Burun eşmək hansı xəstəliyin əlamətidir?

Burun eşmək hansı xəstəliyin əlamətidir?Adətən uşaqlarda tez-tez rast gəlinəın davranışlardan biri də burunlarını eşmələridir. Lakin məlum məsələdir ki, uşaqlıqdan burunlarını eşən bəzi insanlar böyüyəndə də bu alışqanlıqlarını tərgidə bilmirlər. Bu da sosial həyatda, cəmiyyətdə heç də xoş qarşılanmayan haldır.

Bəs insan nə üçün burnunu eşir?

Bu haqda çox maraqlı araşdırma apardıq. Uzun müddət bu məsələnin üzərində "baş sındıran" psixoloqların şərhləri ilə tanış olduq.

Sən demə, burun eşmə alışqanlığı qeyri-iradi hal imiş. Ancaq real olan bir hal da var ki, "burnunda xəzinə axtarışına çıxan" insanlar adətən bunu gizlədirlər. Bəs bu zaman vəziyyət qeyri-iradi sayıla bilərmi?

Burnuna barmaq soxan uşaqar

Uşaqlarda müşahidə etdiyimiz burnuna barmaq soxmaq və eşməyin müxtəlif səbəbləri ola bilər. Əvvəla 2-3 yaşlardakı uşaqların bunu etməsi, özünü, orqanlarını tanıma məqsədi daşıya bilər. Məsələn 6-7 aylıq körpələrin ayaq barmaqlarını ağızlarına apardıqları tez-tez müşahidə olunan haldır. Belə ki, bu mərhələdə uşaq, dodaqlarından və dilindən özünü və ətrafı tanmaq məqsədi ilə istifadə edir.

Lakin uşaqların burunlarını eşmələri, xüsusilə erkən yaşlarda, ən çox valideynləri narahat edir. Bu cür uşaqlara xəbərdarlıq edilsə də, danlansalar da, yenə gizlincə burunlarını eşməkdə davam edirlər.

Burun öz funksiyasını yerinə yetirmir

Burun, qəbul edilən havanı titrək, incə tüklər vasitəsilə ağ ciyərlərə süzülmüş və təmizlənmiş halda göndərir. Hava soyuqdursa burun qəbul edilən havanı ilıq, istidirsə nəmləndirərək vəzifəsini icra edir. Burun bu funksiyasını icra edə bilməyəndə narahatçılıq yaradır.

Bu səbəbdən uşağınızın burnunu qurdaladığını görəndə, əvvəlcə üst nəfəs yollarında problem olub olmadığını yoxlatmaq lazımdır.

Həkim müayinəsilə burun seliyinin (mikoza) quruyaraq narahatçılıq verib vermədiyini öyrənmək lazımdır. Belə hallarda dəniz suyu kimi spreylərlə qurumuş seliyi yumuşaldıb burunu təmizləmək lazımdır. Bu prossesdən sonra həkim müayinəsi ilə uşaqda allergik burun axıntısı aşkar olunarsa müalicə edilməlidir.

Diqqət olunmalı məqamlaran biri də budur ki, əgər burnun içi qaşınırsa bu bağırsaq soxulcanından da xəbər verir.

Düşünmək burun eşməyə səbəb olurmu?

Ən çox müşahidə olunan hallardan biri də uşaqların (eyni zamanda yetkinlərin də) düşünən zaman qeyri-iradi burunlarını eşmələridir. Bunun səbəblərindən biri də boşluğun yaranmasıdır. Yəni heç nə ilə məşğul olmayanda bir çox insan burnunu eşir.

Uşaqlarda burun eşməyin qarşısını necə almaq olar?

Yetkin və özünü iradi şəkildə idarə edən insanlar burunlarını eşməyi tərgidə bilərlər. Uşaqlara isə bunu aşılamaq daha çətindir. Bu davranışın uşaqlıqdan yarandığını nəzərə alaraq vaxtında da qarşısını almaq olar. Bəs necə?

İlkin varianta bunu müşahidə etdiyiniz zaman, uşağa " Gəl bunun bir küncündən tut, çəkək kənara, gəl kömək et bunu edək..."- deyə əllərini məşğul dərək fikrini burnundan yayındıra bilərsiniz. Bu məsələdə diqqəti uşaqların əllərinə yönəldərək mümkün qədər ələrini məşğul eməklə fikirlərini burunlarından yayındırmaq olar. Bunun üçü də daha çox oyuncaqlardan istifadə edin. Oyun xəmiri, rəngli kağızlar, boyamaq, top oynamaq, barmaqlarla oynamaq və sair kimi oyunlarla məşğul olmalarını təmin etmək lazımdır.

Danlayaraq bunun qarşısını ala bilməyəcəksiniz

Bu situasiyada uşağı danlamaqla psixologiyasını poza bilərsiniz. Bunu əvəzində vəziyyətin mahiyyətini ona izah etmək ən yaxşı çıxış yoludur. Məsələn, insalar və dostları tərəfindən bu halın xoş qarşılanmadığını, neçə ki, ayaqyoluna getdiyimiz kimi, burun təmizləmək üçün də tək olduğu zaman bunu dəsmal və su ilə etməli olduğuna uşağı inandırmaq lazımdır.

Son olaraq, uşağınız üçün bir model olduğunuzu unutmayın. Əgər ailədə burnunu eşən valideyn, ya bir başqa ailə üzvü varsa uşağın da bunu etməsi qaçılmazdır. Atv.az\


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 11568   Tarix: 15 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

TOP MP3