Alınan kütlə zədəli nahiyəyə qoyulur, üzəri strec sellofanla bağlanılaraq 1 gün saxlanılır.

Həkim başqa üsullar da təklif edib: "Əzvay yarpağı ortadan kəsilir, içəri tərəfi yaranın üzərində olmaqla zədə nahiyəsinə qoyulur, üstü bağlanılaraq bir gecə saxlanılır.

Soğandan istifadə etməklə də dırnaq batmasının qarşısını almaq olar. Soğan soyularaq ətçəkən maşından keçirilir, üzərinə 1 xörək qaşığı bal əlavə edilərək qarışdırılır. Zədə nahiyəsi sodalı su ilə təmizlənəndən sonra hazırlanan kütlə yaranın üzərinə qoyulur. Üzərinə rezin barmaqcıq keçirilərək 1 sutka saxlanılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1701   Tarix: 25 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957