Ərinin terrorçu olduğu deyilən Damla: "Boşanmağımın səbəbi də elə..."

Ərinin terrorçu olduğu deyilən Damla: "Boşanmağımın səbəbi də elə..."Gənc müğənni Damla (Məmmədova Məsumə Qərib qızı) həyat yoldaşının terrorçu olması, qardaşının isə axtarışıda olması ilə bağlı xəbərə açıqlama verib.

BiG.AZ xəbər verir ki, o, cebhe.info-ya açıqlamasında xəbəri "şişirdilmiş yalan" adlandırıb:

"Xəbər başdan ayağa şişirdilmiş yalandır, mən jurnalistlərə xüsusi hörmətlə yanaşıram. Mənim fikrim öyrənilməyib, mənimlə əlaqə saxlanılıb dəqiqliyinə varılmamış yayımlanıb. Tamamilə yalan informasiyadır. Ceyhun Əliyev mənim həyat yoldaşım olub, 7-8 il bundan qabaq mən ondan boşanmışam. Amma nə terror, nə partlayış? Bu hadisələrlə əlaqəsi olmayan bir insandır. Yazıblar ki, mənim qardaşım axtarışdadır. Bu nə ağ yalandır? Qardaşım hal-hazırda ailəsi ilə birgə Moskva şəhərindədir. İşi-gücü var. Azərbaycana da tez-tez gəlir. Axtarışda olsa, necə gəlib gedə bilər? Axtarışda niyə olsun ki?"

Evli olduğu zamanlarda həyat yoldaşının istəyi ilə dini məzhəblərindən birinin qaydalarına əməl etməsi ilə bağlı məsələyə aydınlıq gətirən müğənni Damla bunun da həqiqətə uyğun olmadığını bildirib: "Yalan söhbətlərdir. Nə məqsədlə yazıblar, bimirəm. Ceyhun mənim oğlumun atasıdır, hal-hazırda həbsdədir. Hansı həbsxanada olduğunu da bilmirəm. Amma oğluna zəng edir, danışır, darıxanda görüşürlər də, amma onunla mənim heç bir əlaqəm yoxdur". Hansı səbəbdən həbs olunması ilə bağlı suala cavabında müğənni "Bilmirəm niyə həbs olunub, hansı səbəbdən həbs olunub, amma onu deyə bilərəm ki, terror, partlayış bu səbəblərdən həbs olunmayıb. Biz evli idik o həbs olunanda, elə ayrılmağımızın da səbəbi məhz onun həbs olunması idi. Normal səbəblərə görə həbs olunmamışdı, ona görə ayrıldıq. Amma bunun terrorla əlaqəsi yoxdur. Mənim də onunla və onun ailəsi ilə heç bir əlaqəm yoxdur".

Qeyd edək ki, Damlanın həyat yoldaşı Ceyhun Əliyevin terrorçu olması, hətta Əbu Bəkr məscidinin partladılmasında ittiham edilməsi ilə bağlı xəbərlər yayılıb. Müğənninin qardaşının da bu səbəbdən axtarışda olduğu deyilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 24164   Tarix: 07 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Eyfel qülləsindən daha böyük: Bu insanlıq tarixindəki ən iri dəniz gəmisidir

İnsanlıq tarixi boyunca nəhəng strukturlar yaratmağa çalışıb, bu, dəniz gəmilərinə də aiddir. Ən iri neft tankerinin uzunluğu Eyfel qülləsi və Empire State Buildingdən böyük olub. Qaynarinfo xəbər verir ki, bu barədə "SlashGear" yazıb. 1970-ci illərdə yunan milyarderi və gəmi sahibi Stavro

11.02.2026 140
.

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq

Fevralın 11-də Audiovizual Şurası iclası keçirilib və lisenziya üçün müraciətlərə baxılıb. BİG.AZ bu barədə Audiovizual Şuraya istinadən xəbər verir. Qeyd olunub ki, təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şur

11.02.2026 188
.

Pensiyalar 2 ayın artımı ilə birgə bu tarixdə veriləcək

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Qrafik

11.02.2026 328
.

Azərbaycanın qlobal rolunu daha da gücləndirəcək sənəd

Fevralın 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sənədə əsasən

11.02.2026 282
.

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib. 60 yaşlı şəxsin ürək çatışmazlığında

11.02.2026 595
.

İnsan və pişik yaddaşı arasındakı fərq AÇIQLANDI

Baytarların sözlərinə görə, pişiklər həm yaxşı, həm də pis xatirələri yadda saxlaya bilirlər. Bəzi pişik sahiblərini maraqlandıran suallardan biri də budur: heyvan doğulduqdan sonrakı ilk günlərini və ya ailəyə götürülməzdən əvvəl sığınacaqda keçirdiyi dövrü xatırlayırmı? . bu sualla bağlı maraqlı faktlar

11.02.2026 188
.

Qadın pula görə kişini çəkiclə 40 dəfə vurub öldürdü

Rusiyanın Novosibirsk vilayətində qadın tanışını qarət etmək məqsədilə ona 40 dəfə çəkiclə zərbə endirib. Götürdüyü pul isə 25 min rubl olub. yerli mediaya istinadla bildirir ki, Novosibirsk vilayətində ağır cinayətdə təqsirli bilinən yerli sakin barəsində ittihamedici hökm çıxarılıb. Moşkovski rayo

11.02.2026 186
.

Ərini Bakı aeroportunda buna görə öpübmüş - Video

Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin xanımı ilə Bakı aeroportunda çəkilən fotosu gündəm olub. "Qafqazinfo"nun məlumatına görə, həmin səmimi anların səbəbi bəlli olub. Belə ki, rəsmi qarşılanmadan sonra avtomobilinə tərəf gedən Vens həyat yoldaşı ilə ayrı-ayrı xidmət

11.02.2026 258
.

Gəncədə ana 40 günlük körpəsindən imtina etdi

Gəncədə ana 40 günlük qızından imtina edib. "Qafqazinfo" xəbər verir ki, körpəni anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib. Hazırda körpə Uşaq Xəstəxanasındadır

11.02.2026 210
.

TOP MP3