Təbii yolla arıqlamaqın resepti...

Təbii yolla arıqlamaqın resepti...Orqanizmi düyü ilə təmizləmək ən çox məsləhət görülən üsullardan biridir.

Elmi təbabəbətdə düyü arıqladıcı, orqanizmi və dərini təmizləyən, saçı bərpa edən vasitə kimi qəbul edilir. Qısa zamanda nəticə verir və öz möcüzəsini göstərir. Effekti soda və limon şirəsi ilə müqayisə edilə bilər. Bu gözəl Asiya resepti ilə sizi tanış edirik. İnanırıq ki, sizin də xoşunuza gələcək.

İnsanlar fərqli olduğu kimi orqanizmlər də fərqlidir. Hansısa resept birinə təsir edir, digərinə yox. Lakin bir şeyi unutmayın. İstifadə edəcəyiniz süni, normasından uzun, sintetik, emal olnub həddindən artıq ağardılmış düyüdən deyil, öz təbii rəngində olan, qoxulu, yerli (uzun-xırda fərq etməz) düyüdən istədiyiniz effekti ala biləcəksiniz.

Düyü ilə dəri təmizləməsi:

Düyünün tərkibi B, C, E vitaminləri ilə zəngindir. Bu vitaminlər məsamələri azaldır, dərini yumşaldır. Və yeri gəlmişkən, dərini günəş şüasından qoruyur. Düyünü istifadə etmədən öncə tozunu, çirkini təmizləmək üçün 0.5 fincan düyü yuyulur. Şüşə qabda üzərinə çıxana kimi çiy su tökülür, 1 saat gözlənilir. Bu vaxt ərzində düyünün tərkibi suya qarışır və bu da dəridə öz effektini göstərir. Sonra su süzülür və pambıqla dəriyə çəkilir. Quruduqca bir neçə dəfə çəkə bilərsiniz. Və zamanla dərinizin yumuşaldığının, elastikliyinin artdığının şahidi olacaqsınız. Süzülmüş düyünü nədəsə istifadə edə bilərsiniz deyə atmayın. Bu suyu soyuducuda 5 gün saxlamaq olar.

Saçlar üçün düyü suyu:

Dəri üçün hazırlanan məhlulla saçları da yumaq olar. Nəticədə saçlar yumuşaq, parlaq olur.

Arıqlamaq üçün düyü suyu:

Arıqlamaq üçün isə düyü suyu bu çür hazırlanmalıdı: Bizə düyü dəmləməsi lazımdır, daha doğrusu düyü həlimi. Adi qayda olaraq da, düyü qaynadıldıqda alınan su arıqladıcı vasitə sayılır. Amma asiyalılar bunu çətin üsulla hazırlayırlar.

Asiya üsulu:

1. 1 fincan yuyulmuş, təmiz düyüyə 4-7 fincan su əlavə edilir.

2. 2-4 saat zəif odda ağzı açıq halda dəmlənilir.

3. Hazır dəmləmə gün ərzində içilir.

1 fincan düyü dəmləməsi 150 kalori dəməkdir. Bu isə bir oturumda qəbul etdiyiniz 650 kalorini əvəz edə bilər. Bu üsul insanı incəltməklə bərabər, orqanizmdən duzu da tökür.

Qıcqırdılmış düyü suyu:

Bu düyü suyu az turşumuş olur. Dadında da az turşuluq hiss olunur. Lakin bu suyun tərkibi antioksidant, minerallar, E vitamini və fermenlərlə zəngindir. Bu su dəridə sızanaqlara, qırışlara, dəri iltihabına müsbət təsir göstərir, dəriyə parlaqlıq verir. Bu suyla saçları yumaq qədim Asiya üsuludur. Yaponiyada 80 yaşlı qadınların saçlarının uzunluğu 1.8 metrdir. Saçların bu cür qalmasının sirri isə qıcqırdılmış düyü suyudur. Düyü suyu saça gözəllik verməklə bərabər, həm də uzadır.

Qədim Asiya resepti ilə qıcqırdılmış düyü suyu:

Yapon xanımları düyü hazırlayarkən onun suyunu qətiyyən atmırlar. Hər düyü bişirərkən suyu toplayırlar və saçlarını yuyurlar. Hətta restoranlar düyünün suyunu satırlar. Bu su 1 gün otaq temperaturunda saxlanılır, sonra yüksək odda 1 dəfə qaynadılır. Soyudulur ora 2-3 damcı lavanda və ya rozmarin yağı əlavə olunur. Saçlar bu dəmləmə ilə yuyulan zaman 1 dəqiqə massaj olunur. Dəmləmə qatı olsa, ona adi su qatıb durultmaq olar. Bunu istəsəniz hər yuyanda da edə bilərsiniz.(Atv.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4547   Tarix: 22 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409