İnsan və pişik yaddaşı arasındakı fərq AÇIQLANDI

İnsan və pişik yaddaşı arasındakı fərq AÇIQLANDIBaytarların sözlərinə görə, pişiklər həm yaxşı, həm də pis xatirələri yadda saxlaya bilirlər. Bəzi pişik sahiblərini maraqlandıran suallardan biri də budur: heyvan doğulduqdan sonrakı ilk günlərini və ya ailəyə götürülməzdən əvvəl sığınacaqda keçirdiyi dövrü xatırlayırmı?

Lent.az bu sualla bağlı maraqlı faktları təqdim edir:

Baytar həkim Culi Hant bildirib ki, insanlar həyatlarının ilk illərindən çox az şey xatırlayırlar, pişiklər barədə isə vəziyyət bir qədər fərqlidir. Onun sözlərinə görə, balaca pişiklər müəyyən yaşa çatana qədər sabit və davamlı xatirələr formalaşdırmaya bilərlər. Eyni zamanda Hant ehtimal edir ki, pişiklər insanlarla müqayisədə daha erkən yaşdan xatırlama qabiliyyətinə malik ola bilərlər. Ola bilsin ki, onlar artıq bir neçə həftəlik olduqları dövrdən bəzi hadisələri yadda saxlayırlar. Hətta o əlavə edib ki, pişiklərin yaddaş qabiliyyəti fillərin yaddaşı ilə müqayisə oluna bilər. Hant böyük pişiklər üzərində aparılmış bir araşdırmanı da xatırladıb.

Araşdırmada məlum olub ki, bir şir tapmaca qutusunu açmağı öyrəndikdən sonra yeddi ay sonra belə həmin qutunu yenidən aça bilib. O, ev pişikləri ilə bağlı başqa bir tədqiqatın nəticələrini də bölüşüb. Pişiklərə içində yemək olan və olmayan qablar göstərilib. Tüklü dostlarımız cəmi 15 dəqiqə sonra hansı qabda yemək olduğunu dəqiq xatırlayıblar.

Bundan əlavə, Hant maraqlı başqa bir müşahidəni də qeyd edib. Araşdırma göstərib ki, pişiklər sahibini dörd saat görmədikdən sonra onunla görüşəndə, cəmi 15 dəqiqəlik ayrılıqdan sonra olduğu ilə müqayisədə daha uzun müddət mırıltı ilə reaksiya veriblər. İnsan beyni mənfi hadisələri müsbət xatirələrdən daha parlaq şəkildə xatırlamağa meyllidir. Məlum olur ki, pişiklərin beyni də oxşar şəkildə işləyir.

Baytar Ezra C. Ameys bildirib ki, pişiklər xüsusilə təhlükəsizlik və rahatlıqla bağlı hadisələri çox güclü uzunmüddətli yaddaşda saxlayırlar. Onlar itki, müəyyən yerdə yemək tapmaq, qorxu və ya qışqırıq kimi hadisələri dəqiq xatırlayırlar. Bu səbəbdən bəzi pişiklər yüksək səslərə və ya müəyyən insanlara qarşı ehtiyatlı davranırlar. Onların beyni potensial təhlükələri yadda saxlayaraq onlardan qaçmağa proqramlaşdırılıb. Bununla yanaşı, pişiklər yalnız travmatik xatirələri deyil, müsbət təcrübələri də yadda saxlayırlar. Baytar Qeri Kats bildirir ki, pişiklər yaşadıqları hadisələrlə bağlı xatirələri qoruyub saxlayır və emosiyanın gücü nə qədər çox olarsa, xatirə bir o qədər yaxşı yadda qalır.

Onun sözlərinə görə, pişiklər hissləri də xatırlayırlar bu təcrübə yaxşı və ya pis olmasından asılı olmayaraq. Məsələn, əgər sahib evə qızardılmış toyuq gətirib onu doğrayırsa, pişik daha əvvəl ona belə yeməkdən verildiyi anları xatırlaya bilər.

Pişik orta yaşa çatdıqda, bəzi xatirələr istər yaxşı, istərsə də pis olsun zamanla silinməyə başlaya bilər. Ameys bunu pişiklərdə də insanlarda olduğu kimi idrak zəifləməsinin baş verməsi ilə izah edir. Bu hal insanlardakı demensiyaya çox bənzəyir. Baytarın sözlərinə görə, belə hallarda pişik evdə məqsədsiz gəzişə, gecələr yüksək səslə miyoldaya, tanış yerləri unuda və ya öz evində belə çaşqın görünə bilər.

Bu səbəbdən Ameys pişiklər üçün müntəzəm oyun və yemləmə rejiminin qorunmasını, həyatlarının oyuncaqlar və fəaliyyətlərlə zənginləşdirilməsini, həmçinin əlavə vitamin və maddələr verilməsini tövsiyə edir. Lakin bunun üçün mütləq əvvəlcədən baytarla məsləhətləşmək lazımdır ki, konkret pişik üçün uyğun variant seçilsin. Bu yanaşma heyvanın zehni çevikliyini və həyat keyfiyyətini daha uzun müddət qorumağa kömək edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 818   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.