Erməni "lotu" maştağalı "qanuni oğru" ilə həbsxanada dalaşdı - TƏFƏRRÜAT

Erməni "lotu" maştağalı "qanuni oğru" ilə həbsxanada dalaşdı - TƏFƏRRÜAT"Sergey Bentli" "Motrosskaya Tişina"nın bir-birinə qatıb; "Taleh Noqilski"nin kamerasına girərək isə...

Erməni əsilli "qanuni oğru", kriminal aləmdə "Sergey Bentli" kimi tanınan Sergey Asatryanın Moskvadakı "Motrosskaya Tişina" təcridxanasından Vladimirdəki təcridxanaya köçürülməsinin təfərrüatları üzə çıxıb. Rusiya mətbuatı yazır ki, buna səbəb erməni "qanuni oğru"nun azərbaycanlı "qanuni oğru", əslən Bakının Maştağa kəndindən olan Taleh Dağlıyevlə ("Taleh Noqinski") münasibətlərini aydınlaşdırmaq istəyi olub. Bildirilir ki, "Motrosskaya Tişina"nın rəhbərliyi hadisənin ört-basdır edilməsinə çalışıb və yalnız indi məsələnin əsl məğzi məlum olub.

Bildirilir ki, Sergey Asatryan kriminal aləmdə ciddi qayda-qanun yaratmaq, müxtəlif yollarla "oğru" adı alan və polisin əlinə düşən kimi "vor zakon" adından imtina edən şəxsləri meydandan "təmizləmək" niyyətini ortaya qoyub. Onun atası Eduard Asatryan da "qanuni oğru" aləmində tanınan adamlardandır. Əvvəllər Asan Usoyanla ("Ded Xasan) yaxşı münasibətləri olan Eduard sonradan onun düşməninə çevrilib. Bu səbəbdən də uzun müddət Rusiyadan kənarda yaşayıb. "Ded Xasan"ın öldürülməsindən sonra Rusiyaya qayıdıb və bir müddət sonra narkotik ittihamı ilə saxlanılıb.

Asatryanın oğlu Sergey də Rusiyanın kriminal dairələrində çox məşhurdur. Əməliyyatçılar onu Rusiyanın yeni kriminal nəslinin "qızıl gəncliyi" hesab edirlər. O, azadlıqda olarkən həmişə ən son moda ilə geyinib, bahalı avtomobillərdən ibarət avtoparkı da olduğu deyilir. Amma özü daha çox "Bentli"yə üstünlük verib və bu səbəbdən də ləqəblərindən biri "Seryoja Bentli"dir. 2014-cü ildə o, Dağıstandan olan kriminallarla yaranan münaqişə nəticəsində döyülərək ağır bədən xəsarətləri almışdı.

"Sergey Bentli" hazırda 1,2 milyon dollarlıq soyğunda ittiham edilir. İttihama görə, o və dayısı Karen Mxitaryan adlı ermənini ölümlə təhdid edib. O, dayısı ilə mübahisəsi olan Mxitaryandan 1,2 milyon dollar ödəməyi tələb edib. Hətta biznesmeni və ailəsini ölümlə təhdid edib. Onun tapşırığı ilə biznesmenin bağ evi yandırılıb. Mxitaryan pulu verəcəyini bildirib və görüş təyin edib. Görüş zamanı polis hər iki şəxsi yaxalayıb. Məhkəmənin hökmü ilə ona 9 il, dayısına isə 8 müddətinə həbs cəzası verilib.

Qayıdaq Sergey Asatryanla azərbaycanlı "qanuni oğru" arasında konfliktə. Bildirilir ki, "Taleh Noqilski"nin və digər kriminal avtoritet Şalva Xonskinin təcridxanada sərbəst gəzmələri, kimlərləsə görüşmələri erməninin xoşuna gəlməyib. O, təcridxana administrasiyasından ona da eyni şəraitin yaradılmasını tələb edib. "Əks təqdirdə, qiyam edəcəm" deyə, balaca Asetryan rəhbərliyi hədələyib. Təcridxana rəhbərliyi bu hədəni ciddi qəbul edib və ona da eyni şərait yaradılıb. Bildirilir ki, bundan sonra daha da "bərk gedən" erməni kriminal rejim qaydalarını pozduğuna görə cərimə kamerasına salınanların "qayğısına qalmağa" başlayıb. O iddia edib ki, "Taleh Noqilski" azərbaycanlı yerlilərinin gətirdiyi sovqatla yaxşı yaşadığı halda bəzi arestantlar çay belə tapıb içə bilmirlər. Bu səbəbdən də o, "qanuni oğru"ların saxlandığı kameraya üz tutub.

O, "Taleh Noqilski"nin kamerasının qarşısına gələrək onu çölə çağırıb. Azərbaycanlı "qanuni oğru" çölə çıxmağa hazır olduğunu, amma qapının bağlı olduğunu söyləyib. Bundan sonra yaxınlıqda olan həbsxana nəzarətçisi qapını açıb və Asetryan içəri gəlib. Bildirilir ki, sözləri çəpləşən "qanuni oğru"ların davasına həbsxana rəhbərliyi mane olub. Asetryanın bu özbaşınalığı "Motrosskaya Tişina" rəhbərliyinin səbrini daşırıb. Bu səbəbdən də onu "Vladminirski çentral" kimi tanınan təcridxanaya köçürüblər.

Rusiya mediası yazır ki, bu, ilk belə hadisədir ki, "qanuni oğru" barədə məhkəmə hökmü qüvvəyə minməmiş onu Moskvadan uzaq vilayətin təcridxanasına aparırlar. İndi "Sergey Bentli" apelyasiya məhkəməsinə yalnız video vasitəsilə qatıla biləcək.

"Qanuni oğru" Taleh Qəribxan oğlu Dağlıyev 1983-cü ildə Azərbaycanda anadan olub. 30 yaşı olarkən Türkiyədə keçirilən "sxodka"da "qanuni oğru" adını alıb. 2015-ci ilin aprelində Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Hazırda istintaq altındadır.

mənbə: anaxeber


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2675   Tarix: 17 may 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya 1000, Ukrayna isə 41 cəsəd verdi

Rusiya Ukraynaya 100 əsgərin cəsədini, Ukrayna tərəfi isə 41 rus hərbçisinin cəsədini təhvil verib. xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev deyib

09.04.2026 509
.

Tükənən müharibələr dövrü: Azərbaycan nümunəsi fərqlənir

"Azərbaycanın iki qonşusu hazırda ciddi münaqişə içindədir. Həm şimalda, həm də cənubda aktiv hərbi gərginliklər müşahidə olunur". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, İran və ABŞ-İsrail xətti üzrə qarşıdurma artıq uzun müddətdir davam edir. Atəşkə

13:26 174
.

Rayonlara yağış və qar yağır

Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 9-u saat 16:00 olan məlumatında qeyd edilib. Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağd

09.04.2026 437
.

Azərbaycanda 40 saatlıq iş norması sadəcə kağız üzərində qalır - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda əmək qanunvericiliyinə əsasən həftəlik 40 saatlıq iş norması müəyyən edilsə də, reallıqda bu norma işləmir. İşçilər gündə 10-12 saat, həftə ərzində isə 60-70 saat çalışır və bu artıq ənənə halını alıb. Əmək müqaviləsində nəzərdə tutulmayan əlavə işlərin işçilərə gördürülməsi də geniş yayılı

14:55 146
.

İran nümayəndə heyətinin ABŞ ilə danışıqlardan əvvəl İslamabada gələcəyi bildirilir

"Wall Street Journal" qəzetinin verdiyi məlumata görə, İran nümayəndə heyəti sabah başlayacaq atəşkəs danışıqlarından əvvəl İslamabada gəlib. Məlumata görə, nümayəndə heyətinə İranın xarici işlər naziri Abbas Araqçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir. BİG.AZ The Tiime

11:16 210
.

İran İsrailə xəbərdarlıq etdi: "Cavabsız qalmayacaq"

İran İsrailin Livana hücumlarını atəşkəs razılaşmasının kobud şəkildə pozulması kimi qiymətləndirir və bunu cavabsız qoymayacağını bildirir. xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkyan sosial media hesabında açıqlama verib. "Sionist rejimin Livana qarşı təcavüzü ilkin atəşkəs razılaşmasını

11:38 219
.

İllərdir kibrit yeyən qızın diaqnozu şoka saldı

İllərdir kibrit yeyən 29 yaşlı qadın ağır dəmir çatışmazlığından əziyyət çəkir. BİG.AZ xəbər verir ki, ailə həkimi Tatyana Zaxarovanın sözlərinə görə, qidalanma pozğunluqları qidalı maddələr çatışmazlığının əsas səbəbi hesab olunur. "Bədən hüceyrələrə oksigen çatdırmaqda çətinlik çəkdikcə yorğunlu

09.04.2026 639
.

"İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir..."

"İmtahan suallarının real həyatla uyğunluğunun artırılması olduqca vacib məqamdır". "Qafqazinfo" "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-prakti

12:14 231
.

15 yaşlı qızı qaçıran 2 uşaq atası HƏBS OLUNDU

Cəlilabadda 15 yaşlı qızla cinsi əlaqədə olan kişi məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisələr Uzuntəpə kəndi və Göytəpə şəhərində qeydə alınıb. 1995-ci il təvəllüdlü Samir Baxışov (ad və soyad şərtidir) qeyd olunan ünvanlarda iki dəfə təbii, bir dəfə isə qeyri-təbii yolla 2010-cu il təvəllüdl

09.04.2026 702
.

TOP MP3