Yarım saat soyuq havada gəzsəniz... - BİLMƏDİYİNİZ FAYDALARI

Yarım saat soyuq havada gəzsəniz... - BİLMƏDİYİNİZ FAYDALARIÇoxları qışı sevmir. Ancaq soyuq havanın arıqlamağı asanlaşdırmaqla yanaşı xoşbəxtlik hormonunu artırmağa qədər bir neçə faydası var. Əksər insanlar soyuq havalardan uzaq durub evdə oturmağa üstünlük verirsə, deməli, soyuq havanın faydalarından xəbərsizdir.

BiG.AZ soyuq havanın faydalarını təqdim edir.

Xoşbəxtlik hormonunu artırır

Qışda soyuq havadan alınan təmiz oksigenin miqdarı yaya nisbətən 30% daha çox olur. Qana da daha çox oksigen daxil olanda insanın zehni fəallığı artır. Alimlər həddini aşmadan soyuq havaya çıxmağın "xoşbəxtlik hormonu" seratonini artırdığını deyir.

Gənc saxlayır

Soyuq hava insan dərisinə də faydalıdır. Üzdəki məsamələri sıxlaşdırır, şişkinliyi azaldır. Rus mütəxəssislərinin fikrincə, soyuq havanın estetik faydası da var.

Mikroblar soyuqda davam gətirə bilmir

Bir çox mikrob və virus mənfi 10-15 dərəcədə arta bilmir. Küləkli havada isə qrip yaşamaq şansı tapa bilmir. Ancaq mütəxəssislər mənfi 10 dərəcə şaxtalı havada yarım saatdan çox gəzməməyi məsləhət görür.

Arıqlamağı daha da asanlaşdırır

Bədən özünü isitmək üçün enerji sərf etdiyindən insan daha çox yağ yandırmış olur. Soyuq havada maddələr mübadiləsinin sürəti artır. Bədəndəki yağın və pis xolesterolun yanması soyuqda daha sürətli gedir.

Buz torbası belə, hər dərdə dəvadır

Mütəxəssislər soyuğun baş ağrısının həllində təsirli olduğunu deyir. Buna görə başınızda ağrı olduqda bir torbaya buz doldurun və nazik parçaya sarıyıb ağrıyan bölgənin üzərinə qoyun. Soyuq həssas olan sinirləri keyidərək ağrını azaldır. Diş ağrılarınız olanda da yanağınıza buz torbası qoymaq ağrını dindirəcək.

Bundan başqa tökülən saçların yerinə yenisi çıxsın deyə başınıza təxminən sıfır dərəcədə hazırlanmış buz torbası, ya da özəl hazırlanmış bir kasket yerləşdirə bilərsiniz.
Soyuğun təsirindən saç dərisində olan qan damarları büzülür və saç kökləri canlanır.

Şimal bölgələrində 110 dərəcədə olan soyuq otaqlar hazırlanır və xəstələr 1, ya da 25 dəqiqə içəridə saxlanılır. Bu üsul ürək xəstəlikləri və soyuğa allergiyası olan hər kəs üçün edilə bilər.(Aile.lent.az )


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5002   Tarix: 03 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483