Salat yeyərək arıqlamaq olarmı?

Salat yeyərək arıqlamaq olarmı?Bir çox insan arıqlamaq istəyəndə salat yeməyə üstünlük verir. Ancaq diyetoloqlar salatın insanı arıqlatmadığını və yalnız salatla qidalanmağın sağlamlığa zərərli olduğunu bildirir.

BiG.AZ publika.az-a istinadən salatla bağlı bilmədiyiniz həqiqətləri təqdim edir:

Təkcə salat yemək orqanizmi karbohidrat və zülalla təmin etmədiyi üçün bir sıra sağlamlıq problemlərinə səbəb olur. Belə vəziyyətdə maddələr mübadiləsinin sürəti azalır. Bütün gün salatdan başqa heç nə yeməyən insanın bədənində yağlar deyil, əzələlər əriyir. Bir sözlə, salat yağları əritmir, əksinə əzələ kütləsini azaldır.

Salat əsasən, tərəvəzlərdən hazırlanır, onların 70-80 faizi isə sudan ibarət olur. Bu da o deməkdir ki, salat insanı tox saxlayan qida deyil. O, mədədə tez həzm olunduğu üçün özünüzü ac hiss edirsiniz. Bu halda, normal qidalanan insandan daha çox kalori qəbul etmək riskiniz var.

Salatların bir çoxuna souslar əlavə edilir. Yağ tərkibli bu souslar həddən artıq kalorili olur və nəinki, arıqlamağa kömək etmir, hətta kökəlməyə də səbəb ola bilir.
Bir çox salat növünə qarğıdalı, qoz kimi yüksək kalori dəyərinə sahib qidalar əlavə edilir. Belə salat sizi ac saxlasa da, arıqlatmayacaq.
Mütəxəssislər bildirir ki, salatdan faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir.

*Salat yaxşı lif qaynağıdır. Ancaq onu tək yeməyin. Yanında mütləq əsas yemək olmalıdır.
*Yeməyə şorba əvəzinə salatla başlayın. Beləliklə, daha az yemək yeyib, daha az kalori qəbul edəcəksiniz.
*Salatın yanında mütləq 1 stəkan ayran için və ya 1 stəkan qatıq yeyin. Bu salatın tərkibindəki vitamin və mineralların orqanizm tərəfindən daha çox mənimsənilməsinə kömək edəcək.
*Salata qırmızı ət, toyuq, balıq və ya yumurta əlavə edin. Belə halda, salatı tək də yemək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1213   Tarix: 02 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542