Təmiz bal xarlayır? – İZAHI
Balın orqanizmə nə qədər faydalı olduğunu hamımız bilirik. Bu təbii qidanın faydaları saymaqla bitməz. Amma əlbəttə, söhbət təmiz baldan gedir. Bəs təmiz balı necə tanımalı? Çoxları xarlamış balın təmiz olmadığını zənn edir. Bu, həqiqətən belədirmi?
BiG.AZ lent.az-a istinadən xəbər verir ki, bal tez və ya gec (götürüldüyü çiçəkdən və saxlanma şəraitindən asılı olaraq) qatılaşıb xarlayır. Balın xarlaması (kristallaşması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlayır (bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlayır.
Nektarın (şirə) toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar həmin zaman ən mühüm işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlükozaya və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlükoza çox olduqda xarlama tezləşir. Buna misal olaraq, günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlama ləng gedir. Balın təbii olub olmadığını bilməyin çox asan yolu var. Əslində təbii və keyfiyyətli bal xarlayır. "Xarlayan bal saxtadır" fikri yanlışdır. Xarlamış bal haqqında yanlış məlumatlar yayılır. Çox insan balın donmasını onun saxta olması ilə əlaqələndirir. Bu, düzgün qənaət deyil. Azərbaycanda demək olar bütün bal növləri tez, ya gec kristallaşır. Həm dağ bölgəsində əldə olunan bal, həm də Aran zonasının balı xarlaya bilər. Balın xarlaması onun təbiiliyini sübut edən bir haldır. Xarlamış balla bağlı səhv fikirlər süzmə bal istehsalçılarına bazarda problem yaradır. Bunu bilmək vacibdir ki, təbii və çox keyfiyyətli bal hətta süzmə prosesindən az müddət sonra kristallaşa bilər. Kristallaşan bal rahatlıqla qəbul edilməlidir. Bazara "təbii bal" deyə çıxarılan bəzi məhsullarla alıcılar aldadılır. Balın keyfiyyətini dadaraq, yaxud qoxulamaqla bilmək mümkün deyil. Bal xarlayanda onun kimyəvi tərkibi əsla dəyişmir. Bu hal, balın sadəcə görünüşünün dəyişməsinə səbəb olur. Təbii bal zamanla, yaxud saxlama şəraitindən asılı olaraq donur. Soyuq yerdə, ya da soyuducuda saxlanması balın xarlamasını sürətləndirir.
- Balın xarlaması tam təbii haldır
- Xarlanma balın təmizliyinə zəmanətdir
- Xarlanma fruktoza və saxarozanın miqdarından asılıdır. Tərkibində qlükoza üstünlük təşkil eləyən bal növləri tez, fruktoza çoxluq təşkil eləyən bal çeşidləri gec xarlayır. Təbii balın xarlaması şəkərdən alınan balın xarlamasından fərqlənir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 4423 Tarix: 19 yanvar 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin
Gündəlik vərdişlər beynin fəaliyyətinə ciddi təsir göstərir. xəbər verir ki, həm gənc yaşlarda, həm də irəliləyən dövrdə sağlam və güclü beyin üçün düzgün addımlar atmaq vacibdir:. Bir stəkan su için: Orqanizmin və beynin düzgün işləməsi üçün su həyati əhəmiyyət daşıyır. Səhər ilk olaraq bir stəkan s
29.03.2026 249 Bu qidalar ürək üçün təhlükəlidir
Yüksək miqdarda ultra işlənmiş qida istehlakı ciddi ürək problemləri riskini əhəmiyyətli dərəcədə artırır. Nəticələr Amerika Kardiologiya Kollecinin İllik Elmi Toplantısında təqdim edilib. Araşdırmaya görə, gündə doqquz porsiyondan çox ultra işlənmiş qida qəbul edən şəxslərin ciddi ürək problemi yaşam
29.03.2026 244 Hər gün kartof yemək olarmı? - Dietoloqların açıqladığı həqiqət
Kartof süfrələrimizdə ən çox istifadə olunan məhsullardan biridir. O, əlçatan, doyumludur və ondan çoxsaylı yeməklər hazırlamaq mümkündür. BİG.AZ kartofun orqanizmə olan faydalarını təqdim edir:. Kartof düzgün hazırlanarsa, kifayət qədər faydalı qida məhsulu hesab olunur. Aşağı kalorili məhsuldur. 10
15.03.2026 416 Arıqlamaq üçün qəhvə nə vaxt içilməlidir? - Gözlənilməz cavab
Məlum olub ki, qəhvə içdiyiniz vaxt arıqlama prosesinə təsir göstərə bilər. Lakin bunun üçün vaxtın düzgün seçilməsi vacibdir. Qaynarinfo xəbər verir ki, qəhvə və onun tərkibindəki maddələr aşağıdakı yollarla çəkinin azalmasına və ya saxlanmasına kömək edə bilər:. Orqanizmdə ümumi yağın azalması: Həftəd
31.03.2026 427 Ramazandan sonra qidalanmada 5 vacib qayda
Bir aylıq Ramazan dövründən sonra orqanizm qarışıq qida rejiminə yox, normal ritm və balanslı rejimə daha yaxşı cavab verir. Səhərdən axşama qədər ac qalmağa öyrəşmiş həzm sistemi üçün ən məntiqli yanaşma ilk gündən etibarən 3 böyük deyil, 3 əsas və 1-2 kiçik ara qəbul formasında qidalanmaqdır. Qaynarinf
18.03.2026 443 Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
süfrələrinizə təravət və rəng qatacaq, müxtəlif ədviyyatlarla zənginləşdirilmiş 5 asan və fərqli cəfəri suyu reseptini təqdim edir. Limonlu cəfəri suyu: Limonun canlandırıcı təsiri ilə cəfərinin xarakterik dadını balanslaşdıran klassik resept. Dəniz duzu ilə dadı daha da önə çıxarılır. Xiyarlı cəfər
21.03.2026 422 100 yaşlı Hollivud aktyoru uzunömürlülüyün səbəbini açıqladı: Elm də bunu təsdiqləyir
Ötən ilin dekabrında 100 yaşını tamamlayan məşhur amerikalı aktyor Dik Van Dayk uzunömürlülüyünün əsas səbəbi kimi müsbət düşüncəni və heç vaxt qəzəblənməməsini göstərib. Qaynarinfo xəbər verir ki, Van Dayk ən çox 1964-cü ildə çəkilmiş "Meri Poppins" klassik musiqil filmindəki sevimli bac
20.03.2026 593 Sağlamlığı yaxşılaşdıran beş qidalanma vərdişi
"Beş qidalanma vərdişinə yiyələnməklə sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür". -ın xəbərinə görə, bu barədə rusiyalı qastroenteroloq Olqa Suxareva öz "Telegram" kanalında danışıb. Olqa Suxareva ilk olaraq hər qida qəbulu zamanı tərəvəz yeməyi tövsiyə edib. İkincisi
15.03.2026 352 Yanından keçirik, amma şəfasınl bilmirik
Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. Xalq arasında "turşəng" və ya "quzuqulağı" kimi tanınan bu bitki iltihabı təmizləyir, hüceyrələri yeniləyir və immuniteti polad kim
29.03.2026 304