2011-də doğulan qız və oğlan uşaqlarına ən çox hansı adlar verilib? (Siyahı)

2011-də doğulan qız və oğlan uşaqlarına ən çox hansı adlar verilib? (Siyahı)Azərbaycanda ad seçimi üçün imkanların geniş olmasına baxmayaraq, ölkədə yeni doğulan uşaqların çoxuna demək olar ki, hər il eyni adlar qoyulur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2008-ci ildə doğulan uşaqlara ən çox verilən oğlan adları Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız adları isə Fatimə, Nərmin, Fidan, Zəhra və Nuray olub.

2009-cu ildə dünyaya gəlmiş qız uşaqlarına ən çox Fatimə, Pərvanə, Aysel, Aytac, oğlanlara Əli, Hüseyn, Məhəmməd və Fərid adları qoyulub.

Əvvəlki ildə olduğu kimi, 2010-cu ildə də doğulan oğlanlara ən çox Əli, Məhəmməd, Hüseyn, Murad və Nihad, qızlara isə Zəhra, Fatimə, Nuray, Fidan və Nərmin adları verilib.

DSK-nın açıqladığı son məlumata əsasən, 2011-də doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə ən çox qoyulan oğlan adı Yusif, qız adı isə Nuray olub. İl ərzində 1418 yeni doğulan oğlana Yusif, 1201 qıza Nuray adı verilib. Oğlan adlarından Əli (896), Hüseyn (868), Məhəmməd (610), qız adlarından Zəhra (1059), Fatimə (869) və Ayan (544) adları da üstünlük təşkil edib.

Ötən il doğulan oğlan uşaqları arasında ən populyar ad olan Yusif adı 2008-ci ildə 834, 2009-cu ildə 1417, 2010-cu ildə 2681 körpəyə qoyulub. Deməli, hazırda 3 yaşadək 6350 oğlan uşağı Yusif adını daşıyır. Qız adlarından populyar olan Nuray adı isə son 5 ildə 7890 qız uşağına verilib.

Statistik rəqəmlərdən belə nəticə çıxarmaq olar ki, yola saldığımız bir neçə il ərzində yeni doğulan qızlara qoyulan adlar arasında Fatimə, Zəhra, Nuray adları üstünlük təşkil edib. Oğlan uşaqlarına isə daha çox Əli, Məhəmməd, Hüseyn, Yusif adları qoyulub. İllər üzrə fərq yalnız bu adlarının siyahıdakı yerinin bir və ya iki pillə dəyişməsi ilə bağlı olub.

Statistik rəqəmlər qalan populyar adlar üzrə də vəziyyətin çox fərqli olmadığını göstərir. Bütün bunlar isə belə düşünməyə əsas verir ki, yaxın illərdə məktəbə gedən uşaqların əksəriyyəti Yusif, Əli, Hüseyn, Nuray, Fatimə, Zəhralardan ibarət olacaq.

Bunu biabırçı vəziyyət sayan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend-ə müsahibəsində bildirib ki, Əli, Məhəmməd, Həsən kimi adlar kütləvi olmasa da, əvvəllər də qoyulub. Amma sadəcə həmin vaxtlar əhalinin sayı az olduğu üçün bu adlar qoyulanda müəyyən qədər orijinal olurdu. Amma indi bu adların qoyulması fərqləndirici hal yaratmır.

Bu adların hazırda çox geniş yayıldığını deyən millət vəkili artıq eyni adların çox sayda uşaqlara qoyulmasının qarşısının alınması üçün dövlətin müdaxiləsini də lazımlı sayıb.

Bu müdaxilənin hansı formada ola biləcəyinə gəldikdə, Cəfərov qeyd edib ki, adlarla, o cümlədən orijinal adlarla bağlı yeni lüğətlər çap edib yaymaq, televiziya və radiolarda ictimai müzakirələr aparmaq olar. Bununla yanaşı, adqoymada olan bəzi məhdudiyyətləri aradan qaldırmaqla da bu məsələyə müdaxilə etmək mümkündür.

"Bəzən kimsə uşağına bizim mənşəyimiz, mədəniyyətimizlə bağlı müəyyən qeyri-adi, orijinal ad qoymaq istəyəndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələri (VVAQ) buna mane olurlar. Bu məhdudiyyəti aradan götürmək olar", - komitə sədri deyib.

Onun sözlərinə görə, adqoyma ilə bağlı yaranmış bu vəziyyəti texniki şəkildə aradan qaldırmaq mümkün deyil. Bu məsələni həll etmək üçün müraciət edənlərə VVAQ-lar tərəfindən populyar adların qoyulması ilə bağlı qadağanın tətbiq edilməsi də yolverilməzdir.

Millət vəkili hesab edir ki, VVAQ-lar valideynlər üçün belə qadağa qoya bilməz. Populyar adların yeni doğulan uşaqlara çox qoyulmasının qarşısını almaq üçün qanunvericilik çərçivəsində qadağanın qoyulması da düzgün olmaz.

Uşaqlara populyar adların qoyulmasında müəyyən qədər VVAQ şöbələrinin rəhbərlərini də günahlandıran Cəfərovun sözlərinə görə, həmin şəxslər valideynləri adlarla bağlı məlumatlandırmalıdırlar.

Millət vəkili hesab edir ki, artıq cavan valideynlərdə adqoyma ilə bağlı fərqlənmə meyilləri var.

"Hər halda mən düşünürəm ki, artıq cəmiyyətin özündə bu məsələyə fərqli yanaşma olmalıdır. Uşağa ad qoymaq şəxsi məsələ olsa da, bu uşağın həm də cəmiyyətin övladı olması nəzərə alınmalıdır. Valideyn övladının adının gözəl, fərqli olması üçün çalışmalıdır. Ad qoymaq üçün valideynlərdən xüsusi peşəkar qabiliyyət tələb olunmur", - Cəfərov qeyd edib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 19491   Tarix: 20 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyalı həkim astmanın gizli simptomlarını sadaladı

Kəskin respirator virus infeksiyasından sonra uzunmüddətli öskürək, soyuq havada fitəbənzər nəfəsalma, gecə öskürək tutmaları və sinədə sıxılma hissi bronxial astmanın əlaməti ola bilər. xəbər verir ki, bu barədə " "ya tibb elmləri namizədi Dmitri Bulanov danışıb. "Bu vəziyyət tez-te

10.05.2026 354
.

Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?

Təmizlik tez-tez nəzərdən qaçırılan bir məsələdir, lakin yuxu keyfiyyəti və ümumi gigiyena üçün çox vacibdir. Gün ərzində dərimiz daim tər, toz və ətraf mühit amillərinə məruz qalır və bu, yataq dəstlərimizdə də əks olunur. Buna görə də, yataq dəstlərinin müntəzəm olaraq dəyişdirilməsi təkcə təmizli

10.05.2026 208
.

Niyə toyuqlar öz yumurtalarını yeyirlər: bu pis vərdişdən necə əbədi qurtulmaq olar?

Toyuqlar bəzən öz yumurtalarını dimdikləməyə və yeməyə başlayırlar və bu, demək olar ki, həmişə quşların idarə olunmasında bir problem olduğunun əlamətidir. BİG.AZ xəbər verir ki, səbəblər sadə qida çatışmazlığından tutmuş stressə, yuvada həddindən artıq sıxlığa və ya pis qulluqa qədər müxtəlif ola bilər

04.05.2026 478
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

05.05.2026 284
.

Kleopatra həqiqətən ilan səbəbindən ölüb?

Tarixin ən çox müzakirə olunan qadın fiqurlarından biri olan Kleopatra Miladdan əvvəl 30-cu ildə vəfat edərkən arxasında minilliklər boyu davam edən bir sirr buraxıb. Roma İmperiyasının yüksəlişi qarşısında dayanmaqda çətinlik çəkən və Aktium döyüşündəki məğlubiyyətdən sonra çətin vəziyyətə düşən kraliçanı

06.05.2026 398
.

İnsan ruhunun çəkisi həqiqətən 21 qramdırmı?

1901-ci ildə ABŞ-nin Massaçusets ştatının Haverhill şəhərində yaşayan həkim Dr. Dunkan MacDougall insan ruhunun ölçülə bilən bir kütləyə sahib olduğuna inanırdı. O, ruhun bədəni tərk etdiyi anı dəqiq müəyyən edib çəkisini ölçə biləcəyinə əmin idi və bu məqsədlə bir sıra qeyri-adi təcrübələr aparmağ

04.05.2026 405
.

Dəfndə müzakirə yaradan GÖRÜNTÜ - FOTO

Dəfn mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, hadisə zamanı mərhumun torpağa tapşırılması üçün qəbiristanlığa toplaşan insanlar gözlənilməz anlarla üzləşiblər. Belə ki, qəfil şəkildə əraziyə vəhşi heyvanın daxil olub. Bu vəziyyət iştirakçıla

03.05.2026 627
.

Hər evdə metrlərlə var: Gizli dinləmə edə bildiyi məlum oldu

İnternet sürətimizi artıran və evlərimizdə metrlərlə uzanan fiber-optik kabellərin əslində həssas bir mikrofona çevrilə bildiyi sübut edilib. Honq-Konq Politexnik Universiteti və Honq-Konq Çin Universitetinin tədqiqatçıları tərəfindən aparılan və "NDSS Symposium 2026"da təqdim olunan araşdırm

09.05.2026 264
.

Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı

Hindistanın Mumbay şəhərində xəstəxananın təcili yardım şöbəsində qeydə alınan görüntülər böyük təəccüb doğurub. qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı Rohit Naqnath Pavar başına dəhrə sancılmış vəziyyətdə huşunu itirmədən telefonundan istifadə edərkən görüntülənib. Bildirilir ki, hadisə şəhəri

09.05.2026 286
.

TOP MP3