Şəxsiyyət vəsiqəsi neçə günə verilməlidir?

Şəxsiyyət vəsiqəsi neçə günə verilməlidir?Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsilə ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət şöbəsinə müraciət edən Bakı sakini Aytən Həmidovaya bildirilib ki, yeni şəxsiyyət vəsiqəsini yalnız 1 ay sonra ala biləcək. Aytən ona şəxsiyyət vəsiqəsinin təcili lazım olduğunu və yeni qanuna görə bunun 3 gün müddətinə verilməli olduğunu desə də, bildirilib ki, belə bir qanun hələ ki, qəbul edilməyib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınmasına görə dövlət rüsumu artırıldı. Belə ki, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə görə, şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə, 10 manat rüsum ödənilir. 1 həftə ərzində almaq istəyənlər 1 manat ödəməlidirlər. Qanuna edilmiş digər dəyişiklliyə əsasən, 16 yaşına çatmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilərkən, dövlət rüsumundan azad olunurlar.

Bundan əvvəl qüvvədə olan qanuna görə isə, şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə 5, üç iş günündən sonrakı müddətdə verildikdə isə 1 manat dövlət rüsumu alınmalı idi.

Binəqədi rayon sakini Qənirə Məmmədova da bu qanunun qəbul olunmasından bir qədər əvvəl, avqust ayında yaşa görə şəxsiyyət vəsiqəsi dəyişən zaman böyük çətinliklə üzləşib. O, bankların birindən kredit götürmək istəyərkən, məlum olub ki, onun şəxsiyyət vəsiqəsinin vaxtı ötüb, ya yeni şəxsiyyət vəsiqəsi, yaxud da, müvəqqəti şəxsiyyət vəsiqəsi almalıdır. Beləliklə, tələb olunan sənədlərlə birlikdə Binəqədi Rayon Polsi İdarəsinin Qeydiyyat və şəxsiyyət şöbəsinə gedir və sənədləri verir. Ona da, eynilə, sənədi yalnız 1 aydan sonra ala biləcəyini bildirirlər. Bunun səbəbini də, müraciətlərin çoxluğu ilə izah edirlər. Müvəqqəti vəsiqəni isə yalnız 1 həftədən sonra ala biləcəyini deyirlər. Uzun mübahisədən sonra Qənirə xanım, şöbə işçilərinə sübut edə bilir ki, müvəqqəti vəsiqə bir gün içərisində verilməlidir və uzun həngamədən sonra müvəqqəti vəsiqəni həmin gün, şəxsiyyət vəsiqəsini isə 1 həftədən sonra alır.

Məsələni araşdırmaq üçün bir vətəndaş kimi rayon qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinə zəng edərək, şəxsiyyət vəsiqəsinin neçə günə dəyişdirilmısi ilə maraqlandıq.

Binəqədi RPİ-in qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin polis polkovnik-leytenantı Fazil Süleymanov ANS PRESS-ə açıqlamasında fərqli fikirlər söylədi. "10 iş günü müddətində vətəndaş şəxsiyyət vəsiqəsilə təmin edilməlidir. Dövlət rüsumlarına gəlincə, şəxsiyyət vəsiqəsini dəyişmək üçün 1, qeydiyyata düşmək üçün 2 manat lazımdır".

Şəxsiyyət vəsiqəsi verilərkən, vətəndaşların incidilməsi məsələsinə isə Fazil Süleymanov belə açıqlama verdi: "Vətəndaş ilk növbədə öz hüququnu qorumalıdır. Polisdən polisə də şikayət edə bilər. Bəzən vətəndaşlar öz hüquqlarını bilmirlər. Bu üzdən problemlər yaranır".

Xətai Rayon Polsi İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindən isə bildirdilər ki, vətəndaş şəxsiyyət vəsiqəsini 1 aydan 21 günə qədər ala bilər. Bunun üçün 3 manat pul ödənməlidir. 10 gün müddətində almaq istəyənlər isə 5 manat pul ödəməlidir.

Suraxanı Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindən isə ümumiyyətlə bu barədə məlumat verilmədi.

Müşahidələrimizdən onu da deyə bilərik ki, şöbələrdə şəxsiyyət vəsiqəsi üçün lazım olan sənədlərin siyahısı yazılıb vurulsa da, nə dövlət rüsumu, nə də, şəxsiyyət vəsiqələrinin verilmə qaydaları barədə məlumat yox idi.

Millət vəkili Azay Quliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, doğrudan da, şəxsiyyət vəsiqəsinin verilməsi sahəsində böyük problemlər hökm sürür. Elə bu səbəbdən də, bu məsələ dəfələrlə parlamentdə müzakirə mövzusu olub. Millət vəkili bir daha qaydalara edilən dəyişiklikləri açıqladı:

"Yeni dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsini 1-3 gün ərzində almaq istəyənlər 10 manat dövlət rüsumu ödəməlidirlər. 3 gündən sonra 1 həftə ərzində almaq istəyənlər 1 manat ödəməlidirlər. Müvəqqəti vəsiqə almaq istəyən şəxslər isə sənədlərini təqdim edən kimi 2 saat ərzində vəsiqəni almalıdırlar".

Dəyişiklərdən biri də, şəxsiyyət vəsiqəsi almaq üçün sənədlərin elektron şəkildə göndərilməsi olacaq. Yəni vətəndaş bütün məlumatları elektron şəkildə mərkəzə göndərir. Orada məlumatlar yoxlanılır və sonra qeydiyyata salınır. Sonra vətəndaşın elektron ünvanına məktub göndərilir və o, məktuba əsasən vətəndaş qeyd olunan tarixdə vəsiqəsini ala bilər. Bu da uzun növbələrin aradan qaldırılması, vətəndaşların şəxsiyyət vəsiqələrinin almasının sadələşdirilməsi məqsədini daşıyır. Millət vəkili bildirir ki, hazırda bu istiqamətdə Daxili İşlər Nazirliyi tərəfindən hazırlıq işlərinə başlanılmalıdır və bütün Qeydiyyat və şəxsiyyət şöbələri təlimatlandırılmalıdır.

Hələliksə, ümid qalır özümüzə. Hüquqlarımızı bilək ki, pozulmasına imkan verməyək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10496   Tarix: 11 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Müəllimin problemi endirim kartıdırmı?

"Müəllimlərin və təhsil işçilərinin sosial rifahını yaxşılaşdırmaq məqsədilə təqdim olunan "Təhsil+" loyallıq kartları ictimai müzakirələrə səbəb olub. Kartlar müəllimlərə supermarketlərdən apteklərə, klinikalardan geyim mağazalarına qədər müxtəlif sahələrdə endirimlər vəd edir. İlk baxışd

15:56 131
.

1-ci Sinfə Qəbulda Sərt Tələblər Narazılıq Yaradır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda 1-ci sinfə qəbul zamanı 5-6 yaşlı uşaqlardan imla yazılması və sürətli oxu bacarığının tələb olunması ciddi suallar doğurur. Hələ oyun və sosial adaptasiya dövründə olan uşaqların erkən yaşda imtahan mühitinə salınması bir çoxları tərəfindən doğru hesab edilmir. Xüsusilə məktəbə yeni qədə

10:41 232
.

Hərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. "Qafqazinfo" xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə baş verən il

00:39 451
.

Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. BİG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçula

11.05.2026 401
.

Paşinyandan Zelenskinin çıxışı ilə bağlı açıqlama

Ermənistanın Baş naziri Nikol Pashinyan Ukrayna Prezidenti Zelenskinin Avropa Siyasi Birliyi sammitində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirməməsinin səbəbini açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Paşinyan hər açıqlamaya reaksiya verməyə məcbur olmadığını deyib. Ba

10:54 167
.

"Yeşilçam"ın "Sezercik"i indi necə görünür? - Son halı insanları təəccübləndirdi

"Yeşilçam" kinematoqrafiyasının yaddaşlara qazınan uşaq qəhrəmanı, "Sezercik" obrazı ilə milyonların sevgisini qazanan Sezer İnanoğlu uzun müddət sonra görülüb. Türkiyə mediasına istinadla xəbər verir ki, türk kinosunda bir dövrə damğa vuran keçmiş ulduzun son görüntüləri sosial mediad

19:00 1
.

Tramp və Çin lideri Si Cinpin İran, nüvə, ticarət və süni intellekt sahələrini əhatə edən danışıqlara hazırlaşırlar

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin İran, Tayvan, süni intellekt və nüvə silahlarını müzakirə edəcəklər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri Trampın bu həftə Çinə iki günlük səfərini əvvəlcədən nəzərdən keçirdiklərini bildiriblər. Dünyanın ən böyük iki iqtisadiyyatını

12:17 168
.

"Kimsə mənə səhv edəndə xoşbəxt oluram"

Müğənni Rüfət Axundov açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" verilişində ona səhv edən olanda özünü xoşbəxt hiss etdiyini deyib:. "Sevinirəm ki, kimsə mənə qarşı səhv etsin. O dəqiqə bağışlayım və özümə xal toplayım. O qədər sevinirəm, xoşbət olura

17:41 65
.

Professor Yaşar İbadov: Ulu Öndər Heydər Əliyev irsinə sədaqətin və elmin vəhdəti

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dövlətçilik tariximizin ən qüdrətli şəxsiyyətlərindən biri kimi hər zaman xalqın yaddaşında yaşayır. Onun müəyyən etdiyi inkişaf strategiyası, elmə, təhsilə və milli-mənəvi dəyərlərə verdiyi böyük önəm bu gün də Azərbaycanın tərəqqisinin əsasın

15:22 141
.

TOP MP3