Aeroport yolunda 2 gün məhdudiyyət tətbiq ediləcək

Aeroport yolunda 2 gün məhdudiyyət tətbiq ediləcək14-15 fevralda paytaxtın Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığı) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində yenisinin quraşdırılması işləri görüləcək.

BiG.AZ xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bu səbəbdən 14 fevralda saat 00:00-dan 07:00-dək hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metro stansiyası istiqamətində, 15 fevralda isə həmin saatlarda "Koroğlu" metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

Eyni zamanda sürücülər şəhərdən hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 162   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vaşinqtonda imzalanmışdı, Bakıda möhürləndi

Məlum olduğu kimi, ABŞ-nin Vitse-prezidenti Jey Di Vens ölkəmizə 10 fevral tarixli səfəri çərçivəsində Prezident İlham Əliyev ilə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" imzalanıb. "Qafqazinfo"nun məlumatın

10.02.2026 130
.

Yağıntılar nə vaxt kəsiləcək?

"Fevralın 11-i axşam saatlarında yağıntılar tədricən kəsiləcək. Ayın 12-si Bakıda və Abşeron yarımadasında, o cümlədən bölgələrdə hava şəraitinin mülayimləşəcəyi, əksər yerlərdə yağıntısız olacağı gözlənilir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktor

10.02.2026 579
.

Sky News izlənmə göstəricilərinə görə BBC-ni geridə qoydu

Böyük Britaniyada yayımlanan son reytinq hesabatlarına görə Sky News bəzi vaxt aralıqlarında izlənmə göstəricilərinə görə BBC News Channel-i geridə qoyub. Məlumatlar BARB (Britaniya Tamaşaçı Ölçmə Şurası) statistikalarına əsaslanır. Hesabatda bildirilir ki, xüsusilə gündüz və əsas xəbər saatlarında Sk

10.02.2026 447
.

Estoniya XİN başçısı: AB ölkələri birlik nümayiş etdirməlidir

Avropa Birliyi (AB) ölkələri şikayət və gileylənmək əvəzinə, bir araya gələrək konkret qərarlar qəbul etməlidirlər. xarici mediaya istinadən xəbər verir ki, bu çağırışı Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Politico nəşrinə müsahibəsində səsləndirib. Nazir bildirib ki, Avropanın kifayət qədə

11:06 157
.

Azərbaycanda uşaqların dini etiqada məcbur edilməsi qadağan edildi

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. -ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıql

10.02.2026 434
.

"Barselona"nın hücumçusu okeanın o tayına gedə bilər

Amerikanın "Çikaqo Fayr" klubu "Barselona"nın polşalı hücumçusuna konkret təklif göndərib. MLS klubu "Barselona"nın hücumçusu Robert Levandovski ilə müqavilə imzalamaqda maraqlıdır. -ın xarici mediaya istinadla məlumatına görə, "Çikaqo Fayr" ötən ilin sonlarınd

10.02.2026 421
.

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib. 60 yaşlı şəxsin ürək çatışmazlığında

14:18 115
.

Uzunmüddətli perspektivlərə malik Azərbaycan - ABŞ iqtisadi əlaqələri

Bir neçə gün əvvəl ABŞ Ticarət Palatasının nümayəndə heyəti Bakıya səfər edib. Nümayəndə heyətinin tərkibinə ABŞ-ın aparıcı 31 şirkətindən 60 nəfərdən çox rəhbər şəxs daxil idi ki, onlar "Apple", "Ardea Energy Technologies Inc, "Ericsson AB", "ExxonMobil", "Herbalife"

12:57 118
.

Prezident və xanımı Vens ailəsi ilə - Fotolar

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens və xanımı Uşa Venslə görüşüblər. "Qafqazinfo" xəbər verir ki, onlar birlikdə fotolar çəkdiriblər. Həmin fotoları təqdim edirik:

10:47 289
.

TOP MP3