Qız övladlarını hələ doğulmadan qətlə yetirmək və ya selektiv abortların qanunsuz tərəfləri

Qız övladlarını hələ doğulmadan qətlə yetirmək və ya selektiv abortların qanunsuz tərəfləri"Mən diqqət etmişəm ki, abortun tərəfdarı olanların hamısı artıq dünyaya gəlmiş insanlardır" belə yazmışdı amerikalı siyasətçi Ronald Reyqan.

Selektiv abort - qız uşaqlarının soyqırımı. Bu ifadə ağır səslənsə də, danılmaz bir faktdır. Çünki əksər ailələrin körpə sevinci onun cinsiyyətini öyrənənə qədər davam edir. Onlar ikinci yaxud üçüncü uşağın qız olacağını öyrəndikdə, aborta əl atırlar.

Azərbaycanda Avropa ölkələri ilə müqayisədə bu abort növü geniş yayılıb. Əksər azərbaycanlı ailələrdə qız arzuolunmaz övladdır. Bu tendensiya xalqımızın şüurunda lap əvvəldən kök salıb. Beyinlərdə "oğlun yoxdursa, kişi deyilsən", "qızın olsa da, oğlun yoxdursa, sonsuzsan" deyimləri qız uşaqlarının qətlinə səbəb olur. Ailədə istənilməyən qız övladı ana bətnində ikən ölümə məhkum edilir.

Bəzən analar "oğul övladına qovuşmaq" üçün ya öz istəkləri ilə, ya da məcburi şəkildə hələ doğulmamış körpəsinin qatilinə çevrilirlər.

Evdə yenidən körpənin qız olacağını öyrənən valideynlərlə yanaşı həttə qohumlar belə "yasa batır".

Beləliklə də analar növbəti qız uşağından xilas olmaq üçün abortu seçirlər.

Bəs qanun selektiv abortlar barədə nə deyir? Cinsi ayrı seçkiliyə görə abortun qarşısını necə almaq olar?

Hüquqşünas Anar Ramazanov abortun qanunvericilikdə qadağan olunmadığını bildirib:

"Selektiv abort, ümumiyyətlə növündən asılı olmayaraq heç bir abort tibbi əməl kimi qanunda qadağan olunmayıb. Lakin qanunvericilikdə ailə problemləri ilə bağlı olan dövlət proqramları var. Bu proqramlarda Səhiyyə Nazirliyinə və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə abortun gənc ailələrə, qadının sağlamlığına ziyanı ilə əlaqədar təbliğat işlərinin aparılması tapşırılıb. Burada abortla bağlı maarifləndirici fəaliyyətin həyata keçirilməsi əks olunub.

Qanuni tərəfinə görə abortu istisna edən sosial göstərişlər var. Adi qaydada olan abortda hamiləlik 12 həftəyə qədər müddətdə sonlandırılır. Lakin sosial göstərişlər olduqda hamiləliyin süni sürətdə pozulması 22 həftəyə qədər aparıla bilər. Hamiləliyin süni pozulmasına dair sosial göstərişlər Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli qərarı ilə müəyyən olunub. Bu siyahıda 12 hal öz əksini tapıb:

Qız övladlarını hələ doğulmadan qətlə yetirmək və ya selektiv abortların qanunsuz tərəfləriƏrin 1-ci və ya 2-ci qrup əlil olması
Hamiləlik dövründə ərin ölməsi
Valideynlik hüququndan məhrum edilmə
Qadının yaxud kişinin işsiz hesab edilməsi
Qadının yaxud ərinin azadlıqdan məhrum edilmə yerində olması
Nikahdan kənar hamiləlik
Hamiləlik dövründə nikahın pozulması
Hamiləliyin zorlanmaya məruz qalma nəticəsində baş verməsi
Çoxuşaqlılıq ( 5 və daha artıq uşaq olarsa)
Ailədə sağlamlıq imkanı məhdud uşağın olması
Qadının qaçqın və ya məcburi köçkün statusunun olması
Mənzilin olmaması, yataqxanada, şəxsi ev və kirayədə yaşama

Bu göstərişlərlə yanaşı hamiləlik müddətdən asılı olmayaraq tibbi zərurətə görə də pozula bilər. Buraya bətndə olan dölün ananın həyat və sağlamlığına mənfi təsir etmə halları aiddir.

Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı və peşakar həkimlər tərəfindən aparılmalıdır. Xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda abort qanunsuz hesab olunur və Cinayət Məcəlləsinin 141-ci maddəsi ilə məsuliyyətə cəlb edilir.

Qanunsuz abort iki halla müşahidə edilir. Birincisi, həkim tərəfindən tibb müəssisəsindən kənarda abort etmə. Bu halda təqsirkar şəxs 1000 manata qədər cərimə və 6 aya qədər islah işi ilə cəzalandırıla bilər. İkinci vəziyyət isə, abort ali tibbi təhsili olmayan şəxs tərəfindən həyata keçirildikdə qadağan olunur. Belə olduqda həmin şəxslər 1500 manata qədər cərimə, 480 saata qədər ictimai işlər və 1 ilə qədər müddətdə islah işləri ilə cəzalandırıla bilərlər. Əgər hər iki halda abort edilən qadının sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurularsa, bu zaman təqsirkar şəxslər 1 il müddətinə azadlıqdan məhrum edilirlər. Qanunsuz abort zərərçəkən qadının ölümünə səbəb olduqda isə onlar 5 ilədək azadlıqdan məhrum edilmə cəzası ala bilərlər".

Cərrah mama-ginekoloq Ləman Əliyeva əvvəlki illərə nisbətən indiki zamanda selektiv aborta müraciət edənlərin azaldığını deyib:

"Biz cinsiyyətə görə aborta qarşıyıq deyə bizə bununla bağlı müraciət edən çox azdır. Lakin bəzən abortu istisna edən hallar var ki, hamiləliyi məcbur dayandırmaq lazım gəlir. Bu, dölün inkişafdan qalması, demofoma, ananın orqanizmində aşkarlanan hər hansı bir xəstəliklər və digər simptomlarla səciyyələnir. Bütün bunlar həm ananın, həm dölün həyatı üçün təhlükəli olduğuna görə, hamiləliyin dayandırılması zəruridir.

Lakin cinsiyyətə görə aborta gəldikdə biz bu proseduru həyata keçirmirik. Bu işin məsuliyyətini anlayan həkim selektiv abortdan boyun qaçırır. Bu halda xanımlar hamiləliklərini ya süni şəkildə (uşaqsalma) xüsusi dərman preparatları ilə sonlandırır, ya da qanunsuz yolla abort edənlərə müraciət edirlər.

Abortun qadın orqanizminə bir çox ziyanlı tərəfləri var. Abort qadın orqanizmi üçün təhlükəli olan bir sira infeksion xəstəliklərə yola aça bilər. Əvvəllər abort zamanı döl tibbi alətlərlə qaşınaraq götürüldüyünə görə qadının uşaqlıq yolunun ginekoloji və sonsuzluğa gətirib çıxaracaq xəstəliklərə yoluxma ehtimalı çox idi. Lakin müasir dövrdə texnologiyanın, tibbin inkişafı nəticəsində bu problem müəyyən qədər həll olunub".

Selektiv abortlar oğlan və qızların say balansının pozulmasına gətirib çıxarır

"ELS" Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova selektiv abortların qarşısını almağın yolunu cəmiyyəti və qadınları maarifləndirməkdə görür:

"Təəssüflər olsun ki, ölkəmizdə uşağın cinsiyyətinə görə abortlar geniş vüsət alıb. Bu, ölkəmiz üçün ciddi problemdir. Uşağın cinsiyyətinə görə onlarla ailə aborta müraciət edir və hələ doğulmamış körpələrinin qatili olur.

Ümumiyyətlə abort adi əməliyyat yox, bir həyatın məhv edilməsi, qətldir. Ən dəhşətlisi də odur ki, bu qətlin kökündə ayrıseçkilik dayanır. Hamiləliyin dayandırılmasının müxtəlif ciddi səbəbləri ola bilər, ancaq bətnindəki uşaq qızdı deyə onu öldürmək insanlığa sığmır. Kim bilir, istəmədiyin o qız övladı gələcəkdə sənin taleyinə necə təsir edəcək?!

Bu, çox vaxt ailədəki təpkidən də irəli gəlir. Belə ki, qayınana evdə növbəti qız övladını istəmir və gəlinini aborta yönləndirir.

Qız övladlarını hələ doğulmadan qətlə yetirmək və ya selektiv abortların qanunsuz tərəfləri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1018   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Böyük Britaniya Rusiya sualtı qayıqlarını öz sularına yaxınlaşdırmamaq üçün ordu göndərib

Müdafiə naziri Con Healey bildirib ki, Britaniya bu ilin əvvəlində Britaniya sularında təxminən bir ay qalan Rusiya sualtı qayıqlarının kabel və boru kəmərlərinə hücum etməsinin qarşısını almaq üçün silahlı qüvvələrini yerləşdirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Healey, Britaniya qüvvələrini

09.04.2026 305
.

"Yeni Klinika"da xəstə ölümünə görə - Həkimə hökm oxundu

"Yeni Klinika"da əməliyyat zamanı xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərar

09.04.2026 483
.

Hizbullah terror təşkilatı atəşkəsi pozduğunu əsas gətirərək İsrailin şimalına raket atıb

Livanın Hizbullah hərəkatı cümə axşamı səhər ABŞ-ın İranla iki həftəlik atəşkəs razılaşması əldə etməsindən bəri ilk hücumunu Şimali İsrailə raket atdığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Hizbullah terror təşkilatı verdiyi açıqlamada hücumun İsrailin atəşkəs rejimini pozmasın

09.04.2026 275
.

Yanğında vəfat edən Könülün qızının vəziyyəti ağırdır

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır. Axşam.az xəbər verir ki, bu haqda mərhum Könülün anası video paylaşım edib. O bildirib ki, nəvəsi 5 aydır sağalmır və Türkiyəyə müalicəyə göndərilib: . "Qızı

09.04.2026 561
.

Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Yeni Sabah"a bildirib. Onun sözlərinə görə, uşaqlar nəzarət altınd

09.04.2026 463
.

NATO baş katibi ilə bağlı tənqid səsləndirildi

NATO-nun baş katibi Mark Rutte alyansı müdafiə etməkdə çətinlik çəkir. xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, həmçinin Rusiya Prezidenti Vladimir Putinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial media platformasında paylaşı

09.04.2026 254
.

İstanbula uçan təyyarəni ildırım vurdu

Aprelin 9-da günorta saatlarında Varşava Şopen hava limanından qalxan təyyarəni Pruşkov yaxınlığında ildırım vurub. xarici mediaya istinadən bildirir ki, Varşavadan İstanbula uçan LOT hava şirkətinə məxsus təyyarəni ildırım vurması havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Pilotlar təyyarən

09.04.2026 328
.

Macarıstan NATO-dan çıxır?

Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib. xəbər verir ki, bu barədə baş nazirin dəftərxanasının rəhbəri Gergey Quyaş məlumat yayıb. O qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 7-8 apre

09.04.2026 176
.

"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO

Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkət

09.04.2026 323
.

TOP MP3