Dollara tələbat kəskin azalır - 2026-cı ildə manatı nə gözləyir? (Ekspertdən RƏY)
2025-ci ildə valyuta bazarında dollara olan tələbatın zəiflədiyi müşahidə olunub və aylıq orta göstəricilərdə təklif tələbi üstələyib. Fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da satış meyli üstünlük təşkil edib, nəticədə banklar xalis valyuta alışı həyata keçiriblər. Bazarda realizə olunmayan yüz milyonlarla dollar vəsaitin dövlət xəzinəsinə yönəldiyi bildirilir. Bu dinamika valyuta bazarında tarazlığın dəyişdiyini göstərir.
Dollara marağın azalması 2026-cı ildə manatın mövqeyini gücləndirə bilərmi?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, 2025-ci ildə dollara olan tələbatın azalması bir sıra iqtisadi və inzibati amillərlə müşayiət oluna bilər. Onun sözlərinə görə, bu proses ilk növbədə ölkəyə idxalın həcminin nisbətən zəifləməsi ilə əlaqələndirilə bilər. İdxalın azalması isə təbii olaraq xarici valyutaya, xüsusilə də dollara olan ehtiyacın aşağı düşməsinə gətirib çıxarır. Çünki idxal əməliyyatlarının əsas hissəsi xarici valyuta ilə həyata keçirilir və bu sahədəki geriləmə valyuta bazarındakı tələbə birbaşa təsir göstərir.
Ekspert qeyd edib ki, digər mühüm amillərdən biri Mərkəzi Bank tərəfindən ölkə xaricinə çıxarılan xarici valyuta əməliyyatlarına nəzarətin daha da gücləndirilməsidir: "Valyuta axınlarının daha ciddi şəkildə tənzimlənməsi bazarda təklif və tələbin balanslaşdırılmasına xidmət edir. Bu nəzarət mexanizmləri nəticəsində valyuta bazarında kəskin dalğalanmaların qarşısı alınır və ümumi sabitlik qorunur. Bütün bunlar iqtisadi aktivliyə də müəyyən dərəcədə təsirsiz ötüşmür. Hazırda xarici valyuta ilə kreditlərin verilməsinə və xaricdən gətirilən mallara tətbiq olunan nəzarət mexanizmləri daha sərt çərçivədə həyata keçirilir. Bu isə ölkədən valyuta çıxışını məhdudlaşdırmaqla yanaşı, bazarda dolların dövriyyəsinə də təsir göstərir".
E.Kərimli qeyd edib ki, əgər bazarda dolların təklifi tələbi üstələyərsə, bu, məzənnənin möhkəmlənməsinə şərait yaradır: "Belə vəziyyət milli valyutanın, manatın dayanıqlığının qorunmasına və maliyyə sabitliyinin təmin olunmasına müsbət təsir göstərir. Mövcud tendensiyalar davam edərsə, valyuta bazarında nisbi sabitliyin saxlanılması mümkün olacaq və bu da ümumi iqtisadi sabitliyə əlavə dəstək verəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 11 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 297 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 279 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 139 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 429 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 266