Məhərrəm ayı başlayır

Məhərrəm ayı başlayırMəhərrəm ayı Miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək.

Axşam.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin müraciətində bildirilib.

"Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, qazılar və imamlar AR "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir.

Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan din xadimləri tərəfindən məscidlərdə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən moizələr və xütbələr oxunmalıdır. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər", - məlumatda qeyd edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 535   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

19:00 160
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 165
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 230
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 131
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 287
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 251
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

22:00 0
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 229
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 183
.