Bakıda yol qəzalarından dəhşətli görüntülər (VİDEO)
Ötən il Bakıda qeydə alınan 1102 yol qəzası zamanı 334 nəfər ölüb, 1108 nəfər xəsarət alıb "Mərkəz"in məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qeydə alınan qəzaların 575-i (52 faizi) avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmin qəzalarda 207 nəfər ölüb, 485 nəfər xəsarət alıb. Qeydə alınan ümumi hadisələrin 144-ü (51 ölüm, 205 xəsarət) ötmə, manevr qaydalarını pozma səbəbindən baş verib. Videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb. Videokameraların lentə aldığı görüntülərdə taksi sürücülərinin avtoxuliqanlıq etdiyi müəyyənləşib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş



